SEÇKİDƏN SONRA GEDƏCƏK NAZİRİN KİMLİYİ BƏLLİ OLDU
Tarix: 30-09-2013, 12:47 |
Çap et
YAVƏR CAMALOV İŞLƏYƏ BİLMİR
DİA.AZ: - Təxminən iki il əvvəl səhhətində ciddi problemlər yaşamağa başlayan Müdafiə Sənayesi Naziri Yavər Camalovun vəziyyəti yenidən pisləşib. Bu barədə DİA.AZ-a MSN-dəki qaynaqlar informasiya verib.
Bildirək ki, məlumatı verən mənbə nazirin neçə müddətdir, səhhətindəki problemlərdən dolayı iş rejiminə də ciddi diqqət ayırmadığını iddia edir:
«Yavər Camalov bu şəkildə işləyə bilmir. Və artıq onun istefaya cgöndərilməsi məsələsi gündəmdədir».
Mənbə bildirir ki, amma buna rəğmən nazirin dərhal istefaya göendərilməsi məsələsi qərarlaşdırılmayıb: «Qərar belə olub ki, seçkilərə qədər Yavər Camalov postunda saxlanılır və seçkilərdən sonra prezident Nazirlər Kabinetinin tərkibini təsdiqlədiyi zaman Yavər Camalov təsdiqlənmir».
Məlumatı verən qaynaq MSN-yə kimin rəhbər gətirələcəyi ilə bağlı hələ tam informasiyaların olmadığını da bildirib.