CAVİD QURBANOVUN QOHUMLARI DA MEYDAN SULAYIR
Tarix: 4-10-2013, 11:03 | Çap et
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) tabeliyində fəaliyyət göstərən Bakı Dəmiryol Xəstəxanasında neqativ hallar bitib-tükənmək bilmir. Bu yaxınlarda orada baş verən ölüm hadisəsini isə ,istisna hal deyil, bu xəstəxanada mövcud olan vəziyyətin açınacaqlı olmasının bariz göstəricisi saymaq olar. Bildiyiniz kimi Sentyabın 28-i Bakı Dəmiryol Xəstəxanasında 23 yaşlı Həlimə Akif qızı Əzimova doğum zamanı dünyasını dəyişib. Hadisə barədə açıqlama verən səhiyyə ocağının baş həkimi Laçın İmanov doğuş zamanı dünyasını dəyişən ananın qanaxmadan öldüyünü bildirib.
Bildirilir ki,doğuş çox ağır keçib. Doğum zamanı çox nadir rast gəlinən DVS patologiyası, yəni qan laxtalanmaması olub. Yəni atonik qanaxma baş verib». Baş həkimin sözlərinə görə, doğuşu Nigar Abdullayeva və Tamilla Bağırova qəbul edib. Vəziyyəti pisləşən xəstəyə qan köçürülüb, süni nəfəs verilib.. Baş həkim onu da bildirib ki, ananın dünyaya gətirdiyi körpənin çəkisi 4 kiloqram olub. Doğuş zamanı həyat yoldaşını itirən Şərif Sabir oğlu Quliyev həyat yoldaşı Həliməni doğuşdan bir gün öncə Dəmiryolu Xəstəxanasına aparıldığını bildirib. (Qeyd edək ki, Ş.Quliyev özü dəmiryolçu olduğuna görə, sözügedən xəstəxanaya müraciət ediblər.)
Halbuki,bir informasiya saytlarının yayımladığı məlumatlarda deyilir ki, xəstə səhər saatlarında aparılıb. Bundan başqa yayımlanan xəbərlərdə uşağın vəziyyəti normal qeyd olunmasına rəğmən körpənin sağ qolu zədəlidir. Baş nahiyəsində də cızıqlar müşahidə olunur.Qeyd edək ki,xəstənin vəziyyəti ağır olduğundan həkimlər həmin vaxtlarda Şərif Quliyevə təcili qan lazım olduğunu bildiriblər. “Bizə tələbnamə verərək, Respublika Mərkəzi Qan Bankına göndərdilər. Oradan qan vermədilər. Məcburən Neftçilər Xəstəxanasına getdik. 500 qram qanı 115 manata aldıq. Qayıdandan xəstəxanada sanki ağlaşma idi. Həkimlər də bütün personaj da vəziyyətin gərginliyini hiss etdirirdilər. Bir neçə dəqiqə sonra yenə təcili qan gərəkdiyini dedilər.
Yenidən Neftçilər Xəstəxanasına yola düşdüm. 330 manata 1 litr qan alıb, geri qayıtdım”,-mərhumun yoldaşı deyib. Mənbə bildirir ki,«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin həkim sanitar xidmətinin rəisi Adil Şükürov “Azəryolservis”in rəhbəri, deputat Cavid Qurbanovun yaxın qohumudur. Demək olar ki, Adil Şükürov QSC-də Cavid Qurbanovun bir yadigarı kimi qalıb.Qeyd edək ki, o hələ Azərbaycan Dövlət Dəmir Yolları QSC –yə Ziya Məmmədov rəhbərlik edən vaxtdan bu vəzifəni tutur. Mənbənin bildirdiyinə görə,bu günləri bu şəxs öz vəzifəsinin öhdəsindən gələ bilməsə də, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əskərov ona öz iradlarını sadəcə Cavid Qurbanova görə bildirə bilmir. Yoxsa QSC-in rəhbəri onu çoxdan bu vəzifədən qovardı. Bu şəxsi günorta çağları yalnız iri ranqlı məmurların yaxınlarının hüzür yerlərində görmək olar. O məclislərə də Adil Şükürov öz istəyi ilə yox, Cavid Qurbanovun təmsilçisi kimi gedir və məclis sahiblərinə Cavid Qurbanovun adından başsağlıqları verir.Adil Şükürov bu vəzifədə artıq 15 ildən çoxdur ki, oturub və ona bu təşkilatda gözün üstə qaşın var deyən olmadığı üçün o bu idarəni ürəyi necə istəyir, elə də idarə edir. Sərhəd boyu, yaxud da dəmir yol stansiyalarında Adil Şükürov öz işçilərini oturdub və onların imzası olmadan stansiyanı, yaxud da sərhədi heç bir qatar yerindən tərpənib keçə bilməz.
