Koronavirusla mübarizənin Azərbaycan nümunəsi - TƏHLİL
Tarix: 7-04-2020, 16:31 | Çap et
Bu gün dünyanın gündəmi koronavirusa qarşı mübarizədir. Hər gün bu virusa yoluxanların, onun qurbanlarının sayı barədə dəhşətli rəqəmlər açıqlanır. Bu pandemiyanın zərərlərini minimuma endirmək üçün Azərbaycan hakimiyyəti tərəfindən əhəmiyyətli və sistemli tədbirlər görülməkdədir. Pandemiyanın vura biləcəyi zərbələrdən az itki ilə çıxmaq üçün əsas şərt kimi aprelin 20-nə qədər ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Məqsəd əhalinin evdə qalmasını təmin etmək, sosial izolyasiya tədbirlərini genişləndirmək, bununla da, virusun yayılmasının qarşısını almaqdır. Əgər koronavirusla bağlı dünya üzrə rəsmi statistikanı təhlil etsək, Azərbaycanın bu sahədə vəziyyətinin digər ölkələrlə müqayisədə xeyli dərəcədə qənaətbəxş olduğunu söyləyə bilərik. Təbii ki, bunda hökumətin gördüyü profilaktik tədbirlərin əhəmiyyətli rolu var.
Prezident İlham Əliyevin dünən Sumqayıt Kimya Sənaye Parkında açılışında iştirak etdiyi tibbi maska istehsalı müəssisəsinin işə salınması isə bu tədbirlər silsiləsindən növbəti mühüm hadisə, koronavirusla mübarizəyə əsaslı töhfədir. Azərbaycanda qısa müddətdə tibbi maska istehsalına başlanması xüsusi əhəmiyyət kəsb edir. Heç bir ölkədə qısa zaman kəsiyində belə bir addım atılmayıb. Onu da vurğulayaq ki, tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır. Ümumiyyətlə, qısa müddət ərzində Azərbaycanda dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib. Bütün bu amillər ölkəmizin koronavirusla mübarizədə bir nümunə olduğunu nümayiş etdirir. Artıq bəzi ölkələr Azərbaycan nümunəsini öyrənməyə, tətbiq etməyə başlayıb.
Azərbaycanda tibbi maskaların və dezinfeksiyaedici məhlulların hazırlanması ilə bağlı qurulmuş infrastruktur imkan verir ki, qısa müddət ərzində lazım olan istehsalat sahələri təşkil olunsun. Burada əsas məqsəd insanların sağlamlığı təmin etməkdir.
Koronavirusla mübarizədə dünyanın bir çox ölkəsində tibbi ləvazimatlarla bağlı yaranan problemlər artıq ölkəmizdə öz müsbət həllini tapır. Yeni açılan müəssisədə beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal edilməsi nəzərdə tutulub. Yaxın günlərdə isə istehsal həcminin 2 dəfə artırılaraq, gündəlik istehsalın 200-250 min tibbi maskaya çatdırılması nəzərdə tutulur. Bu o deməkdir ki, artıq Azərbaycan tibbi ləvazimatları idxal edən yox, istehsal edən ölkəyə çevrilir. Yeni yaradılan müəssisə həm steril maskaların, həmçinin N95 və digər xüsusi növlərdən olan maskaların istehsal edilməsi üçün nəzərdə tutulub. İki həftə ərzində günlük 250 min tibbi maska hazırlaya biləcək müəssisənin qurulması və istehsala başlanılması ölkəmizin iqtisadi qüdrətinin əyani sübutudur. Burada maraqlı amillərdən bir də odur ki, maskaların hazırlanmasında, istifadə olunacaq spirt və digər dezinfeksiyaedici mayelərin istehsalı ilə hazırda ölkəmizdə müxtəlif istehsalat müəssisələri məşğul olur. Bu gün ölkəmizdə yaradılmış şərait imkan verir ki, tibbi maska və dezinfeksiya vasitələrinin istehsal sahələrinin təşkilində çox qısa zamanda uğur qazanaq. Bu, həm də dövlətin özəl sektora qayğısının, dövlət və özəl sektorun tərəfdaşlığının, dövlətin özəl sektorun inkişafı istiqamətində atmış olduğu addımların məntiqi nəticəsidir. Prezident Əliyevin şəxsi təşəbbüsü ilə qeyri-neft sektorunun inkişaf etdirilməsi, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, sahibkarlığın inkişafına şərait yaradılması bu çətin günlərdə öz sözünü deyir.
Prezident İlham Əliyevin də maska istehsal edən müəssisənin açılışında xalqa müraciətində qeyd etdiyi kimi, əsas məqsəd insanların sağlamlığının təmin edilməsidir. Dövlət başçısı çıxışında bir mühüm faktı diqqətə çatdırdı - Azərbaycanda insanların infeksiyaya yoluxmaması və sağlamlığının təmin edilməsi üçün bütün tədbirlər görülür və qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ölkəmizdə hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb. Dünyanın inkişaf etmiş ölkələrində hər gün yüzlərlə insan vəfat edir və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir. Azərbaycan isə dünyada aparıcı ölkələrdəndir ki, pandemiya ilə mübarizədə bu miqyasda işlər görüb. Koronavirusla mübarizədə Azərbaycanın əldə etdiyi başlıca uğur məsuliyyət və nizam-intizamın yüksək səviyyədə olması, milli birlik nümayiş etdirilməsidir. Aprelin 5-dən qüvvəyə minmiş yeni karantin qaydalarının bir məqsədi var ki, bu xəstəlik Azərbaycanda geniş yayılmasın və müşahidələr də göstərir ki, bu sahədə ciddi uğurlar əldə edilir.
Prezident Əliyev çıxışında vurğuladı ki, vaxt amilinin, həkimlərin peşəkarlığının və mövcud imkanların vəhdəti Azərbaycanın az itkilərlə bu vəziyyətdən çıxmasına şərait yaradır. Hazırda Azərbaycanda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Azərbaycanda 45 mindən artıq test keçirilib. Ən müasir xəstəxanalar koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Cəmi bir ay ərzində mindən çox çarpayılıq, ən müasir standartlara uyğun tibbi müəssisələr istifadəyə verilib və orada koronavirus xəstələri müalicə alırlar.
Dövlət başçısı onu da qeyd etdi ki, yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir xəstəxanaların yaradılması nəzərdə tutulur və yeni texnologiyalar əsasında inşa ediləcək xəstəxanalar bütün lazımi avadanlıqla təchiz ediləcək.
Bundan başqa, xaricdə yaşayan və xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi istiqamətində atılan operativ addımlar nəticəsində böyük nailiyyətlər əldə edilib. Artıq 15 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdən təxliyə edilib.
Ölkə ərazisində karantin zonalarına yerləşdirilən insanlar üçün də hər cür şərait yaradılıb. Dövlət başçısı da çıxışında qeyd etdi ki, karantində olan insanların mütləq əksəriyyəti yaradılmış vəziyyətdən çox razıdırlar - 4500-ə yaxın insan Atletlər kəndi, Bakı şəhərində və bölgələrdə 4-5 ulduzlu otellərdə, istirahət zonalarında, bəzi dövlət qurumlarının istirahət mərkəzlərində yerləşdirilib. Karantində olan şəxslərə gündəlik yemək verilir, onlar tibbi müayinədən keçirlər. Azərbaycan dövləti koronavirusdan zərər çəkən sahələrdə çalışan insanların problemləri nəzərə alıb. Koronavirus xəstəliyi Azərbaycanda da bir çox iqtisadi və xidmət sahələrinə mənfi təsir göstərir. Dövlət isə koronavirusdan zərər çəkən sahələrdə çalışan insanların problemləri nəzərə alır.
Prezident İlham Əliyev öz çıxışında belə həssas bir məqamda dövlətin öz vətəndaşının arxasında olduğunu nümayiş etdirdi. Ölkə rəhbəri qeyd elədi ki, Azərbaycanda iqtisadi sabitliyin təmin edilməsinə, məşğulluqla bağlı problemlərin həllinə, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına ən azı 2.5 milyard manat ayrılacaq. Azərbaycanda 600 min işçi, o cümlədən fərdi sahibkar dövlət hesabına maliyyələşdiriləcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır: "Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, 600 min insan bu vəziyyətdən daha çox əziyyət çəkir, çünki orada iş yerləri bağlanıb. Sahibkarlara mənim çağırışım, birmənalı tələbim artıq hər kəsə bəllidir ki, bu dövrdə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkməsinlər. Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır. O cümlədən tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi - bütün bunlar nəzərə alınır və 2,5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub. Bu, çox böyük rəqəmdir. Bir daha demək istəyirəm ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Biz bunu bir daha nümayiş etdiririk. Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!"
Burada bir məqama da diqqət yetirək. 65 yaşdan yuxarı tənha şəxslərin, eləcə də aztəminatlı ailələrin, muzdlu işçilərin, kiçik və orta sahibkarların dövlət tərəfindən himayə edilməsi, onlara maddi dəstəyin göstərilməsi ancaq Azərbaycanda müşahidə edilir.
Dövlət başçısının koronavirus təhlükəsi ilə əlaqədar atdığı daha bir örnək addım isə yaşı 65-dən yuxarı olan məhkumların azadlığa buraxılması barədə əfv sərəncamı imzalaması oldu. Prezident İlham Əliyevin dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzaladığı sərəncamla 176 məhkum bu gün azadlığa buraxıldı. Bu, ölkə başçısının vətəndaşlara həssas münasibətini bir daha təcəssüm etdirir, onun humanizmindən xəbər verir. Prezident İlham Əliyevin koronavirusla mübarizə çərçivəsində atdığı həm qətiyyətli, həm də humanist addımları bu savaşa öz töhfəsini verir və ölkənin bu bəladan ən az itki ilə çıxmasını təminat yaradır.
Diqqətdən qaçmamalıdır ki, Azərbaycan dünyanı vahiməyə salmış pandemiyaya qarşı savaşı demək olar ki, öz vəsaiti hesabına aparır. Azərbaycan yeni bir nümunə yaradır və artıq bütün dünya ölkəmizin nümunəsini öyrənməyə çalışır. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər, aparılan mübarizə Azərbaycanın bu sınaqdan da daha az itki ilə çıxacağına əminlik yaradır. Ölkə başçısı hər bir vətəndaşı koronavirusla mübarizədə birləşməyə səsləyir - "Biz birlikdə güclüyük". Ölkə liderinin bu çağırışına hər kəs qoşulur. Pandemiyaya qarşı mübarizədə Azərbaycanın əldə etdiyi uğurun başlıca səbəbi də milli birliyin nəticəsidir. Azərbaycan tezliklə bu mübarizədən də qalib çıxacaq. Yetər ki, məsuliyyətli olaq və qaydalara əməl edək.
APA Analitics
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Bu gün, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Bu gün, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Bu gün, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Bu gün, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
|