Moskvada təlxəklərin şousu, təxribatçıların "siçan təlaşı" .....                     Kredit almaq asanlaşacaq: Bəs geri ödəmək? .....                     "COP 29 tədbirinə ev sahibliyi edən Azərbaycan... .....                     Qaya parçasının düşdüyü evin sahibəsi: .....                     Azərbaycanın BRİCS-ə üzvlüyü geosiyasi vəziyyətin tələbidir .....                     Bağçada övladına "Ketotifen" verilən ana: .....                     Naxçıvan Ali Məclisinin iclas zalı yenidən qurulacaq .....                     Həbsdəki “mahmudovçu” generalın azadlıq istəyi .....                     Polkovnik-leytenantla FHN arasında nə baş verir? .....                     İcra başçısının sabiq müavininin məhkəməsi başlayıb .....                     "Sinfidə 30-40 şagird varsa, keyfiyyətdən söhbət gedə bilməz" .....                     “Su altında qalan Sabunçu tuneli ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etmişdik” .....                     BRİKS ölkələri G7-ni geridə qoyub: .....                     Ehtiram Hüseynov işdən çıxdı .....                     Sabunçuda camaat ŞİKAYƏTÇİDİR... .....                     Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi keçirilir. .....                     Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb .....                     Məsuliyyətsiz sürücülər sığorta şirkətlərinə .....                     “Leş qarağaları kimi üstümə yığışdılar, utanırlar?” .....                     Aktyorla xanımının qətlinin .....                     “Bizə çatanda deyirlər, camaatın anası, bacısı baxır, ayıb deyil?” .....                     15 il həbs cəzası alan iş adamı və digərləri .....                     Ərdoğan - Putin anlaşması nəyi dəyişəcək? .....                     Terrorçuların sülh müqaviləsiylə əlaqələndirilməsinin heç bir məntiqi izahı yoxdur .....                     AP-nin Azərbaycana qarşı qərəzli mövqeyi nəyə hesablanıb? .....                     Gürcü hərbi attaşe Papikyanla görüşdü .....                     Azərbaycan müdafiə nazirinin Qırğızıstana rəsmi səfəri davam edir .....                     Tanınmış vəkil komaya düşdü .....                     "MİDA" Binəqədidə inşa olunan yaşayış kompleksi üçün .....                     Bakıda 5 milyonluq mənzil .....                     İrəvan sərhəd sənədini niyə tələsik təsdiqlədi: .....                     Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən zabitinə hökm oxunub .....                     ATA QAZİ... OĞUL QAZİ... ikisi də İŞSİZ, DURUM AĞIR... .....                     Göyüşov və oğlu haqda yeni məlumatlar: .....                     Pulu Elman Rüstəmov “yeyib”, vətəndaşın mülkü əlindən alınır .....                     Mövlam Şıxəliyevlə dövlət qurumu arasında pensiya qalmaqalı .....                     Biləsuvarın keçmiş icra başçısı HƏBSDƏN BURAXILA BİLƏR .....                     Məmur korrupsiyaya yol versə, lakin kimlərəsə kömək etsə, onun adı "çörəkverən kişi" qalır... .....                     Sabunçuda iki nəfərin ölümünə səbəb olan tuneli tikən şirkətdən AÇIQLAMA .....                     Azərbaycan Mərkəzi Bankı .....                 

İİN ŞEFİNƏ QARŞI KAMPRAMAT YAĞIŞI
Tarix: 20-01-2012, 13:15 | Çap et
İİN ŞEFİNƏ QARŞI KAMPRAMAT YAĞIŞI

FƏRHAD ƏLİYEV, HEYDƏR BABAYEV.. ŞAHİN MUSTAFAYEV DƏ BU «KARVANA» QOŞULUR

ŞOK: NAZİRİN XARİCDƏKİ BANK HESABINDA 3 MİLYARD DOLLAR PUL YIĞILIB

DİA.AZ: - Heydər Babayevdən sonra iqtisadi inkişaf naziri postunu tutan Şahin Mustafayevin hələ o ərəfədə kimliyi hər kəs üçün maraqlı idi. Lakin sonradan onun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kadrı olduğu təsdiqləndi. Məhz FHN şefinin dəstəyi ilə qısa müddət içində baş mühasiblikdən nazir postuna qədər yüksəliş dövrü keçən Şahin Mustafayev bu dəfə karyera yüksəlişini durdurmalı olacaq. Bu barədə «Gündəm Xəbər»ə daxil olan məlumatlardan aydın olur ki, bu ilin may ayına nəzərdə tutulan kadr islahatlarının əsas hədəflərindən biri də elə Şahin Mustafayevdir.