Bu cür “maraqlı” işlər olandan sonra Adil Şükürovun nəyinə lazımdır ki, hansısa dəmiryol xəstəxanasında yoxlamalar aparsın. Yəgin ki, bu şəxs üçün yoxlamalardan çox, həmin xəstəxanaların baş həkimləri ilə dostluq münasibətində olması önəmlidir. Axı onların hamısı dəmiryolçulardır. Bundan başqa Cavid Qurbanov hal –hazırdakı vəzifəsindən əvvəl Azərbaycan Dövlət Dəmiryolu idarəsinin tikinti idarəsinin rəisi vəzifəsində çalışıb və çalışdığı zaman öz qohumu Adil Şükürovun iştirakı ilə Dəmiryolu xəstəxanalarında əsaslı təmir- tikinti işləri aparıb.İndi də o özü vəzifədə olmasa da Adil Şükürov onun “yadigarı” kimi orada qalıb. Adil Şükürov da o vaxtdan baş həkimlərlə yaranan yaxşı münasibətini indi yoxlamalar keçirtməklə körlamaq istəmir.
Axı bu münasibətlərin uzun tarixçəsi var,özü də o illərin iştirakçısı elə hal -hazırda iri ranqlı məmurdur,həm də Milli Məclisin deputatıdır.Yəgin ki, söhbətin kimdən getdiyini oxucuların əksəriyyəti bildi.Bakı Dəmiryol Xəstəxanasında doğuş zamanı qeydə alınan ölüm hadisəsi Arif Əsgərovu niyə narahat etmir?Baş həkim Laçın İmanov və QSC-nin həkim sanitar xidmətinin rəisi Adil Şükürov ciddi şəkildə cəzalandırılmalıdır. Qeyd etdiyimiz kimi «Azərbaycan Dəmir Yolları» QSC-yə tabe olan tibb müəssisələrində vəziyyət ürəkaçan səviyyədə deyil. QSC-nin həkim sanitar xidmətinin rəisi Adil Şükürov vəzifəsinə laqeyd yanaşdığı üçün bu sahədə müxtəlif problemlər üzə çıxmaqdadır. Bakı Dəmiryolu Xəstəxanasında qeydə alınan ölüm hadisəsi bir daha göstərdi ki, «Azərbaycan Dəmir Yolları»nın səhiyyə sistemində ciddi islahatlara ehtiyac var.
Baş həkimin nəzərinə çatdırmaq istəyirik ki, xəstənin ölümündə həkimlərin günahı çox olub. Həkimlərin dediyinə görə bütün cəhdlərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıbHəkimlər nə cəhd göstərib ki? Onlar hamilə qadının qanaxmasını kəsə bilməyiblərsə, nəyə görə hələ də vəzifələrində qalırlar..? Əldə etdiyimiz məlumatlara görə, sözügedən xəstəxananın tibbi personalı arasında savadlı kadrlar çox az, hətta barmaqla sayılası qədərdir. Xəstəxanada baş alıb gedən özbaşınalıqlarla bağlı mətbuatda da kifayət qədər informasiya verilib. Əfsualar olsun ki, QSC sədri Arif Əsgərov yarıtmaz fəaliyyətlə məşğul olan baş həkim Laçın İmanovu cəzalandırmır.
Məlumunuz olsun ki, yuxarıda adı qeyd olunan xəstəxanada illərdir ki, müxtəlif problemlər hökm sürür. Xatırladaq ki, bir müddət əvvəl Maliyyə Nazirliyinin maliyyə-təftiş idarəsinin müfəttişləri Bakı Dəmiryol Xəstəxanasını təftiş ediblər. Yoxlama 3 ay davam edib və çox böyük maliyyə maxinasiyaları aşkarlanıb. İlkin hesablamalara görə, xəstəxana rəhbərliyi təxminən yarım milyon manat dövlət vəsaitini mənimsəyib. Yoxlama dövründə tikinti-təmir işlərinə ayrılan xərclərin şişirdilməsi və mənimsənilməsi, ərzaq məhsullarının, dərman və inventarların tendersiz alınması, məvaciblərin hesablanmasında ciddi qanunsuzluqlar, pullu xidmətdən gələn gəlirlərin uçotdan gizlədilməsi kimi çox ciddi maliyyə pozuntuları aşkarlanıb.
Ən böyük maliyyə pozuntusu təmir-tikinti xərclərinin şişirdilməsi ilə bağlı olub.Burada mal və xidmətlərin haqqı orta bazar qiymətindən dəfələrlə yüksək qiymətə sənədləşdirilib. Amma təmir-tikinti işləri sona qədər yerinə yetirilməyib. Eyni zamanda, ştat üzrə maaşların hesablanmasında çox ciddi çatışmazlıqlar olub, bir çox hallarda işçilərin məvacibi düzgün hesablanmayıb, xəstələr qida və dərmanla normal şəkildə təmin edilməyib.Bu faktlar mətbuat səhifələrinə çıxarılsa da, müvafiq dövlət orqanları tərəfindən heç bir tədbir görülməyib. Cəzasızlıq mühiti isə Bakı Dəmiryol Xəstəxanasındakı problemlərin daha da ciddiləşməsinə səbəb olub.
Cəmiyyət sədri Arif Əsgərov, eyni zamanda əlaqədar orqanların nümayəndələri baş həkim Laçın İmanovun, QSC-nin həkim sanitar xidmətinin rəisi Adil Şükürov barəsində mütləq ölçü götürməlidir. \ Qafqaznews.az \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
• Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14 |
|
|
|
• Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12 |
|
|
|
• Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04 |
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
|