Mikayıl İsmayılov necə OLİQARXA ÇEVRİLDİ... - İLGİNC FAKTLAR
Tarix: 16-06-2021, 10:09 | Çap et
Dövlət Neft Şirkətinin (SOCAR) 12 vitse-prezidenti var.
SOCAR-ın prezidenti Rövnəq Abdullayevin 12 vitse-prezidenti var. Marqlıdır ki, bu vitse-prezidentlərin arasında yeganə vitse-prezident, SOCAR-ın “boz kardinalı” və “Evlər kralı” ləqəbi ilə tanınan Mikayıl İsmayılovun vəzifəsinin nə olduğu bilinmir. SOCAR-ın rəsmi saytında 11 nəfər vitse -prezidentin hansı sahə üzrə vitse-prezident olması göstərilsə də, Mikayıl İsmayılovun adı sadəcə vitse-prezident olaraq qeyd edilir. Buna görə də, bəzi insanlar vəzifəsi göstərilməyən Mikayıl İsmayılovu “ehtiyat vitse-prezident” adlandırırlar. Maraqlıdır, vəzifə sahəsi məlum olmayan sturukturu saxlamaq kimə və nə səbəbə lazımdır?
Xatrıladaq ki, Mikayıl İsmayılov uzun illər Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə-təsərrüfat işləri üzrə vitse-prezidenti vəzifəsini daşııyb. 2019-cı ildə Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR-da vergi yoxlaması nəticəsində vitse-prezident Mikayıl İsmayılovun fəaliyyətində çoxsaylı pozuntular və mənimsəmələr aşkar edilməsi haqda ciddi məlumatlar yayıldı və vergi yoxlamasından sonra, onun “monopoliya”sında olan və əsas qazanc mənbələrindən biri hesab edilən təchizat və satınalma məsələləri ondan alınaraq, SOCAR-ın başqa bir vitse-prezidentinə həvalə edilmişdir. SOCAR-da olan mənbənin dediyinə görə, hazırda təchizat və satınalma məsələləri yenə də qeyri-təsmi olaraq vəzifəsinin konkret dairəsi məlum olmayan Mikayıl İsmayılovun kurasiyasındadır.
Çox maraqlıdır ki, əsas rəsmi səlahiyyətlərini itirməsinə baxmayaraq, Mikayıl İsmayılov vəzifələrinin konkret dairəsi məlum olmadan rəsmi vitse-prezident postunu tutmaqda davam etməsi müxtəlif ehtimallar yaradır. Mikayıl İsmayılovun Rövnəq Abdullayevin yerinə gətiriləcəyini deyənlər də var, onu yaxın zamanlarda “islahat küləyi”nin əsas qurbanlarından biri olacağını söyləyənlər də. Maraqlı olan budur ki, Bu günə qədər Mikayıl İsmayılovun adı “NOBEL OİL” şirkətində sovrulan milyardlar və keçmiş MTN olayları da daxil olmaqla, bir çox olaylarda hallansa da, bütün olaylardan toxunulmadan çıxa bilib.
200-dən çox evi olan vitse-prezident və evsiz-eşiksiz Azərbaycan vətəndaşları
2013-cü ilin prezident seçkiləri zamanı prezidentliyə namizəd, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu adını çəkmədiyi “evlər kralı” olan məmurdan bəhs edib. Prezidentliyə namizədlərin İTV-də 3 oktyabr 2013-cü il tarixdəki debatında ADP sədri ölkədə evsiz gənclərin problemindən danışarkən maraqlı bir məlumat açıqlayıb. O bildirib ki, ölkədə 10 minlərlə vətəndaş evsiz olduğu halda Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidentlərindən birinin Bakıda 200-ə yaxın mənzili var. Və həmin vitse-prezident bu evlərin kirayəyə verilməsi ilə məşğul olan ayrıca bir idarə yaradıb, hər ay külli miqdarda pul yığır. Həmin zaman mətbuatın araşdırmasından sonra məlum oldu ki, Sərdar Cəlaloğlunun “evlər kralı” adlandırdığı məmur Mikayıl İsmayılov imiş. Hesab edirəm ki, hazrıda həmin evlərin və villaların sayı daha çox olar.
Prezidentin yaratdığı “YAŞAT” Fondu və diqqətdən kənarda qalan qeyri-leqal milyarderlər
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda yaralananların və həlak olanların ailələrinin təminatına dəstək üçün “YAŞAT” Fondu yaradılması barədə fərman imzalayıb. Prezidentin fərmanına görə, Fondun vəsaiti Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan azərbaycanlıların, digər fiziki və hüquqi şəxslərin könüllü verdiyi maliyyə vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq. OLSUN…
Demək olar ki. hər gün sosial şəbəkələrdə evsiz vətəndaşların naləsini, müalicə ala bilməyən vətən qazilərinin yalvarışlarını, şəhid ailələrinin çarəsiz müraciətlərini ürək ağrısı ilə dinləyirik. Öz -özümüzə sual veririkmi, dünyanın bir çox ölkəsinə neft-qaz satan Azərbaycanın vətəndaşları nəyə görə bu cür acınacaqlı vəziyyətdə yaşayırlar? Dövlətin gəlir sahələrinə nəzarət edən məmurların həyat səviyyələrinə bir azca diqqət etsək, faciələrimizin səbəkarlarını çox aydın şəkildə görərik. Bu faciələrimizin səbəbkarları dövlət büdcəsini talayan oğrulardır. Prezidentin “YAŞAT” Fondu yaratmaq məcburiyyətində qalmasına da, dolayısı ilə bu oğrular səbəb olub.
