Masallıda keçmiş məmurla bağlı iddia... - İTTİHAM
Tarix: 12-11-2019, 11:44 |
Çap et
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Masallı rayon Məşğulluq İdarəsinin sabiq direktoru İmamyarov Elsevər İsbəndiyar oğlunun işlədiyi dövrdə törətdiyi maliyyə cinayətləri, rüşvət alma və korrupsiyaya qurşanması barədə 7GUN.az saytına rayon sakinləri tərəfindən daxil olan məlumatlarda bildirilir ki, o, idarəyə işə düzəlmək, arayışlar almaq üçün müraciət edən sakinlərdən külli miqdarda pul almışdır.
Elsevər İmamyarov həmçinin şəxsi təsərrüfatların və peşə yönümlü əmək fəaliyyətlərinin inkişafından ötrü dövlətin dəstək fondundan ayrılan külli miqdarda vəsaitləri mənimsəmişdir. Rayon sakinlərinin məlumatlarında bildirilir ki, şəxsi təsərrüfatlara mal- qara alınmasından ötrü 5000 min manat məbləğində sənədləşmə aparılmasına baxmayaraq, Elsevər İmamyarov müraciət edən rayon sakinlərinin hər birinə 1000- 1500 manat civarında pul vermişdir. O, işə düzəlmək üçün müraciət edən və işə düzəlmə növbəsinə görə müvafiq arayışlar istəyən adamlardan 150- 500 manat arasında pul almışdır. Rayon sakinlərinin sözlərinə görə Elsevər İmamyarov Məşğulluq İdarəsinin direktoru işlədiyi dövrdə bahalı avtomobillər alıb və Qəriblər kəndində çox dəbdəbəli mülk inşa etdirib. Onun qanunsuz əməlləri barədə ölkə rəhbərliyinə edilən saysız-hesabsız şikayətlər rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynovun dəstəyi ilə ört- basdır olunub.
7GUN.az olaraq Masallı rayon sakinlərinin məlumatları əsasında Elsevər İmamyarovun qanunsuz əməl və hərəkətləri barədə araşdırmalar aparacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.