""Kontakt Home"un texniki servisi də özü kimi işləyir..." - GİLEY
Tarix: 12-07-2021, 08:24 |
Çap et
DİA.AZ: - "Şikayətim "Kontakt Home"dandır. Deməli, 4 il qızıl zəmanətlə (+140 azn) paltaryuyan almışıq. Paltar yuyulur, sona 1 dəqiqə qalmış.. donub qalır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qurupunda İbrahim Hüseyn adlı istifadəçi paylaşımında giley edib.
Daha sonra narazı vətəndaş yazır: "O 1 dəqiqəni biz 2 saat gözləyirik. Əvvəl belə deyildi. Deməli, nasazlıq var. Zəng etdim texniki servis gəldi. Tərslikdən mən evdə olmamışam. Evdəkilərin dediyinə görə ustalar "heç bir problem yoxdur" deyib gediblər. İndi yenidən zəng etmişəm ki axı problemi çözməmisiniz. Operator ordan mənə deyir ki texniki servis göndəririk amma problem aşkarlanmasa, sizdən 10 azn pul alacağıq.
Budur göstərdiyiniz xidmət??? Bəs heç mən 140 manatımı geri almıram... Siz nə tez 10 manat tələb etdiniz?
Məsələ pulda deyil, göstərilən xidmətin aşağı səviyyədə olmasıdır..."
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...