Xətai məhkəməsindən daha bir ABSURD... .....                     35 şirkətin rəhbəri həbs edildi .....                     Bu şəxslər aliment ödəməyə bilər .....                     Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                 

Azərbaycanın aqrar sektoru FETO caynağında? - Aqro-tərəqqi ümidləri korrupsiya bataqlığında
Tarix: 22-04-2019, 11:21 | Çap et
Azərbaycanın aqrar sektoru FETO caynağında?
Dünya bazarında neftin qiyməti ucuzlaşmağa başladıqdan sonra Azərbaycan hakimiyyəti bütün ümidlərini qeyri-neft sektoruna bağladı. Prezident İlham Əliyev məşhur çıxışlarından birində neft erasının artıq bitdiyini açıq şəkildə bəyan edərək, ölkəmizin yeni iqtisadi mərhələyə keçdiyini rəsmən dilə gətirdi. Müasir iqtisadi mərhələnin əsas prioritetinin isə aqrar sektor olacağı planlaşdırılır.

Son prezident seçkilərinin ardınca kadr islahatı aparılan dövlət qurumlarından birinin Kənd Təsərrüfatı Nazirliyi olması öz sahələrində ciddi dəyişikliklər gözləyən fermer təsərrüfatlarında böyük ümidlər yaratdı. Nazirliyə “ASAN Xidmət”-in qurucusu İnam Kərimovun gətirilməsi də bu ümidlərin tumurcuqlanmasında mühüm rol oynadı. Nədən ki, Azərbaycanın dünya brendinə çevrilmiş bu xidmət yeni idarəetmə ənənələrinin simvolu kimi məşhurlaşmış, bürokratik aparatın aradan qaldırılmasının, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin yeni metodologiyası kimi təqdim olunmuşdu. KTN-nin bütün kadrlarının “ASAN Xidmət” çalışanları ilə əvəz olunması da aqrar sektorun inkişaf etdiriləcəyinə inamı artırmışdı.

Son zamanlar Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqədar mediada ictimailəşdirilən məlumatlar isə bütün ümidləri alt-üst edir və mövcud hakimiyyətin iliyinə qədər işləyən korrupsiyanın aradan qaldırılmasının asan olmayacağını bir daha təsdiqləyir. Xüsusilə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin yeni rəhbəri Anar Hüseynovun barəsində mediada yayılan məlumatlar KTN rəhbərliyinin təmizkar imicinə kölgə salır.

Maşın alverçisinin “əliaçıqlığı”

“Azəraqrar”ın bir sıra rayonlardakı, o cümlədən Beyləqandakı fəaliyyətlərinin ictimai narazılıqlara yol açdığı bir sıra faktlarla təsdiq olunur. Ölkə mətbuatının yazdığına görə, rayon sakinlərinin narazılığının səbəbi uzun illər istifadələrində olan torpaqların əllərindən alınaraq kənar şəxslərə hektarı 300 manatdan satılmasıdır: “Narazı sakinlər bildirirlər ki, Hikmət Ağayev və keçmiş “Dostluq” Damazlıq Birliyi Sovxozunun iqtisadçısı Oruc Ağayev başqa-başqa şəxslərdən pul alaraq torpaqları onların istifadəsinə veriblər. Məlumatlar sırasında o da yer alır ki, hərəsinin qiyməti 50 manat olan 165 baş ölüvay, qoca sovxoz qoyunlarını özünəməşğulluq proqramı çərçivəsində həyata keçirilən tədbirlər adı ilə bir başını 250 manata rəsmiləşdirərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Mərkəzinə satmış, əhaliyə sırımışlar” (qaynaq: http://realmedia-az.life/hikm%C9%99t-agayev-anar-huseynova-vita-avtomobili-h%C9%99diyy%C9%99-edib-ona-gor%C9%99-d%C9%99-ktn-nin-sob%C9%99-mudirin%C9%99-qarsi-ittiham/).