Kimdir Şahin Mustafayev? Əslində bir çoxları üçün yeni sima təsiri bağışlayan Şahin Mustafayev hakimiyyətin üst düzəyinə hansı formada yol tapması ilə bir çoxlarını heyrətləndirsə də, bilgili dairələr burada təəccübə səbəb olacaq nəsə görmədilər. Yəni onlar bu təyinatı normal qarşıladılar. Çünki Şahin Mustafayev hələ Heydər Babayev görəv başında olarkən bu posta hazırlanırdı. Sürətli şəkiddə vəzifə yüksəlişi yolu artıq onunla bağlı ciddi planların mövcudluğundan xəbər verirdi. Və nəhayətdə bu planlar Şahin Mustafayevi nazir postuna qədər daşıdı.

İndi isə onun tərcümeyi-halına qısa nəzər salaq və elə buradan hər şeyi apaydın görmək mümkündür. Mustafayev Şahin Abdulla oğlu 1965-ci ildə anadan olub. 1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqdisad İnstitutunun Bakı filialını bitirib. 1990-1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib. 1991-1992-ci illərdə “Spektr” kiçik müəssisəsində baş mühasib vəzifəsində çalışıb. 1992-1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.

1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi vəzifəsində çalışıb. 2000-2003-cü illərdə Vergilər Nazirliyinin İqdisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi olub. 2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin rəisi işləyib. 2005-2006-cı illərdə Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti olub.

Və ən nəhayətdə artıq yüksəliş dövrü başlayır və 2006-cı ilin sentyabrında Vergilər nazirinin birinci müavini təyin edilib. Bundan sonra isə 2008-ci ilin prezident seçkilərindən sonra görəvdən alınan Heydər Babayevin yerinə həmin ilin 31 oktyabrın tarixində İqtisadi İnkişaf naziri təyin olunur və bu günə qədər də cəmiyyətin «qaradinməz» adam kimi tanıdığı Şahin Mustafayev hakim komandanın üst düzəyində qərarlaşmaqla yanaşı, yerini möhkəmləndirmə kursu götürür.

Əslində onun bir «korrupsioner məmur» obrazı olmasa da, məhz bu şəkildə sıradan çıxarılacağı haqda bir neçə gün əvvəl dövrü mətbuatda xəbərlər dolaşmağa başladı. Bildirilirdi ki, iqtisadi inkişaf nazirliyinin korrupsiyaya uğramısını sübuta yetirən çox ciddi faktlar «donos» şəklində Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ötürülüb. İlk əvvəl bu faktların araşdırılmasına cəsarət nümayiş etdirən olmasa da, sonradan məhz siyasi hakimiyyətin qərarı ilə araşdırmalar başlayıb.

Hər halda, Şahin Mustafayevin bir korrupsioner kimi təftiş olunacağını yenə də cəmiyyət gözləmirdi. Amma burası Azərbaycandır və burda istənilən kəs üçün münasib bir «statya»nın tapılması çox asandır. Xüsusən də Şahin Mustafayev üçün. Hər halda, onun keçdiyi yol da təsdiqləyir ki, daha çox kağız-kuğuz, yazı-pozu işi ilə məşğul olan Şahin Mustafayev əslində bu vaxta qədər mövcudluğu hələ də şübhəli qalan gizli büdcənin əsas mühasibi rolunu oynayıb.

Bu barədə redaksiyamıza məlumat verən mötəbər qaynaq iddia edir ki, Şahin Mustafayev heç də ilk təəssüratın oyatdığı qənaətə uyğun olaraq nə «qaradinməz» deyil, nə də «fağır»: «Bu adamın imzası altında Azərbaycan dövlətindən talanan milyonlar ayrı-ayrı oliqarx-məmurların şəxsi büdcəsinə ötürülüb». Mənbəmizə görə, Şahin Mustafayev bu işdə o qədər peşəkar və ustadır ki, onun kimi bir profesionala sahiblənmək bu gün hər bir oliqarx-məmurun arzusudur: «Qara mühasibatı gözəl bildiyindən hətta ən üst səviyyədə təmsil olunan məmurlar da öz işlərini günü bu gün də ona həvalə edirlər. Şahin Mustafayev bəlkə də bu keyfiyyəti səbəbindən «toxunulmaz» elan edilə bilər. Amma artıq onun da zamanı bitib və onun bu gün iqtisadi inkişaf naziri olaraq görəv başında qalması məhz gizli büdcənin sahiblərinə münasib deyil. Dövlət ayrı, dərin dövlət ayrı».

Təbii ki, zaman-zaman dövrü mətbuatda Azərbaycanın «dərin dövləti» ilə bağlı müəyyən məlumatlar verilib. Yox, bizdə heç də məsələ Türkiyədə mövcud olan və bu gün Ərdoğan iqtidarı tərəfindən xeyli dərəcədə yıpradılaraq yerində alternativi qurulan Türkiyə Dərin Dövlətinin bənzəri yoxdur. Çünki bizdə «dövlət» anlamının mahiyyətinə yanaşma da fərqlidir. Əgər Türkiyədə «dərin dövlət» görünən dövlətin bir növ çirkablıqlarını udaraq onu daha da möhkəmlətməyə xidmət edirsə və bu zaman bir növ DÖVLƏT MAFİYASI - MAFİYALAŞMIŞ obrazı təəssüratını yaradırsa, Azərbaycanda tamam fərqlidir. Azərbaycanda mafiya - mafiyadır, dövlət isə mafiyadan betər mafiyadır və sırf olaraq mafiya-klan qanunları ilə idarə olunur. Odur ki, bizdə mövcud olan «dərin dövlət» görüntüdə olan dövlətin yox, hakimiyyət rıçaqlarını əlində saxlayan konkret klanın, iqtisadi-siyasi qrupların maraqlarını güdən bir formadır.

Azərbaycanın «dərin dövləti»i daha çox ayrı-ayrı nazirlərə, hakim komandanın rəhbərlərinə məxsus olan strukturların iqtisadi fəaliyyətinin məcmusudur ki, bu da tam olaraq qanunazidd bir təzahürdür. Doğrudur, istənilən bir «dərinliyə varmış» institutun qanuni fəaliyyətlə tərs-mütənasiblik təşkil etməsi tamamən şübhəsizdir. Amma mahiyyət və hədəf məsələsi də önəmli olduğundan Azərbaycanda mövcud olan «dərin dövləti» daha çox dərinliyə hopmuş, dərinlikdə gizlənmiş mafiya - yəni «dərin mafiya» adlandırmaq olar. Yəni doğrusu budur.

Və bu «dərin mafiyanın» baş mühasibliyini uzun müddət həyata keçirmiş, günü bu gün də Azərbaycan xalqından və Azərbaycan dövlətindən oğurlanan milyardları «rəsmiləşdirməklə» məşğul olan Şahin Mustafayev artıq funksiyasını itirmiş və yaxud da missiyası başa çatmış durumdadır. Artıq sıra daha peşəkarlarındır və gəlişmiş dünyanın yeni iqtisadi fırıldaqlarına bələd olanlara növbə çatıb. Hər halda, köhnə sovet maarifləndirməsinin durduğu bir nöqtə də var. Ki, məhz bu nöqtənin başlanğıca çevrilməsi səbəbindən artıq Şahin Mustafayevin xidmətlərinə ehtiyac yoxdur. Həm də bu ehtiyac yoxluğunu zərurətə çevirən bir məqamın yaşanılması artıq Şahin Mustafayevin arxivə göndərilmə zamanını diqtə edir.

Fərhad Əliyev iqtisadi inkişaf naziri postunu tutandan bir fərqli obrazda idi. Əslində onun yaratdığı təəssürat məhz İİN-nin şüurlarda olan və nəzəriyyənin diqtə etdiyi xarakterə daha çox uyğun idi. Bunu həm də o zamanın, yəni Heydər Əliyev dövrünün tələbi ilə də əlaqələndirmək olar. Yəni o ərəfədə mövcud olan siyasi iradə diqtə edirdi ki, Fərhad Əliyev iqtisadi inkişaf naziri olaraq, məsələn, sahibkarların keşiyində dayansın və Azərbaycanın milli burjuaziyasının yaranışına dəstək olsun.

Məhz buna görə də Fərhad Əliyev nazir olduğu zaman sahibkarlar hətta prezidentlə görüşə, prezidentə öz problemlərini açıq şəkildə çatdıra da bilirdilər. İlham Əliyev dövlətin başına keçəndən sonra bu ab-hava müəyyən qədər qorunub saxlansa da, sonradan hər şey alt-üst oldu. Bəlkə də bu dəyişkənlik diqtə edirdi ki, Fərhad Əliyev görəv başından alınsın. Və bu yüzə yüz belədir. Artıq Fərhad Əliyevin missiyası başa çatmışdı. Çünki yeni siyasi iradə tamam fərqli bir ovqatı, şərtləri diqtə etməkdə idi. Fərhad Əliyev isə buna ayaq uydura bilməzdi.

İlham Əliyev iqtidar başına gələndən təxminən 2-3 ay sonra prezident olmağın çətinliyini etiraf etdi. Haqlı olaraq prezidentin bu etirafını bir sıra ekspertlər «İlham Əliyev artıq hakimiyyətdə oturub Azərbaycanı parçalayaraq idarə edən mafioz qruplaşmalarla tanış oldu» qənaətini ortaya qoydular. Məhz bu tanışlığından sonra ikinci mərhələdə döyüş baş verməli idi. İlham Əliyev isə həmin döyüşdən məğlub ayrıldı. Bunun da nəticəsində Azərbaycan hamının yox, mafiyalaşmış klanın inhisarına keçdi. İlham Əliyev isə hamının yox, konkret bir klanın prezidenti oldu.

Bunun da ardından artıq məlum proseslər yaşandı. Azərbaycan kimi ölkələrin iqtisadiyyatın bel sütunu hesab olunan orta və xırda sahibkarlar ordusunun məhvolma prosesinə start verildi. Bunun üçün isə ilk addım kimi Fərhad Əliyev sıradan çıxarılmalı idi. Çıxarıldı da. Xatırlayırsınızsa, Fərhad Əliyev həbsindən bir neçə ay əvvəl belə bir açıqlama ilə çıxış etmişdi: «Məni ölümlə hədələyirlər, mənim həyatım təhlükə altındadır».

Təbii ki, normal halda bir ölkənin naziri belə bir təhlükəni yaşamamalıdır, yaşayırsa da, bu məsələnin üstünə gedilməli idi. Amma sanki belə bir təhlükə anonsu verilməyibmiş kimi davranıldı. Və sonradan təhlükə barədə xəbər verən Fərhad Əliyevin özü həbs olundu. Maraqlı məqam idi. Amma bu vaxta qədər bu məqam da araşdırılmayıb.

Bu məqamla bağlı redaksiyamızı məlumatlandıran mənbə bildirir ki, Fərhad Əliyev həmin ərəfədə əslində dövlət adına çıxış edən mafiyalaşmış strukturların hədəfində idi. Və nə yazıq ki, İlhaim Əliyev prezident kürsüsünə keçəndən sonra məhz həmin strukturların girovuna çevrildi. Bunun ardından da məlum olaylar yaşandı. Fərhad Əliyev zərərsizləşdirildi, sahibkarlar bir sinif kimi sıradan çıxarıldı. Məlum oldu ki, Fərhad Əliyevi ölümlə hədələyənlər kimlər imiş. Onlar Fərhad Əliyevi həbs etdirəndən sonra rahatlaşdılar.

Oliqarxların maraqlarının hakim kəsildiyi bir ərəfədə isə keçid dövrü üçün iqtisadi inkişaf naziri olaraq müəyyən olunan Heydər Babayev İİN şefi postunda «layiqli» ola bilmədi. Bunu onun «nebloqdarnı» keyfiyyəti ilə əlaqələndirsələr də, əslində Heydər Babayevin gedişi tamam fərqli situasiyanın nəticəsi idi. Rusiyanın iqtisadi dairələri ilə sıx bağlı olan və eyni zamanda beynəlxalq müstəvidə iqtisadiyyatın peşəkarlarından hesab olunan Heydər Babayev də bu hakimiyyətin, daha doğrusu, oliqarx korpusun istədiklərini verə bilmədi. Bilməzdi də.

Amma bunların fonunda Şahin Mustafayev çox uğurlu və münasib bir kadr idi. Hər halda, gizli iqtisadiyyatın bilicisi olaraq kifayət qədər etimad qazanmış Şahin Mustafayevdən başqa bir təmaüldə istifadə oluna bilərdi. Bu həm də onnun mükafatlandırılması kimi qəbul olunmalı idi. Yəni Şahin Mustafayev əslində nazir postuna təyin olunduğu zaman həm məlum fəaliyyəti səbəbindən mükafatlandırılırdı və həm də yeni bir görəvə təhkim olunurdu.

Şahin Müstafayev görəv başına təyin olunandan sonra onun fəaliyyətini izlədikdə bir məqam daha çox qabarır: Bu adam sahibkarların qənimidir. Əslində belə idimi? Təbii ki, burada şübhəyə düşmək, hansısa başqa səbəb aramaq ən doğru olmayanıdır. Şahin Mustafayev nazir təyin edildikdən sonra Azərbaycan sahibkarının qara günləri başlayır. Şahin Musatafayev məhz ona verilən tapşırıqlara, onun boyuna biçinə öhdəliyə uyğun olaraq Azərbaycanda milli burjuasiyanı bitirir.

Məhz o nazir olandan sonra Azərbaycanda dondurma istehsalçıları Mübariz Mənsimlinin, duz istehsalçıları Abdolbari Gozalın, limonad istehsalçıları Kəmaləddin Heydərovun ayağına verilir. Məhz Şahin Mustafayevin sayəsində bu gün Azərbaycan sahibkarları inhisarçıların maraqları naminə xərclənib. Bu gün İqtisadi İnkişaf Nazirliyinin ayrı-ayrı idarələri Kəmaləddin, Heydərov, Ziya Məmmədov kimi nazirlərin iqtisadi maraqlarının keşikçilərinə çevrilib. Bu gün iqtisadi inkişaf nazirliyi «Azərduz» zavodunda «Azərsun» Holdinqlə ortaq olması səbəbindən 20-yə yaxın duz istehsal edən sexin fəaliyyətinə qadağa qoyulub. Bu gün minlərlə, on minlərlə işçi çölə atılır, işsiz qalır, o səbəbə görə ki, hansısa oliqarx-məmurun iqtisadi maraqları müdafiə olunur və bu prosesin baş icraçısı Şahin Mustafayevdir. Bu gün Şahin Mustafayevin ayrı-ayrı oliqarx-məmurlara xidmətinin nəticəsi olaraq bağlanan iş yerlərinin yaratdığı biabırçı mənzərəni hətta hakimiyyətin saxta 600 minlik iş yeri statistikası belə ört-basdır edə bilmir.

Məlumatlı mənbələrin bildirdiyinə görə, Şahin Mustafayevlə bağlı artıq qərar verilib. Artıq hakimiyyət ondan imitnə niyyətindədir. Bunun səbəblərinə yuxarıda toxunduq.

Onun yerinə Kərəm Həsənovun gətiriləcəyini bildirən mötəbər qaynaq iddia edir ki, bu qərar həm də hakimiyyət strukturlarında qruplaşma maraqlarının darmadağın edilməsi anlamını daşıyır: «Hər bir iri oliqarx məmur özünün nüfuz dairəsini formalaşdıraraq bir neçə dövlət strukturunu nəzarətində saxlayır ki, bu əslində daha çox iqtidarın ümumi maraqlarının ziddinədir».

Mənbəmiz bildirir ki, prezident İlham Əliyev hansısa qruplaşma marağına yox, məhz ümumi komandaya işləyən yeni kadrların önə sürülməsi marağını budəfəki dəyişikliklər zamanı da hiss etdirəcək».

Onu bir daha xatırladaq ki, Şahin Mustafayev nazir postuna gələndən sonra daha çox oliqarx məmurların biznes maraqlarının qorunması ilə məşğul olub. Ayrı-ayrı dönəmlərdə xırda istehsalçıları hədəfə alan İİN-nin bütün fəaliyyəti əslində inhisarçılığa dəstək xarakteri daşıdığından artıq Azərbaycanda normal sahibkarlıq mühitinin olmadığını və bir zamanlar ciddi bir ordu təsirini bağışlayan sahibkarlar korpusunun sıradan çıxarıldığını söyləyə bilərik. Ki, bu da əslində Şahin Mustafayevin aktivinə yazılmalıdır.Əldə etdiyimiz məlumatlara görə, Şahin Mustafayev həm də elə dünənə qədər xidmət etdiyi qruplaşmaların güdazına gedib. Bu barədə məlumat verən mötəbər qaynaq iddia edir ki, İİN şefi bir neçə beynəlxalq əhəmiyyətli əməliyyatın qurbanına çevrilib: «Bu günlərdə məlum oldu ki, Azərbaycanda inqilab planını cızan Qərb dairələri hakimiyyətə aid nüfuzlu simaları xarici baknlardakı hesabları ilə təhdid etməyə başlayıblar. Halbuki bu məsələdən əsas sorumlu elə məhz Şahin Mustafayevdir». Mənbənin məlumatlarından belə məlum olur ki, Şahin Mustafayev çox nüfuzlu bir məmurun bank hesablarındakı əməliyyatları tənzimləməli imiş və bu zaman məxfiliyin qorunması şərt olub: «Lakin götürülən öhdəliyə əməl olunmayıb. Əksinə, Şahin Mustafayevin nəzarətində olan bir bank hesabına yasaq qoyulub».

Mənbənin sözlərindən belə aydın olur ki, sözügedən bank hesabı fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olub: «məlumdur ki, son olaraq Qərb dairələri Azərbaycan məmurlarına aid 20-yə yaxın bank hesabına qadağa qoyub ki, həmin bank hesabları da birbaşa olaraq Şahin Mustafayevin nəzarəti altında imiş. Həmin bank hesablarından isə yalnız birində - məhz kəmaləddin Heydərova aid hesabda yüklü miqdarda pul olub».

Onu da bildirək ki, son vaxtlar İqtisadi İnkişaf Nazirliyindən şikayətlərin miqyası və masştabı sürətlə böyüyür. Şahin Mustafayevin gəlişindən sonra nəhayət ki, bu nazirliyin gerçəkdən də ölkənin iqtisadi inkişafında maraqlı bir quruma çevriləcəyini gözləyənlər sözün həqiqi mənasında yanıldıqlarını hiss etməyə başlayıblar. Cənab Mustafayev özəlliklə də Heydər Babayevin zamanında artan sahibkarlara qarşı «iqtisadi repressiyalar»ı durdurmaq yerinə, daha da gücləndirib.

İri oliqarx-məmurlar qarşısında xeyli dişsiz olan, onların maraqlarının xidmətçisinə çevrilən Şahin Mustafayev bunun əvəzini kiçik və orta sahibkarlardan çıxmaqda, ölkə boyu elə də geniş imkanlara və himayədarlara malik olmayan biznesmenləri seçki ili kimi həssas bir dövrdə hökumə qarşı hiddətləndirməkdədir.

Nazirliyin əsassız yoxlamaları, cərimələri, istehsal müəssisələrinə qarşı yepli-yersiz hücumları paytaxtdan başlayıb və proses günbəgün ölkə ərazisinin hər yerinə yayılmaqdadır. Məsələn, İqtisadi İnkişaf Nazirliyinin (İİN) əməkdaşları Daşkəsən sakini Gülnar Həsənovanın ərzaq mağazasında yoxlama aparılarkən təxminən 47 manatlıq istehlak müddəti bitmiş ərzaq məhsulları aşkar edilib. Faktı aktlaşdıran İqtisadi İnkişaf Nazirliyi Yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiə Dövlət Xidmətinin Gəncə-Qazax regional idarəsinin əməkdaşları sahibkara 1500 manat cərimə kəsiblər. Mediaya şikayət göndərən Gülnar Həsənova isə adıçəkilən dövlət orqanının ona böyük məbləğdə cərimə kəsməsindən şikayətçidir: «Mən günahımı danmıram. Doğrudan da mənim mağazamda bir neçə ərzaq məhsulunun istifadə müddəti mayın sonunda bitmiş və mən onları satışdan çıxarmamışdım. Ancaq niyə 46 manat 80 qəpiklik ərzaq üçün mənə 1500 manat cərimə kəsirlər? Bu insanları soymaq deyil?»

İİN-in əmkdaşları faktı mağazadakı nəzarət kitabçasına da qeyd ediblər, sahibkara inzibati xəta pozuntusu üzrə Gəncədə i keçiriləcək məhkəmə prosesinə çağırış da veriblər. Ancaq cərimənin məbləği sənədlərin heç birində qeyd olunmayıb: «İİN-nin əməkdaşları mənə dedilər ki, 1500 manat cərimə verəcəksən, 100 manat da bizə “hörmət” edərsən. Gülməlidir. Məni bu qədər cərimələyiblər, hələ mən bunlara “hörmət” eləməliyəm».

İndi sahibkar şübhələnir ki, birdən 1500 manat rəsmilərin «hörmət» dediyi rüşvət, 100 manat isə cərimə ola bilər.

Doğrudur, mediaya açıqlamasında İqtisadi İnkişaf Nazirliyi Yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiə Dövlət Xidmətinin əməkdaşları, məsələn, qurumun Gəncə-Qazax regional idarəsinin rəisi Təbriz Axundov deyir ki, onlar dövlətin onların üzərinə qoyduğu vəzifənin icrası ilə məşğuldurlar, söylənilən cərimələr isə İnzibati Xətalar Məcəlləsinə görə müəyyən edilir, amma reallıqda başqa məqamlar ortaya çıxır. Belə ki, yararlılıq müddəti bitmiş ərzaq məhsullarının satışı üzrə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək cərimə olunurlar.

Dəhşətlisi odur ki, 47 manatlıq yararsız məhsula görə iri cərimə məbləğini - 1500 manatı kəsən İİN əməkdaşları, başqa bir obyektdə tutaq ki, 547 manatlıq yararsız məhsul aşkarlasalar nə edirlər? Onadamı yüksək cərimə məbləğini kəsirlər? Belə bir məntiqsizlik ola bilərmi?

Düzdür, Şahin Mustafayevin adamları iddia edir ki, bu, məhsulun dəyərindən və miqdarından asılı olmayan məbləğdir. Onların sözlərinə görə, yəni yararsız məhsul 10 qəpiklik ya 1000 manatlıq da olsa, cəriməsi 1500 manatdır. Bu məbləğ birinci dəfə aşkar edilən qayda pozuntusu üçündür. İkinci və üçüncü dəfələrdə cəzalar bir qədər də sərtləşdirilir. Ortada bir hüquqi boşluğun olduğu göz önündədir, bəs bu boşluqdan istifadə edib, kiçik biznes subyektlərinin cibini talamaq hansı vicdana və məntiqə sığır? Ümumiyyətlə, istər paytaxtdan, istərsə də rejgionlardan gələn məlumatlara görə, İİN əməkdaşları sahibkarlardan tələb etdikləri qanunsuz məbləği rahatlıqla ala bilirlərsə, yararsız məhsulları da unudurlar, istehlakçıların sağlamlığını da, İnzibati Xətalar Məcəlləsini də, cərimə yazmağı da… İş yalnız o vaxt skandallı nöqtəyə gəlir ki, sahibkarlar Şahin Mustafayevin adamlarının onlardan hər hansı nöqsana görə tələb etdikləri «şirinliyi» ödəmirlər; bu zaman cərimə də «fontan» vurur, qeyri-qanuni tələb olunan məbləğin miqdarı da!

