DİA.AZ: - İmişli rayonun Hacırüstəmli kənd sakinləri kommunal problemlərdən əziyyət çəkirlər. DİA.AZ xəbər verir ki, kənd sakinləri kommunal təsərrüfatları bağlı çox ciddi problemlərin olduğunu bildirirək dünən etiraz aksiyası keçiriblər.
Rayonun inzibati ərazisi olan kənddə kommunal təsərrüfat təchizatında olan problemlərin həll olunmasını tələb ediblər.
Qeyd edək ki, yay mövsümü rəsmi olaraq başa çatmasa da, havalar artıq soyuyub, eləcə də paytaxta və rayonlara bir neçə dəfə güclü yağıntı düşüb. Kəskin dəyişən hava şəraiti kommunal sektordakı çatışmazlıqları da yenidən gündəmə gətirib. Ənənəvi olaraq bu dövrdə kommunal sahədə inhisarçı olan dövlət qurumları payız-qış mövsümünə hazırlıq işlərini sürətləndirirlər.
DİA.AZ-a yazan İmişli sakinləri bildirir ki, əslində rayondakı bütün problemlərin başında hazırda İmişliyə rəhbərlik edən Vilyam HAcıyev dayanır.
Sakinlərin müraciətində qeyd olunur: "Vilyam Hacıyevin yerinə camaatı düşünən başçı təyin olunsa, problemlər də həllini tapar. İmişli bu vaxta qədər Vilyam Hacyev kimi yalnız özünü və öz biznes maraqlarını düşünən ikinci bir başçı görməyib.
Vilyam Hacıyev gələndən rayon günü-gündən bərbad hala düşüb. Yalandan hesabat verib deyir ki, İmişli özü-özünü təmin edir və buna görə də rayona büdcədən pul ayrılmadığı deyilir.
Amma bu gün İmişli camaatı aclıq həddindədir. Bütün yararlı əkin yerləri də ya Vilyam Hacıyevindir, ya da hansısa başqa məmurun. Qara camaat yalnız qapısında əkdiyi ilə başnı saxlayır".
İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...