"Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                 

Azərbaycanın ƏN BÖYÜK KƏNDİ: Mingəçevir... - Bura şəhər deməyə adamın dili də çönmür...
Tarix: 29-10-2021, 09:37 | Çap et
Azərbaycanın ƏN BÖYÜK KƏNDİ: Mingəçevir...
Sirr deyil ki, modernləşmənin əsaslarından biri də sənayeləşmədir. Sənaye iqtisadiyyatın aparıcı sahəsidir. Dünya təcrübəsinə görə, bu sahə iqtisadiyyatın strukturunda o zaman ən optimal hesab olunur ki, emal sənayesi həmin iqtisadiyyatın 20 faizini təşkil etmiş olsun.

Vaxtilə ölkənin 4-cü böyük sənaye mərkəzi olmuş Mingəçevirin iqtisadiyyatında bu gün nəinki emal sənayesinin, ümumilikdə sənayenin payı elə də çox deyil. Mingəçevir şəhər İcra Hakimiyyətinin rəsmi saytına (mənbə: http://mingechevir-ih.gov.az/page/14.html) inansaq, hazırda şəhərin sənaye sahələrində cəmi 2000-ə yaxın insan çalışır ki, bu da iqtisadi fəal əhalinin cüzi bir hissəsini təşkil edir.

Bu gün ölkənin əsas problemlərindən biri olan işsizlik Mingəçevirdə özünü daha qabarıq göstərir. Ali təhsilini başa vurmuş gənclər ixtisaslarına uyğun və ya ixtisaslarına yaxın bir sahəyə müraciət edərkən onlardan bir neçə illik iş təcrübəsi tələb olunur. Bu azmış kimi yerli-yersiz mükəmməl xarici dil biliyi, kompüterdən istifadə edə bilmək bacarığı və s. kimi şərtlər. Müşahidələr göstərir ki, müəssisələr daha çox tanışlıq, qohumluq, başqa sözlə, tapşırıqla işçi qəbuluna üstünlük verirlər. İnternet və başqa resurslar üzərindən verilən iş elanları ilin sonunda statistika idarəsinə sübut kimi təqdim etmək üçün formal bir şeydir.

3 ildir Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı postunu tutan İlham İsmayılov bu günlərdə şəhərin “Energetik” qəsəbəsində keçirilən ağacəkmə kampaniyasına qatılıb. Tədbirdən sonra sakinlərlə görüşən icra başçısı onların problemləriylə maraqlanıb. Sakinlər SSRİ-nin süqutunadək iri sənaye şəhəri olmuş Mingəçevirdə bu gün üzləşdikləri ənənəvi işsizlik problemlərindən danışıb, başçıdan onların işlə təmin olunmalarına köməklik göstərməsini xahiş ediblər.

İlham İsmayılov da “ənənəvi” olaraq sakinlərə işlə təmin olunmaq üçün məşğulluq mərkəzinə müraciət edərək qeydiyyata durmağı tövsiyə edib. Sanki şəhərdə vakant iş yerləri yetərincəymiş – məşğulluq mərkəzində də oturub vətəndaşları gözləyirlər ki, ixtisası üzrə iş axtaranı işlə təmin etsinlər, işsiz qalanları da növbəyə götürüb müavinət təyin etsinlər.

Yeri gəlmişkən, İlham İsmayılov özü də sakinlərə etiraf edib ki, Mingəçevirdə hazırda mövcud olan ən aktual problemlərdən biri işsizlikdir. Ardınca onu da əlavə edib ki, ölkə başçısı İlham Əliyev bu problemin köklü şəkildə həll edilməsi ilə bağlı müvafiq göstəriş verib. Sitat: “Prezident İlham Əliyevin göstərişinə əsasən, yaxın vaxtlarda şəhərimizdə 4 yeni fabrik tikilib istifadəyə veriləcək və bundan sonra inanırıq ki, işsizlik problemi tamamilə aradan qalxacaq”.

Sakinlər bu sözləri şəhərdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzi, “KÜR” Kompüter Zavodu, “Akkord-Mingəçevir Maşınqayırma Zavodu” ASC (zavodda 85 nəfər işçi çalışır – http://mingechevir-ih.gov.az/page/14.html), əsaslı şəkildə yenidən qurulmuş “Mingəçevir İZOLİT” ASC (müəssisədə 75 nəfər işçi çalışır – http://mingechevir-ih.gov.az/page/14.html) və nəhayət, ən son Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin (işçi sayı 750 nəfər – http://scip.az/az/page/mingecevir) açılışı zamanı da eşidiblər. Demək olar ki, adları sadalanan bütün müəssisələrin açılışında prezident İlham Əliyev və 1-ci vitse-prezident Mehriban Əliyeva iştirak edib. Adları sadalanan müəssisələr bu gün nəinki tam, heç yarı gücüylə belə fəaliyyət göstərmir.

