İran üzərində hava məkanının bağlanması səbəbindən bir sıra təyyarələr Bakı Aeroportuna enib .....                     Yeni qlobal pul ideyası qorxuya saldı .....                     "İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." .....                     Gürcüstanda parlament seçkiləri başlayıb .....                     Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi .....                     Gürcüstanda baş tutacaq seçkilər... .....                     Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir... .....                     Sakinlər 'yol yoxdur ' deyir, məmurlar isə... .....                     İsrail ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib .....                     "COP29 BMT-nin tədbiridir, Azərbaycan isə sadəcə ev sahibliyi edir.." .....                     “Rusiya Kurskda 2 minə yaxın şəxsi mühasirəyə alıb” .....                     Qərbin Rusiya və Azərbaycan planı .....                     Azərbaycan Respublikaçı namizədin mesajını niyə cavabsız buraxdı? .....                     "İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar" .....                     Putin üçün BRİKS və: Kremlin niyyətinin baş tutmadığı sammit .....                     “Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik” .....                     "Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" .....                     Azərbaycan güləşçisi dünya çempionu olub .....                     Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? .....                     "Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" .....                     Şarl Mişel Azərbaycanı haqlı çıxardı .....                     Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək .....                     “Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” .....                     Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir .....                     Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib .....                     “Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” .....                     Şoltsun Putinlə gizli ittifaqı? .....                     Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir .....                     Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! .....                     Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU .....                     Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? .....                     Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib .....                     Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? .....                     İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini .....                     Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub .....                     Ararat Mirzoyan COP29-a dəvət alıb .....                     "MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... .....                     Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” .....                     Bakıda şirkət rəhbəri həbs edildi .....                     QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR .....                 

4 ildir Səudiyyə Ərəbistanında işləyən, ildə 180 min manat maaş alan həkim öz vətənində evsiz-eşiksiz qalıb - GİLEY
Tarix: 4-05-2019, 11:51 | Çap et
4 ildir Səudiyyə Ərəbistanında işləyən, ildə 180 min manat maaş alan həkim öz vətənində evsiz-eşiksiz qalıb
İnternet resurslarında vaxtilə Çində çəkilmiş bir şəkil tez-tez yayılır və təkrar-təkrar tirajlanır. Şəkildə bir həyət evi və onun sağından, solundan qövs cızaraq keçən 8 zolaqlı avtoban əks olunub. İzah verilsə də, verilməsə də, açıq şəkildə görünür ki, bu evin sahibi öz evini avtomagistal çəkənlərə satmayıb (bağışlamayıb), yol inşaatçıları isə vətəndaşın mülkiyyət toxunulmazlığını əsas götürərək yolu evin hər iki tərəfindən yan ötməklə çəkiblər.

Söz yox ki, Çin hökuməti bu şəkildən təbliğat məqsədilə, Çində şəxsi mülkiyyətə nə dərəcədə böyük önəm verildiyini dünyaya göstərmək üçün istifadə edirlər. Çünki Çini idarə edənlər bilirlər ki, bir dövlətin reputasiyasını müsbət edən bir neçə faktordan biri də onun vətəndaşın şəxsi mülkiyyətinə qoyduğu hörmət, verdiyi təminatdır.

Fəqət biz bu məsələdə döşümüzə döyə bilmərik. Çünki bu sahədə problemlər var. Az qala hər ay vətəndaşlar şəxsi mülklərinin dəyər-dəyməzinə əllərindən alındığı, zorakılıqla söküldüyü, tikinti şirkətləri tərəfindən lazımi qədər kompensasiya verilməməsi ilə bağlı məhkəmələrə, mətbuata müraciətlər edirlər.

4 ildir Səudiyyə Ərəbistanında işləyən, ildə 180 min manat maaş alan həkim öz vətənində evsiz-eşiksiz qalıb

Belə şikayətçilərdən biri də İsgəndərov Qafar Bədəlxan oğludur.

Qafar İsgəndərov həkimdir. O, artıq 4 ildir ki, Səudiyyə Ərəbistanında, Kinq Khalid xəstəxanasında ümumi cərrah-konsultant vəzifəsində işləyir. Qafar həkim öz sahəsi üzrə yüksək dərəcəli mütəxəssis olduğundan aylıq məvacibi yüksəkdir – bizim pulla 15 min manatdan çox (Səudiyyə Ərəbistanı riyalı ilə götürsək – 28 min 750, ABŞ dollarıyla – 9 min). Bu detalın qeyd olunmasının vacibliyi sonrakı abzaslarda bilinəcək.

Q.İsgəndərovun şikayəti ondan ibarətdir ki, onun Bakı şəhərinin Nəsmi rayonunda, Nəsibbəy Yusifbəyli küçəsi 25\27 ünvanında yerləşən evi “Regal” MTK tərəfindən ona xəbər vermədən sökülüb-dağıdılıb. Həmin vaxt o, Səudiyyə Ərəbistanında olub. Evdə isə müvəqqəti olaraq onun dostu yaşayırmış (əşyalarla dolu ev boş qalmasın, oğrulara şikar olmasın deyə).

Ev sökülməzdən əvvəl tikinti şirkətinin rəhbərliyi aprel ayında Qafar İsgəndərovla telefonda danışıb, tərəflər may ayında, həkimin Səudiyyə Ərəbistanından Bakıya qayıtdığı zaman görüşmək və evin şirkətə satılmasına dair müqavilə bağlamaq haqqında razılığa gəliblər. Ancaq şirkət Q.İsgəndərovun - mülkün qanuni sahibinin Bakıya dönüşünü gözləmədən, mayın 16-da evi söküb-dağıdıb, əşyaları talan və məhv edib. “Regal” şirkəti yalnız ertəsi gün, mülkün yerini düzlədikdən bir sutka sonra, mayın 17-də Qafar İsgəndərovun həmin ünvanda qeydiyyatda olan qızıyla müqavilə bağlayıb. Dostu söküntü barədə Qafar həkimə məlumat verib, o da başqa bir yaxın adamına həmin yerə getmək tapşırığı verib, ancaq iş görən fəhlələr hadisə yerinə gələn vəkil edilmiş şəxsləri oradan uzaqlaşdırıblar.

Ona görə də Q.İsgəndərov ölkəyə qayıdaraq mülkiyyət toxunulmazlığı hüququnun pozulduğunu əsas götürərək məhkəməyə müraciət edib. Notariusda bağlanmış saxta müqavilə məhkəmə qərarı ilə ləğv edilib, çünki bu müqavilə mülkiyyətin sahibi və qeydiyyatda olanlarla birlikdə bağlanmalıydı. Ancaq sonrakı məhkəmələrdə nəinki cavabdeh şirkət, hətta məhkəmə heyəti də həmin ləğv edilmiş saxta müqaviləyə istinad ediblər.

Beləliklə, məhkəmə uzandıqca uzanıb. Bu zaman Q.İsgəndərov məcburi qaydada Səudiyyə Ərəbistanındakı işindən möhlət götürərək dəfələrlə Bakıya gəlib-gedib, aylarla mülk davası aparıb, evin sahəsinin, özünün, əşyalarının qiymətləndirilməsi üçün dəfələrlə ekspertiza və qiymətləndirmə apartdırıb. Bu müddətdə onun xərcləri artdıqca artıb – uçuşlar, otellərdə gecələmələr və s.

4 ildir Səudiyyə Ərəbistanında işləyən, ildə 180 min manat maaş alan həkim öz vətənində evsiz-eşiksiz qalıb

Hazırda Qafar İsgəndərov Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək qaldırdığı məhkəmə iddiasında ona dəymiş ziyanın toplam məbləğinin 427 min 610 manat dəyərində olduğunu göstərib.

Bu məbləğə daxildir: evin dəyəri – 253 min manat, məhv edilmiş ev əşyalarının dəyəri – 25 min 710 manat, evdə olmuş və söküntüdən sonra yoxa çıxmış qızıl-zinət əşyalarının dəyəri – 120 min manat, Məhv edilmiş elmi araşdırmaların və müxtəlif hüququ sənədlərin dəyəri – 28 min 900 manat.

Bundan başqa, İsgəndorv məcburiyyət qarşısında qalaraq peşə fəaliyyətində fasilələr etdiyi üçün itirdiyi məvacibin dəyərini də özünə vurulmuş maddi ziyan sayır və bu da toplamda 54 min manat edir. Əlavə olaraq, onun məcburən cəlb olunduğu mülk davası zamanı Bakıya gəliş-gedişlərə və otellərdə gecələmələrə sərf olunan vəsaiti toplayanda Q.İsgəndərovun “Regal” şirkətindən yarım milyon manatdan çox pul tələb etdiyi ortaya çıxır.

Qarşı tərəf sahibinin iştirakı və rəsmi razılığı olmadan evin söküldüyünü inkar etmir və kompensasiya ödəməyə hazır olduğunu bildirir. Ancaq şirkətin təklif etdiyi məbləğ Q.İsgəndərovu qane etmir. Onun əsas arqumenti budur ki, ev ikimərtəbəli, yaxşı təmirli olub, yerləşdiyi məkan şəhərin ən bahalı yerlərindən biridir, üstəlik, evdə əşyalar, qızıl-zinət əşyaları, gizli saxlancda pul, elmi və hüquqi sənədlər olub. Şirkət isə ona yalnız evin yerləşdiyi torpaq sahəsinin dəyərini verir.

Q.İsgəndərov bildirir ki, Səudiyyə Ərəbistanında işlədiyi uzun müddətdə yüksək məbləğdə (ayda 15 min manat) məvacib almasına baxmayaraq, yaşadığı ölkənin mövcud durumuna görə aylıq xərcləri çox olmayıb və o, qazancının böyük bir hissəsini toplayıb, həm özünün, həm də qızının rahat gələcəyini təmin etmək üçün nağd pul və qızıl-zinət əşyaları şəklində şəxsi evində saxlayıb və bu mülk sonradan dağıdılıb.

Əslində bu iddiada məntiqi əsas var. Çünki Azərbaycanda elə bir ailə olmaz ki, onun evində qızıl-zinət əşyaları və dar gün üçün yığıb saxladığı pul əmanəti olmasın. Söhbət isə ildə 180 min manat pul qazanan şəxsdən gedir. Onun 4 ildə qazandığı real və halal pul 780 min manatdır. Bundan əvvəl isə o, 25 il öz ölkəsində dövlət və özəl xəstəxanalarda çalışıb.

Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri isə onun iddiasını qismən təmin edir, evin yerləşdiyi torpaq sahəsinin dəyərinin şirkətdən alınaraq iddiaçıya verilməsina dair qərar verir, evin özünün, məhv olan əşyaların, it-bata düşən qızıl-zinət əşyalarının, elmi və hüquqi sənədlərin, eləcə də mülk davası aparıldığı müddətdə itirilən məvacibin və gəliş-gedişə çəkilən xərclərin dəyərini nəzərə almır.

Hətta müqavilədə ona evlə təmin olunana qədər kirayədə yaşamaq üçün cəmisi 250 manat pul ödənilməsi nəzərdə tutulub. Bu pulla isə yalnız şəhərdən 10-15 kilometr kənardakı qəsəbələrdə normal ev tapmaq olar.

Ona görə də Q.İsgəndərov bütün bunlarla razı deyil və məhkəmə instansiyalarını bir-bir keçmək, haqqı təmin olunmasa, beynəlxalq məhkəməyə müraciət etmək fikrindədir.

O, əvvəl-axır qalib gələcəyinə əmindir. Çünki əlində kifayət qədər sənədlər, şəkillər, səs yazıları, məsrəflərinə dair qəbzlər, qaimələr, hər şey var.

Əlbəttə, burası ABŞ-ın Kaliforniya ştatı və ya Çinin Sıçuan əyaləti olsaydı, Qafar həkimin iddiası tam şəkildə olmasa da, tələbinə yaxın şəkildə təmin edilmiş olardı. Ancaq bura Azərbaycandır və burada şəxsi mülkiyyətin toxunulmazlığı məsələsi ilə bağlı münaqişələr hələ dünya standartlarına uyğun şəkildə həll edilmir.

Yenə də gözləyək, görək, Səudiyyə krallığında böyük hörmət qoyulan, əməyi yüksək qiymətləndirilən, indi isə doğma vətənində evsiz-eşiksiz qalan Qafar həkim öz halal haqqını əldə edə biləcəkmi? Özü əmindir ki, şəxsi mülkünün tarmar edilməsi üzündən uğradığı maddi və mənəvi ziyanın bədəlini zərərvuranlara ödətdirəcək.
Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran üzərində hava məkanının bağlanması səbəbindən bir sıra təyyarələr Bakı Aeroportuna enib
Bu gün, 09:17
Yeni qlobal pul ideyası qorxuya saldı - Dolların “qatili” bazar girir?
Bu gün, 08:25
"İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." - "Nyu-York Tayms"
Bu gün, 08:22
Gürcüstanda parlament seçkiləri başlayıb
Bu gün, 08:20
Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi - SƏBƏB
Bu gün, 08:05
Gürcüstanda baş tutacaq seçkilər... Cənubi Qafqazın taleyində önəmli rol oynayacaq
Bu gün, 08:03
Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir... - "Tasnim"
Bu gün, 07:54
Sakinlər 'yol yoxdur ' deyir, məmurlar isə... - GİLEY
Bu gün, 07:50
İsrail ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib - "Hədəflərə dəqiq və hədəfli zərbələr..."
Bu gün, 07:39
"COP29 BMT-nin tədbiridir, Azərbaycan isə sadəcə ev sahibliyi edir.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:36
“Rusiya Kurskda 2 minə yaxın şəxsi mühasirəyə alıb” – Putin
Bu gün, 07:32
Qərbin Rusiya və Azərbaycan planı – Hərəkətə keçdilər
Bu gün, 07:20
Azərbaycan Respublikaçı namizədin mesajını niyə cavabsız buraxdı? - Trampın qəfil ermənipərəstliyi
Bu gün, 07:15
"İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar"
Bu gün, 00:34
Putin üçün BRİKS və: Kremlin niyyətinin baş tutmadığı sammit - AKTUAL
Bu gün, 00:30
“Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik” - deputat
Bu gün, 00:02
"Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" - deputat
Dünən, 21:38
Azərbaycan güləşçisi dünya çempionu olub
Dünən, 21:34
Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? - AKTUAL
Dünən, 19:00
"Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" - deputat
Dünən, 18:56
Şarl Mişel Azərbaycanı haqlı çıxardı - DETALLAR
Dünən, 18:10
Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək - 30 ildir 85 min dollar borcu var
Dünən, 18:08
“Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” - GƏLİŞMƏ
Dünən, 18:05
Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir - Rusiyalı eksperti
Dünən, 18:03
Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib - KİV
Dünən, 17:43
“Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” - Fəzail Ağamalı
Dünən, 17:39
Şoltsun Putinlə gizli ittifaqı? – Rusiya Avropanı belə parçalayır
Dünən, 17:36
Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir - GİLEY
Dünən, 17:29
Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! - AXI NİYƏ?..
Dünən, 17:15
Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU - ÖZBAŞINALIĞA ACİL MÜDAXİLƏ...
Dünən, 17:12
Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:06
Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib - RƏSMİ
Dünən, 17:04
Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:01
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini İŞDƏN ÇIXDI
Dünən, 17:00
Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 16:57
Ararat Mirzoyan COP29-a dəvət alıb - KİV
Dünən, 16:55
"MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... - Sabirabad sakini nəvələrinin qəyyumluğunun oğluna verilməsini istəyir...
Dünən, 16:50
Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” - TƏFƏRRÜAT
Dünən, 16:48
Bakıda şirkət rəhbəri həbs edildi - Yarım milyonluq fırıldaq
Dünən, 16:46
QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR - Atası səlahiyyətli şəxslərdən kömək istəyir
Dünən, 16:41
"Qısa zamanda sülh müqaviləsi imzalana bilər” - deputat
Dünən, 16:37
Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilir - BARIŞIQ İSTƏMİRLƏR...
Dünən, 16:34
Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir? - AKTUAL
Dünən, 16:33
Kərki ilə Qazaxın 3 kəndini nə vaxt qaytarırsınız, Nikol Paşinyan?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:31
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir - FOTO
Dünən, 16:27
Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb - FOTO, VİDEO
Dünən, 16:21
Paşinyan COP29-da iştirak üçün dəvət alıb - Ermənistan XİN
Dünən, 16:19
ABŞ-ın məşhur biznes jurnalı “Fortune”də məşhur azərbaycanlı İŞ ADAMI... - FOTO
Dünən, 16:17
DEM partiyasının baş ofisinə hücum olub
Dünən, 15:04
Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir - Başqa yolu yoxdur...
Dünən, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru