“TERRORÇU”NUN ANASINDAN ŞOK AÇIQLAMALAR
Tarix: 21-01-2012, 12:06 | Çap et
“YALANDIR, BÖHTANDIR”...
«Yalandır, hamısı yalandır, hamısı böhtandır. Elə onlar gələndə, oğlumu tutanda dedim ki, oyundur, torba tikməyə gəlirsiz. Mənim uşaqlarım nə araq içəndilər, nə siqaret çəkən, o ki ola nəşə çəkən, ya da terrorçu. Biz gördük də. Elə bil içkili adam danışar ey, dili dolaşar, sözü deyə bilməz, o cür danışırdı. Heç o danışmırdı. Başqasıydı. Görmürdüz gözü hara baxırdı? Ona oxutdururdular. Yalandır... 12 ildir kürəkənim Balaqardaşa görə, bu işlər başımıza gəlir». Şukufə Əliyeva belə deyir, terrora cəhddə ittiham olunaraq həbs olunmuş Rasim Əliyevin anası. Yanvarın 19-da MTN məlumat yaydı ki, «əcnəbi vətəndaşlar olan ictimai xadimləri öldürmək məqsədi ilə terror aktı hazırlayan qrup yaxalanıb». Həmin ictimai xadimlərin kimliyi açıqlanmadı. Məlumatda sadəcə deyilir ki, terror aktını Azərbaycan vətəndaşları - Rasim Əliyev, Əli Hüseynov və hazırda İranda yaşayan Balaqardaş Dadaşov planlaşdırıblar. Məqsəd Bakıda işləyən əcnəbi vətəndaşların xidməti fəaliyyətinə son qoymaq olub. MTN-ə görə, bundan ötrü dəstə üzvləri odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək İrandan Azərbaycana keçiriblər.
Nazirliyin məlumatında həmçinin deyilir ki, Rasim Əliyev və Əli Hüseynov iradələrindən asılı olmayan səbəbdən planlaşdırdıqları terror aktını başa çatdıra bilmədən yaxalanıblar.
«QARAJDAN SNAYPER GÜLLƏLƏRİ TAPDILAR» Şükufə Əliyeva isə deyir ki, yanvarın 10-da həbs olunan oğluna vəkil tuta bilməyib. Bir neçə vəkilə müraciət ediblər. Amma onlar Rasim Əliyevi müdafiə etməkdən boyun qaçırıblar. Şükufə Əliyeva israrla təkrar edir ki, oğlu günahsızdır, sadəcə ittihamı boynuna qoyublar. «Oğlunuza işgəncə və ya hər hansı təzyiq göstərilməsi haqda məlumatınız varmı» sualına belə cavab verdi: «Onu görməmişik. Amma 100 faiz bilirik ki, boynuna qoyublar. Düzdür, İrana gedib-gəlmişik. Amma gömrükdən keçmişik. Yoxlayıb buraxıblar... Gəlib evdə bizi tərpənməyə qoymadılar. Özləri yorğan-döşəyin arasından bükülü tiryək çıxartdılar, qarajdan snayper güllələri çıxartdılar. Narkotiklə boyunlarına qoyub apardılar». «YƏHUDİ MƏKTƏBİNİN DİREKTORU VƏ YƏHUDİ KEŞİŞİ ÖLDÜRDƏCƏKMİŞ» Şükufə Əliyevanın sözlərinə görə, az sonra onları Səbail Rayon Məhkəməsinə çağırıblar: «Cavan qız idi vəkil, zəng elədi ki, məhkəmə olacaq, gəlin görüşün. Heç yaxın da buraxmadılar. Vəkil gəldi ki, onu da buraxmayıblar. Qərarı göstərdi ki, guya terror aktı törədəcəkmiş, yəhudi məktəbinin direktorunu, yəhudi müəllimini öldürtdürəcəkmiş. Buna görə guya Balaqardaşdan pul da alıb. Adam da tapıb. O da (MTN-nin məlumatında adı keçən Əli Hüseynovu nəzərdə tutur- Ş.B.) bədbəxtin, yazığın biridir, qalmağa yeri yoxdur. Tanışdır, heyvan üçün «opilka» gətirir, hərdən də elə-belə 5 manat, 3 manat verirdik. Onu qoyublar üzünə, guya o vuracaqmış. Qarabağ müharibəsinin də iştirakçısıdır o oğlan. Tapıb, düzüb-qoşublar da torba tikməyə». Anasının dediyinə görə, 34 