Yeri gəlmişkən, prezident İlham Əliyevin iştirakı ilə gerçəkləşən Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində layihənin rəhbəri Mehriban Axundova bildirmişdi ki, parkın ərazisində ümumilikdə 9 fabrik – pambıq iplik (460 iş yeri), akril və yun iplikləri (800 iş yeri), corab məhsulları(650 iş yeri), ayaqqabı istehsalı (300 iş yeri), toxuma (450 iş yeri), parça boyama (260 iş yeri), tikiş (2 mindən artıq) və tibbi kosmetika (270 iş yeri) fabrikləri inşa edilib istifadəyə veriləcək. Bundan başqa, ilkin mərhələdə 2 min yeni iş yerinin yaradılması, park tam gücü ilə fəaliyyətə başladıqdan sonra isə iş yerlərinin sayının ümumilikdə, 5,5 minə çatdırılacağı söylənilsə də, bu baş vermədi. Park üzrə orta əmək haqqı 450 manat (fəhlə heyəti üçün 350 manat, operator heyəti və ustalar üçün 450 manat, sahə rəhbərləri üçün 800 manat, istehsalat rəhbərləri üçün 1500 manat orta əmək haqları) nəzərdə tutulmuşdu.

5,5 min işçi bir yana, dövlət başçısının gedişindən sonra açılışı baş tutan iki müəssisə işçilərini bəzi hallarda öz hesablarına məzuniyyətə göndərə-göndərə fəaliyyət göstərməkdən o yana gedə bilmədi.

Qayıdaq Mingəçevirin icra başçısı İlham İsmayılovun sakinlərlə görüşünə. İcra başçısı bildirib ki, gələcəkdə Heydər Əliyev prospektinin “KÜR” Kompüter zavodu ilə Avtovağzal arasında olan hissəsində, yolun hər iki tərəfində geniş “park” salınacaq. Qeyd edək ki, şəhərin Xaldan şossesi tərəfindən giriş hissəsində salınmış “Nəsimi” “parkı”nın təşəbbüsü də İ.İsmayılovun icra başçısı kimi təyinatının ilk aylarına təsadüf edir.

Park sözünü nədən dırnaq arasında yazdığımızı açıqlayaq. Artıq uzun illərdir Mingəçevirdə şəhər rəhbərliyinin o qədər də böyük olmayan ərazidə gül kolları basdırıb bir neçə küknar tingi əkməyi, yerə tamet döşəyib bir neçə skamya və işıq dirəyi quraşdırmağı sakinlərə “park” kimi təqdim etmək “ənənəsi” yaranıb. Halbuki parkın milli sərvət kimi öz statusu olur. Park “Təbiəti mühafizə və təbiətdən istifadə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq xüsusi mühafizə olunur. Bu mühafizə rejimini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Parkın öz strukturu olur. Yerli icra hakimiyyəti parkın ərazisində tikintisi qanunvericiliklə nəzərdə tutulmuş qaydada razılaşdırılmış obyektlərin tikintisindən başqa, bütün növ tikintilərin dayandırılmasını və parkın funksiyalarına zidd olan obyektlərin dərhal oradan çıxarılmasını təmin edirlər və s.

İndiki halda isə bütün bunların heç birinə əməl edilmir.

Ümumiyyətlə, bu gün işsizliyin, yoxsulluğun baş alıb getdiyi Mingəçevirdə (bunu biz demirik, rəsmi statistikaya əsasən işsizlərin sayına görə, Mingəçevir uzun illərdir ölkə üzrə ilk 5-likdədir – A.) insanların işə, bir parça çörəyə daha çox ehtiyacı var, nəinki “park”a.

Mingəçevirin, eləcə də başqa şəhər və rayonlarda icra başçılarının “park sevgiləri”nin haradan qaynaqlandığı haqda növbəti yazılarımızda.
//Savash.org//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bundan başqa bizə nə lazımdır axı?"
Bu gün, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Bu gün, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Bu gün, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14
Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru