“Jalə Əhmədova seçiciləri təhdid və şantaj edir” - İDDİA
Tarix: 20-02-2021, 12:13 | Çap et
“Rayonumuzun deputatı Jalə Əhmədova problemlərimizi həll etmək əvəzinə, bizə iftira atır, seçicilərini həbs etdirməklə hədələyir”. Ovqat.com-a bu barədə məlumatı Salyan rayon sakini, I Qarabağ müharibəsi qazisi Elçin Əziz verib. Onun sözlərinə görə, seçkilərdən əvvəl seçicilərə böyük vədlər verən xanım deputat mandatını cibinə qoyandan sonra tamamilə dəyişib. Rayonda sadə seçicilərin yox, adı dələduzluqda hallanan sabiq məmurların himayədarına çevrilib: “İş o yerə çatmışdı ki, məktəb direktoru işlədiyi vaxtlar özünə saxta sinif yazdırıb ən azı 18 min manat mənimsəyən Əbülfəz Bədəlov adlı birini özünə köməkçi götürmüşdü. Biz bu adamın əməllərini ifşa etdikdən sonra köməkçisini dəyişdirməyə məcbur oldu”. Şikayətçinin iddiasına görə, deputat Jalə Əhmədova məhz bu ifşa hadisəsinə görə onu şantaj edib həbslə hədələyir: “Mənim şikayət rəyimin altında yazır ki, guya ona hansısa işimi düzəltməsi üçün müraciət etmişəm. İşimi düzəltmədiyinə üçün onu şantajla məşğulam. Halbuki mən bu deputatla nə üz-üzə gəlmişəm, nə də hansısa mesaj yazmışam. Heç bir zaman təmasım olmadığı adama necə rüşvət təklif edə bilərəm? Deputatlıq səlahiyyətindən, hakimiyyətdəki əlaqələrindən istifadə edərək, narazı seçiciyə bu cür hədə-qorxu gəlmək suçluluq psixologiyasının təzahürüdür və deputat mandatı daşıyan bir insana ümumiyyətlə yaraşmır”,- şikayətçi belə deyir.
Elçin Əzizin bildirdiyinə görə, deputatın onunla “prinsip aparması”nın digər səbəbi bəzi problemləri dilə gətirməsi olub: “Bizim deputatdan əsas istəyimiz “Regionların inkişafına dair dövlət proqramı”nın həyata keçirilməsinə diqqət ayırması idi. Çünki bu, Prezident İlham Əliyevin imzaladığı proqramdır və ən azı buna görə həyata keçirilməsinə bir deputat kimi Jalə xanım da kömək etməlidir. O isə bizim harayımızı eşitmək belə, istəmir. Biz də məcbur qalıb problemlərimizi sakini olduğumuz yerli bələdiyyə sədrinə çatdırdıq. Bələdiyyə sədri də deputata məktub yazaraq problemin həllinə köməklik göstərməsini istədi. Deputat indi bunu ona təklif edilən rüşvət kimi qiymətləndirir”. Rayonda fermer təsərrüfatlarının problemlərinə KTN-nin biganə yanaşdığını, bu il müşahidə olunan quraqlıq nəticəsində hər kəsin əziyyət çəkdiyini bildirən həmsöhbətimiz sözlərinə görə, Salyanda əhalinin üz tuta biləcəyi heç bir dövlət orqanı yoxdur: “Əhali məcburən dərdlərini deputat vasitəsilə yuxarı orqanlara çatdırmağa çalışır. Xanım deputat isə hakimiyyətdəki yerini pis etməmək üçün ictimaiyyətin tələblərinə barmaqarası baxır və heç kimin şikayətini eşitmək istəmir. Mənim kimi danışanları da şantaj yoluyla susdurur”. Şikayətçinin bildirdiyinə görə, hər yerdən əli üzülən seçicilər əlacsız qalıb dərdlərini Facebookdakı “Bizim Salyan” səhifəsi ilə ona çatdırıblar. Əvəzində isə heç bir ölçüyə sığmayan reaksiya ilə üzləşiblər. Elçin Əzizin bəhs etdiyi “Bizim Salyan” səhifəsində deputatın fəaliyyətini tənqid edən statusda bildirilir: “Bu ya bizi ələ salıb, ya da biz Marsda yaşayırıq, Salyandan xəbərimiz yoxdur!
Salyanın deputatı Jalə Əhmədova: "Seçici müraciətlərinin hər birinə fərdi yanaşmış, səlahiyyətlərim çərçivəsində müsbət həllinə çalışmışam"”,- statusda belə yazılıb. Jalə xanım da öz növbəsində onu tənqid edənlərə bu cür cavab verib: “Burda şir aslana dönənlər bura yazdıqlarınızı üzümə deyə bilərsizsə gəlin qəbula deyin. Boş boş danışıb insanları ələ salmayın. Elçin Aziz siz deyildiz mənə deyən ki, Jalə xanım Kürqaraqaşlı kəndində filan işimizi həll edin hörmətini edəciyik? Bizdə qazanaq Jalə xanım sizdə qazanın. Təklifinizi rədd etmişəm deyə indi durub burda Bizim Salyan saytına məqalə yazdırırsız. Haqqınızda deputata rüşvət təklif etmə maddəsi ilə polisə müraciət edəcəyimdən xəbəriniz olsun. Burda bu yazıları oxuyub, bilib bilmədən yazanlarında xəbəri olsun ki, burda gedən bütün məqalələr pulla və məqsədyönlü yazılır. Və biləsiz ki, mən heç kimsəyə bənzəmirəm, bu yaşa kimi ləyaqətim, namusum və vicdanımla yaşamışam, bundan sonrada mənə kiminsə artıq əskik söz deməyinə izin vermərəm! Siyasi vəzifə daşıyan deputatın işgüzar nüfuzuna xələl gətirdiyiniz üçün Bizim Salyan saytı qanun qarşısında cavab verəcək!”. Deputat Jalə Əhmədovanın mövqeyini də işıqlandırmağa hazırıq.
Ovqat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36 |
|
|
|
• Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30 |
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
|