yaşlı Rasim Əliyevin 2 az yaşlı uşağı var. Biri 2 yaşında, o biri 8 aylıqdır. «BÜTÜN OYUNLAR BALAQARDAŞ ÜÇÜNÜYDÜ» Adı MTN-nin məlumatında hallanan, indi İranda yaşayan Balaqardaş Dadaşov adam oğurluğu, qəsdən adam öldürmə və başqa ağır cinayətlərdə təqsirləndirilir. Barəsində beynəlxalq axtarış elan olunub. Balaqardaş Dadaşov həm də Rasim Əliyevin yeznəsidir. Şükufə Əliyeva kürəkəniylə bağlı deyilənləri də təkzib edir: «Bütün oyunlar onun üçündür əslində. Deyirlər, ayı min bir oyun eylər, bir armud üçün. Balaqardaş kürəkənimi də böhtanla çıxartdılar. Uşaqları bir il məktəbə apara bilmirdik. Düşürdülər dalımızca, gecə-gündüz axtarış-yoxlama. Uşaqları qorxudan sarılıq tutdu.
Axırı qızım başını götürdü getdi. Bunun boynuna qoyulan cinayətlər vardı, adam öldürmələr-filan, 2004-cü ildə Hacı Məmmədov tutulandan sonra aşkara çıxdı ki, bu eləməyib, Hacı Məmmədovun dəstəsi eləyib. Bununla da polisin ayağı evimizdən kəsildi. Nə biz terrorçuyuq, nə hökumətə qarşı çıxanıq. Allaha şükür bir parça çörəyimiz var, dolanırıq». İRAN SƏFİRLİYİ Dövlət televiziyasında yayımlanan süjetdə Rasim Əliyev dəfələrlə deyir ki, tapşırığı onlara İranın xüsusi xidmət orqanları verib. Bu işdə vasitəçi də Balaqardaş Dadaşov olub.
Yanvarın 20-də iş günü olmadığından İranın Azərbaycandakı səfirliyindən münasibət öyrənə bilmədik. AZƏRBAYCAN XİN-İ İRANLA DANIŞMALIDIR MTN-in sabiq əməkdaşı İlham İsmayılın qənaətincə, əgər doğrudan da rəsmi məlumatda deyildiyi kimidirsə və terrorun qarşısı alınıbsa, bu çox yaxşıdır. Bunu uğurlu əməliyyat adlandırmaq olar.
Amma o düşünür ki, bu məlumatla bağlı istintaq başa çatdıqdan sonra və ya məhkəmə zamanı danışmaq daha doğru olar. O əməliyyatla bağlı dövlət televiziyasında yayımlanan məlumatda açıqlanmayan məqamların olduğunu da deyir. Amma İlham İsmayıl bu işin qurama olması haqda fikirləri də qəbul etmir. Çünki qarşı tərəf İran dövlətidir və hər hansı dövlət deyil. İlham İsmayıla görə, bu addım görünür hansısa gərgin münasibətlər fonunda cavabdır: «Bir də Rafiq Tağının ölümündən sonra ikinci belə hadisə, özü də yəhudi əsilli əcnəbinin öldürülməsi şok yaradardı. Bu addımın atılması təhlükəsizlik sisteminin işlədiyinə təminat kimi də başa düşmək olar». İlham İsmayıl hesab edir ki, Azərbaycan yalnız əməliyyatla kifayətlənməməlidir. Həm də Xarici İşlər Nazirliyi hərəkətə keçməli, İranla danışıqlar aparmalı və ya bəyanat verməlidir. MTN-nin yanvarın 19-da yaydığı məlumatda deyilir ki, faktla bağlı Cinayət Məcəlləsinin 28.277-ci (ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədi ilə onun həyatına sui-qəsd etməyə hazırlıq), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah, döyüş sursatı və partlayıcı maddələrin və qurğuların qacaqmalçılığı) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, başqasına vermə və daşıma) maddələri ilə cinayət işi açılıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - VİDEO
Bu gün, 13:49 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
|