Dövlət büdcəsi, büdcə oğrularının cibindədir. Ən gülməli xəbərlər sırasına bunu da qeyd etmək olar: “SOCAR-ın Baş ofisinin işçiləri əmək haqlarının 10 faizini “YAŞAT” Fonduna köçürür”. Oğurladıqları miyardalrdan yox haaa, heç bir vaxt almağa ehtiyacları olmayan əmək haqqlarından.
SOCAR-ın vitse-prezidenti, Holdinqlər sahibi, fermer, bacarıqlı və “xeyirxah” Mikayıl İsmayılov
“ARDNŞ-in avtomobil parkından 1000-dən çox avtomobil var. Şirkətin hətta orta ranqdan olan hər bir rəhbər işçisi “Cadillac” və “Chevrolet” markalı bahalı xidməti maşınla təmin olunub. Bu “icad” da təsadüfi deyil. Yox, söhbət bu maşınların texniki parametrlərindən də getmir. Məsələ çox sadədir. Bu bahalı maşınları Azərbaycana yalnız bir nəfər gətirib satır – Mikayıl İsmayılov. Bəli, məhz ARDNŞ-in həmin vitse-prezidenti… “Cadillac Bakı Mərkəzi” və “Chevrolet Azerbaijan” diler firmalarının sahibidir.
M.İsmayılov bu yollarla qazandığı pulları nə banklarda, nə də sandıqda saxlamır. Həmin pulları qeyri-neft sektoruna, amma daha gəlirli sahələrə yatırır. Məsələn, «Modern hospital» Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılova məxsusdur”. virtualaz.org
Bundan başqa, Mikayıl İsmayılov kənd təsərrüfatı sahəsində də xeyli qabağa gedib. Şamaxı, Ağsu və Kürdəmir rayonlarının əkin və otlaq sahələrinin böyük hissəsinin də sahibi kənd sakinləri yox, məhs Mikayıl İsmayılovdur. Belə getsə, onun nəzarətində olan kəndlərdə “köy ağası” kimi tanınan xeyli qohum-əqraba olacaq.
“Deyilənə görə, vitse-prezidentin Teymur Əliyev küçəsindəki villaları Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsində yerləşən malikənalərinin yanında kölgədə qalır. Adının çəkilməməsini istəyən şəxsin bildirdiyinə görə, vitse-prezident qeyd olunan ünvandakı villanı inşa etdirib başa çatdırmaqdan ötrü milyonlar sərf edib: «Bu imarətin bünövrəsindən tutmuş damına qədər tikintisində istifadə olunan materialların hamısı xaricdən gəlib. Vitse-prezidentin tapşırığı əsasında villanın inşası üçün nəzərdə tutulan qum xüsusi təyyarələr vasitəsilə Misirdən gətirilib. Bundan başqa, imarətin tikintisində istifadə olunan daş, armatur, üzlük Daş, mərmər piltələr isə Fransa və İtaliyadan gətirilib. Mərmər piltələrin quraşdırılması üçün İtaliyadan dizayner-memarlar cəlb olunub. Təkcə villanın həyətindəki hovuzun inşasına 300 min manata yaxın vəsait sərf edilib. Mikayıl İsmayılovun istəyi əsasında villada xüsusi hamamlar inşa edilib. Bu hamamlara lazım olan mərmər döşəmənin bir kvadratmetri 5 min avroya başa gəlib. Bir sözlə, Neft Şirkətinin «boz kardinalı» özünün və ailə üzvlərinin diyaznı ilə inşa edilən villaya təxminən 5 milyon manata yaxın pul xərcləyib”. Sadəcə DƏŞHƏT! Gundelik-baku.com
Haqında deyilənlərdən məlum olur ki, Mikayıl İsmayılovun maliyyə sərvəti araşdırılsa, bəlkə də adı dünyanın milyarderləri siyahısına düşə bilər.
Onu da qeyd edim ki, Dövlət Neft Şirkəti (SOCAR) Tarif Şurasına təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması ilə bağlı etdiyi təklifdən sonra, ölkədə Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti bahaşaldı. SOCAR rəhbərliyinin tək bircə nəfərinin dövlətdən oğurladığı pulların əlindən alınaraq, dövlətin büdcəsinə qaytarılması ökədə sosial rifahın normallaşmasına bəs edər.
P.S. Azərbaycan xalqının səfalət gününə salınması nəticəsində əldə edilən milyardlarla, özünə və yaxınlarına xöşbəxt həyat quran büdcə oğrularına qarşı susmaq cinayətdir.
Əlimizdə olan bəzi faktları araşdırdıqdan sonra, daha ciddi dəlilləri oxucularımıza təqdim edəcəyik. (Sozcu.az)
Elşən Əlisoy
Azerbaycanrealligi.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|