Cərimə anlaşıldı, bəs İİN əməkdaşlarının sahibkarlardan 100 manat rüşvət tələb etməsi necə, bu barədə də İnzibati Xətalar Məcəlləsində hansısa maddə varmı? Bəlkə cənab Mustafayevin işçiləri artıq rüşvəti də qanuniləşdiriblər, iş adamlarının xəbəri yoxdur?Hər halda bu suallara nazirlikdən bir cavab veriləcəyini gözləmirik. Sadəcə, soruşuruq. Soruşmağa görə isə deyəsən, qanunvericilikdə cərimə-zad nəzərdə tutulmayıb.

Təbii ki, bu son daha çox Şahin Mustafayevə aiddir. Mənbə bildirir ki, gediş fətvası verilən Şahin Mustafayevlə bağlı planların yekunu bundan ibarətdir: «Təbii ki, o, nə Fərhad Əliyevin taleyini yaşayaraq həbsə göndəriləcək, nə də Heydər Babayevin taleyini yaşayaraq mədəni sürgünə. Onunla bağlı planlar başqadır».

Mənbə bildirir ki, Şahin Mustafayev gizli iqdisadiyyatın maliyyə işlərində iştirakını qoruyub saxlasa da, o, artıq əvvəlki qədərində etimad sahibi deyil: «Artıq Şahin Mustafayev bitmiş fikirdir və onun ardından nöqtənin qoyulma zamanı yetişib».

Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Şahin Mustafayevlə bağlı əldə edilən kampramat xarakterli materialların birində belə bir fakt da yer alıb ki, hər kəsin fağır kimi tanıdığı bu nazir əslində, son illər ərzində xaricdə özünə yaxın şəxslərin adına bir neçə bank hesabı açıb və həmin bank hesablarında bu günə kimi kimsənin inana bilməyəcəyi bir məbləğ 3 milyard ABŞ dolları həcmində vəsait toplanıb: «Bu isə o deməkdir ki,həmin vəsait «obşıy katyol»dan oğurlanıb. Bunun bədəlinin ödənilməsi isə ağır olur».









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvada təlxəklərin şousu, təxribatçıların "siçan təlaşı" - Biz müttəfiqik?
Bu gün, 19:02
Kredit almaq asanlaşacaq: Bəs geri ödəmək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
"COP 29 tədbirinə ev sahibliyi edən Azərbaycan... Qərbin qərəzli bəyanatlarla təzyiq göstərməsinə çoxdan hazır idi"
Bu gün, 18:56
Qaya parçasının düşdüyü evin sahibəsi: - "Qardaşımın durumu ağırdır"
Bu gün, 18:01
Azərbaycanın BRİCS-ə üzvlüyü geosiyasi vəziyyətin tələbidir - ŞƏRH
Bu gün, 18:00
Bağçada övladına "Ketotifen" verilən ana: -"Təhdid edirlər, lakin şikayətimi geri götürməyəcəyəm"
Bu gün, 17:57
Naxçıvan Ali Məclisinin iclas zalı yenidən qurulacaq
Bu gün, 17:55
Həbsdəki “mahmudovçu” generalın azadlıq istəyi növbəti dəfə rədd edildi
Bu gün, 17:53
Polkovnik-leytenantla FHN arasında nə baş verir? - ŞİKAYƏT VERİB
Bu gün, 17:48
İcra başçısının sabiq müavininin məhkəməsi başlayıb - DETALLAR
Bu gün, 17:47
"Sinfidə 30-40 şagird varsa, keyfiyyətdən söhbət gedə bilməz" - Ekspert danışır...
Bu gün, 17:44
“Su altında qalan Sabunçu tuneli ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etmişdik” – Fazil Mustafa
Bu gün, 17:41
BRİKS ölkələri G7-ni geridə qoyub: - Putin elə rəqəmlər səsləndirdi ki...
Bu gün, 17:40
Ehtiram Hüseynov işdən çıxdı - AÇIQLAMA
Bu gün, 17:38
Sabunçuda camaat ŞİKAYƏTÇİDİR... - İcra başçısı isə deyir ki...
Bu gün, 17:30
Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi keçirilir. - FOTO
Bu gün, 17:18
Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb - FOTO, VİDEO
Bu gün, 17:15
Məsuliyyətsiz sürücülər sığorta şirkətlərinə - 93 MİLYON MANAT ZƏRƏR VURUBLAR
Bu gün, 17:12
“Leş qarağaları kimi üstümə yığışdılar, utanırlar?” - Mətanət İsgəndərli
Bu gün, 17:06
Aktyorla xanımının qətlinin TƏFƏRRÜATI
Bu gün, 17:02
“Bizə çatanda deyirlər, camaatın anası, bacısı baxır, ayıb deyil?” - Ülvidən onu QINAYANLARA
Bu gün, 16:59
15 il həbs cəzası alan iş adamı və digərləri Ali Məhkəməyə üz tutdu
Bu gün, 16:57
Ərdoğan - Putin anlaşması nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 16:53
Terrorçuların sülh müqaviləsiylə əlaqələndirilməsinin heç bir məntiqi izahı yoxdur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:41
AP-nin Azərbaycana qarşı qərəzli mövqeyi nəyə hesablanıb? - Millət vəkili detallı danışdı
Bu gün, 16:29
Gürcü hərbi attaşe Papikyanla görüşdü
Bu gün, 16:28
Azərbaycan müdafiə nazirinin Qırğızıstana rəsmi səfəri davam edir
Bu gün, 16:25
Tanınmış vəkil komaya düşdü - hazırda reanimasiyadadır
Bu gün, 16:22
"MİDA" Binəqədidə inşa olunan yaşayış kompleksi üçün 1,4 milyon xərcləyəcək
Bu gün, 16:20
Bakıda 5 milyonluq mənzil – Orada kim yaşayır?
Bu gün, 16:11
İrəvan sərhəd sənədini niyə tələsik təsdiqlədi: - Bakıdan nə istəyirlər?
Bu gün, 16:07
Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən zabitinə hökm oxunub - 8 il...
Bu gün, 16:04
ATA QAZİ... OĞUL QAZİ... ikisi də İŞSİZ, DURUM AĞIR... - MÜRACİƏT
Bu gün, 15:59
Göyüşov və oğlu haqda yeni məlumatlar: - Milyonluq layihələr, qaranlıq tenderlər, xaricə daşınan sərvət…
Bu gün, 15:52
Pulu Elman Rüstəmov “yeyib”, vətəndaşın mülkü əlindən alınır - NONSENS MƏHKƏMƏ İŞİ
Bu gün, 15:43
Mövlam Şıxəliyevlə dövlət qurumu arasında pensiya qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 15:40
Biləsuvarın keçmiş icra başçısı HƏBSDƏN BURAXILA BİLƏR - BUNA GÖRƏ...
Bu gün, 15:38
Məmur korrupsiyaya yol versə, lakin kimlərəsə kömək etsə, onun adı "çörəkverən kişi" qalır... - NİYƏ BELƏDİR?
Bu gün, 15:33
Sabunçuda iki nəfərin ölümünə səbəb olan tuneli tikən şirkətdən AÇIQLAMA - Günah sifarişi verəndədir
Bu gün, 15:26
Azərbaycan Mərkəzi Bankı "Cüzdan"a lisenziya verib
Bu gün, 15:21
Bütün ermənilərin katolikosu Bakıya gələ bilər - KİV
Bu gün, 15:19
Əvvəl sevindi, bir neçə dəqiqə sonra isə həbsə getdi - TƏFƏRRÜAT
Bu gün, 15:08
Qiymətləndiricilərin peşə bacarığı səviyyəsinin yüksəldilməsi məqsədilə növbəti kurs keçirilib - FOTO
Bu gün, 15:03
Zaqatalalı “Dadaş”, “Silvestr” və lənkəranlı avtoritetlər – Azərbaycan MAFİYASI NECƏ YARANDI?
Bu gün, 15:00
Ramiz Mehdiyevin kürəkəni hüquqdan sui-istifadə edir – Yenə məhkəməni təxirə saldırdı
Bu gün, 14:54
Gözətçi "Kapital Bank"a kredit almağa getdi - 200 manat cərimələndi
Bu gün, 14:48
İcra başçısının oğlu 1 milyon manat vergini ödəməmək üçün Azərbaycandan qaçdı - TƏFƏRRÜAT
Bu gün, 14:46
Ana məktəbli övladına ayaqqabı belə ala bilmir... - GİLEY
Bu gün, 14:32
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 14:21
Qarabağ belə azad edilib: - Ermənistan rəsmi şəkildə etiraf etdi
Bu gün, 14:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru