YAĞIŞ "GİZLİ KORRUPSİYANI" YUYUB ÜZƏ ÇIXARDI
Tarix: 25-09-2013, 12:58 | Çap et
Sentyabrın 23-də Bakıya və bölgələrə yağan güclü və qəfil yağış ölkə sakinlərinə problem yaşatmağa başladı. Payızın ilk güclü yağışı bir daha onu sübut etdi ki, nəinki bölgələr, heç paytaxt Bakı da payıza hazır deyil.
Amma, əslində aidiyyəti qurumlar dayanmadan bəyanatlar verirlər ki, Bakı və Azərbaycan ən sərt qışa belə hazırdır. Fakt isə göz qabağındadı. Paytaxtın hətta mərkəz ərazilərindəki bəzi asfalt küçələr də sellə doldu.Tez-tez asfalt örtüyü çəkilən həmin yollarda nahamarlıqdan iri su gölməçələri yarandı, yollarda sel suları avtomobillərin və piyadaların hərəkətinə maneçiliklər törətdi. Həmin gün yağan leysan yağışlar nəticəsində Bakıda əksər küçələr keçilməz oldu. Gecə saatlarında Bakı küçələrində vəziyyət tam acınacaqlı oldu. Yollar bağlandı, sel suları avtomobillərin hərəkətini tam məhdudlaşdırdı. PaytaxtınNəsimi, Xətai, Yasamal rayonlarında bu proses özünü daha qabarıq biruzə verdi. Binəqədi, Səbael, rayonlarında da avtomobillərin də hərəkətinə yollardakı sel suları maneçilik törətdi. Bir sözlə, əvvəllər Bakı sərt qışda iflic olurdusa, indi paytaxt payızın ilk yağışından eyni aqibəti yaşadı. Bakıda sel sularının yaratdığı problemlər təkcə avtomobil yollarındakı vəziyyətlə yekunlaşmadı. Yağışın yağması və qabaqlayıcı tədbirlərin görülməməsi Bakıda sakinlərə daha ağır problemlər yaşatdı. Bəli, bu daha dəhşətli faktlardır. Redaksiyamıza müraciət edən sakinlər həmin gecədən etibarən küçələrdə gecələdiklərini bildirirlər. Səbəb isə Bakıdakı həyət evlərinin yağış və çirkab sularına qərq olmasıdır. Bəli, həmin gün Bakı sakinləri gecəni suyun işərisində keçiriblər. Təsəvvür edin, paytaxtın ən "yaraşıqlı" hissəsi hesab edilən "Tarqovı" və Qış bulvarı ərazisində belə, misli görünməmiş rəzalət yaşanıb, hər tərəfi su basıb, avtomobillər və insanlar üçün keçilməz olan daşqınlar, göllər yaranıb. Paytaxtın Binəqədi, Nəsimi və Xətai rayonları ərazisində də biabırçı vəziyyət müşahidə olunub.Məsələn, Xətai rayon sakinlərinin də mənzillərinə su dolub. Onların sözlərinə görə, həmin gecəni bütün həyət evlərinin həyətyanı sahələrini su basıb. Suyun səviyyəsi bu ərazidə də 70 sm-1 metr səviyyəsində olub. Sakinlər deyirlər ki, bəzi ailələr hələ də evdən çıxa bilmirlər. Həyətyanı sahələrdə suyun su mühərrikləri ilə çəkilməsinə baxmayaraq, bəzi həyətlərdə hələ də hərəkət mümkün deyil. Hazırda həmin ərazidə həmin həyətlərdən suyun çəkilməsi prosesi davam edir. Həyətlərdə hələ də suyun 20-30 sm hündürlüyündə qaldığı deyilir. Bu ərazidə sel suları çəkildikcə həyətləri üfunət iyləri bürüyür. Artıq bəzi sakinlər evlərini atıb şəhərdəki hansısa yaxın adamlarının bina evlərindəki mənzillərinə pənah gətirmək məcburiyyətində qalıb.Binəqədi rayonunun bəzi hissələrində də mənzillər su ilə dolub. Rayonun Binəqədi qəsəbəsi, 3-cü mədən əraizisində yaşayan Ağarəsul Məhərrəmov da ailəsi ilə birlikdə mənzilinə daxil ola bilmir. Onun sözlərinə görə, axşam saatlarında qəfil yağan yağış nəticəsində yaxınlıqdakı kanalizasiya xətti daşıb. Kanalizasiya xəttinin daşması onun mənzilini neft çirkab suları və kanalizasiya suları ilə doldurub: "Axşam saat 10 olardı. Evdə oturmuşduq. Qəfildən güclü yağış başladı. 15-20 dəqiqədən sonra pəncərədən baxanda gözlərimə inanmadım. Həyətimizdə su pilləkən səviyyəsinə qalxmışdı. Sel suları get-gedə artdı və nəticədə mənzilimiz su ilə doldu. Suyun qarşısını almaq üçün küçəyə çıxanda gördüm ki, yaxınlıqdan keçən kanalizasiya xətti partlayıb və kanalizasiya suları buruq sularına qarışıb. Yolda suyun səviyyəsi bir metrdən artıq idi. Bütün küçənin sakinləri gecəni həyətdə keçirmişik. Neft buruqlarından çıxan çirkab suları da kanalizasiya sularına qarışıb bütün küçəni bürüyüb. Evlərin zirzəmiləri, zirzəmisiz mənzillərin isə içərisi su ilə doludur. Səhərə qədər suyun içərisində qalmışıq. Evin bütün əşyaları suyun içərisindədir. Yorğan-döşək, stol-stul, soyuducu, paltaryuyan, bir sözlə bütün məişət əşyalarımız, paltarlarımız çirkab sularının altında qalıb. Bilmirik neyləyək? Bu ziyanı bizə kim ödəyəcək? Kimə müraciət edirik, deyirlər evin sığortası yoxdur. Bu da bizə rəsmi qurumlardan cavab". Bir sözlə, payızın ilk güclü yağışındaca paytaxt meri Hacıbala Abutalıbovun "gündən günə gözəlləşdiyi, abadlaşdığı, müasirləşdiyi" haqqında tərifli özlərinin əslində populizmdən başqa bir şey olmadığı ortaya çıxıb. Bu, əslində Bakıda "abadlıq və yenidənqurma" adı ilə həyata keçirilən və icrasına yüzmilyonlarla manatın xərcləndiyi dövlət investisiya layihələrinin korrupsiya alətinə çevrilməsinin sübutudur. Hələ payızın ilk günlərində bu cür acınacaqlı vəziyyətin yaranması qarşıdakı soyuq aylarda - yağış və qarın intensivləşəcəyi dönəmdə Bakının hansı duruma düşəcəyini proqnozlaşdırmağa əsas verir. Hacıbala Abutalıbovun dediklərindən belə çıxırdı ki, Bakı az qala Parisə çevrilib, Avropanın ən müasir şəhərləri ilə yaraşır, əslində isə Azərbaycan paytaxtının Avropa şəhərlərindən olsa-olsa Venesiya ilə müqayisə edilə biləcəyi təsdiqləndi. Şair demiş, "Bakı can üstədir, Bakı xəstədir". Bu situasiyanı yaradan isə korrupsiyadır. Görülən işlərin kosmetik xarakter daşıması, əvəzində paytaxtın mabadlaşdırılması, yeniləşdirilməsi üçün ayrılan vəsaitlərin əhəmiyyətli hissəsinin məmur ciblərinə getməsidir. İlk payız yağışı bu həqiqəti təsdiqlədi. İndi qalır başda Hacıbala Abutalıbovun meriyası olmaqla, əlaqədar qurumların buna görə cavabdehlik daşıması!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
• Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14 |
|
|
|
• Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12 |
|
|
|
• Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04 |
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
|