Məlumatlara inansaq, Anar Hüseynov tərəfindən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Aran Regional İdarəsinə direktor vəzifəsinə təyin olunmuş Hikmət Ağayevin vazkeçilməz kadra çevrilməsinin səbəbi heç də onun qeyri-adi savadından və bacarığından irəli gəlmirmiş. Onun ulduzunu parladan əsas xüsusiyyəti “əliaçıqlığı” imiş:

“Hətta idarəçilik anlayışının nə olduğunu bilməyən, dənli və paxlalı bitkiləri bir-birindən ayırd etməyi bacarmayan biri kimi xarakterizə olunan, üstəgəl, siyasi orientasiyası şübhəli olan bir avtomobil alverçisinin hazırda böyük ümidlər bəslənilən, perspektiv gözlənilən aqrar sektorda mühüm vəzifəyə gətirilməsi haqlı olaraq narazılığa, söz söhbətə səbəb olub.

Bildirilirdi ki, Hikmət Ağayevin KTN-nin “Aran Regional” İdarəsinə direktor təyin edilməsi heç də təssadüfü deyil. Məhz “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin rəhbəri Anar Hüseynovun Hikmət Ağayevlə maşın alveri olub və şöbə müdirinin H. Ağayevə avtomobil borcu olur və borcun müqabilində də ona vəzifə peşkəş edir” (eyni qaynaq).

Mətbu orqanlarda bənzər hadisələrin Şəkidə, Göygöldə və digər rayonlarda da təkrarlandığı xəbər verilir. Məlumatların həqiqəti nə dərəcədə əks etdirdiyini müəyyənləşdirmək hüquq mühafizə orqanlarının işi olduğundan bu barədə hər hansı mülahizələrə yol vermədən, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin fəaliyyətinin Beyləqan əhalisində yaratdığı narazılığı əks etdirən video-görüntünü oxucularımızın diqqətinə çatdırmaqla vəzifəmizi tamamlamaq istəyirik.

Video-faktlar:






KTN-də “Məmləkəti-Rey hərracı”

“Hürriyyət”in əldə etdiyi məlumatlar bənzər vəziyyətin digər rayonlarda da yarandığını göstərir. Məlumata görə, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin yeni rəhbəri Anar Hüseynovun başı “Göygöl” Kənd Təsərrüfatı İstehsalat Müəssisəsinin keçmiş sədri Rasim Şəfiyevlə də dərddədir. İddialara görə, İnam Kərimov KTN-nə gətiriləndən sonra aparılan kadr islahatlarının qurbanı olan Rasim Şəfiyev öz kreslosunu qorumaq üçün Anar Hüseynova 200 min manat pul verib. Bildirilir ki, alınan pulun müqabilində Rasim Şəfiyevə köhnə postunu qoruyacağı vədini verən Anar Hüseynov öz sözünə əməl edə bilməyib. Bu da tərəflər arasında ciddi insidentə səbəb olub. Öz pulunun dərhal geri qaytarılmasını istəyən R. Şəfiyevin tələblərinin KTN-nə qədər çatdığı və nazirliyin külislərində ciddi müzakirə edildiyi xəbər verilir. Məlumatda o da bildirilir ki, R.Şəfiyevin Anar Hüseynova verdiyi vaxt artıq 2 gündür tamam olub və “Azəraqrar”ın yeni rəhbəri bütün yaxınlarından ianələr toplayaraq borcunu qaytarmağa çalışır.

Anar Hüseynovun rəhbərlik etdiyi qurumda bənzər “kadr islahatları”nın yalnız “Göygöl” Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi ilə məhdudlaşmadığı, qurumun bütün strukturlarına yayıldığı xəbər verilir. Məlumata görə, yeni sədr “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-ni əsl hərrac bazarına çevirib. Müəssisənin bütün şöbələri 30 min-100 min manat arasında satılır. Lap, Mirzə Ələkbər Sabirin dediyi kimi:

“Çox ucuz qiymətə hər şey satıram,

Ay alan! Məmləkəti-Rey satıram!”

Maraqlıdır kı, Anar Hüseynovun “Məmləkəti-Rey hərracı”nın qalibləri də özgələr deyil. Demək olar ki, qurumun bütün strukturlarına gətirilən kadrların əksəriyyəti qohum-əqrəbalardan və dostlardan ibarətdir. Qohum-əqrəbalardan boş qalan yerlərə isə həyat yoldaşının rəfiqələri təyin olunur. Beləcə, hətta vəzifə üçün tələb olunan hədiyyəni verən özgələr “Azəraqrar”da vəzifə tutmaq şansı əldə edə bilmirlər.

“Texnikabank” təcrübəsi

Anar Hüseynovun qohum-əqrəbalardan təşəkkül tapan kadr siyasətində bəzi istisnalara yol verdiyi də qeyd olunur. Həmin istisnalardan biri Anar Hüseynovun müavinidir. Bir zamanlar “Texnikabank”ın sədri vəzifəsini icra edən və “işgüzarlığı” sayəsində bankı batıran Cəfər İbrahimovun “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin müavini vəzifəsinə gətirilməsi hər kəsdə təəccüb doğurub. Sual olunur: Peşəsi aqrar mütəxəssis olmayan, işgüzar karyerasında bir bankı batıracaq qədər ağır ləkə daşıyan Cəfər İbrahimovun hansı xüsusiyyəti Anar Hüseynova bu qədər cəzabədar görünüb ki, onu birbaşa özünün “sağ əli”nə çevirib?

Məlumatlı dairələr bu sualı Cəfər İbrahimovun “hərracçılıq” qabiliyyəti ilə əsaslandırırlar. Bildirilir ki, Cəfər İbrahimovun “Texnikabank”da yiyələndiyi pul silmək təcrübəsi “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”ndə həm özünün, həm də müdirinin işinə xeyli yarayır. İddialara görə, sovet hökumətindən qalma sovxozların olan-qalan mülkiyyəti də məhz Cəfər İbrahimovun bankir təcrübəsi sayəsində xırd edilir. Bu işdə ikilinin ən etibarlı kadrı isə Cəfər İbrahimovun qardaşıdır. Məlumata görə, qurumun rəhbərliyi keçmiş sovxozların heyvanları ilə yanaşı, fermerlərə müftə verilən gübrələri də, torpaq sahələrini də məhz İbrahimov qardaşlarının vasitəsilə dağıdır.

“Torpağa 200 kq əvəzinə 50 kq gübrə verilir. Xüsusilə Şəkidə gübrələr rüşvət müqabilində fermerlərə satılır”, deyən informasiya qaynağımız iddialarını təsdiqləyən video-görüntünü də bizə təqdim edib:



“Aqro-FETÖ” iddiaları

“Azəraqrar”-ın yeni rəhbəri Anar Hüseynovun haqqında irəli sürülən bir başqa iddia Azərbaycanla qardaş Türkiyə arasındakı münasibətlərə ciddi zərbə vuracaq mahiyyətdədir. Bildirildiyinə görə, Anar Hüseynov Türkiyədə dövlət çevrilişinə cəhd etmiş və hərbi qiyamı xalq müqaviməti nəticəsində yatırılmış FETO qruplaşmasının üzvüdür. Onun hətta bir zamanlar FETO-nun Azərbaycan uzantısına rəhbərlik etmiş Elnur Aslanovun ən etibarlı kadrı olduğu bildirilir. 2007-ci ildən 2014-cü ilə qədər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsində Elnur Aslanovla eyni idarədə işləyən Anar Hüseynov daha sonra “ASAN Xidmət”ə transfer olunur və İnam Kərimov Kənd Təsərrüfatı naziri təyin edildikdən sonra onunla bərabər eyni nazirliyə mətbuat katibi gətirilir. Bu vəzifədə qısa müddətli fəaliyyətdən sonra Anar Hüseynovun daha yağlı vəzifəyə təyin olunduğu bildirilir.

İlk baxışdan, bu transferlər İnam Kərimovun barəsində də müəmmalı suallara yol açsa da, informasiya qaynaqlarımız nazirin FETO ilə əlaqələrini istisna edir. Bildirildiyinə görə, Anar Hüseynovun arxasında daha güclü qüvvələr dayanır və o, öz fəaliyyətində yeri gələndə naziri belə saymır. Faktiki olaraq KTN-də İnam Kərimovdan daha çox, Anar Hüseynovun şələsinin fırlandığını deyən mənbəmizin bu iddiaları Azərbaycanda hələ də FETO-nun öz yenilməzliyini qoruduğunu təsdiqləyir.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Hurriyyet.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru