Qax rayonunda ağacların kəsilməsi haqqında xəbərlər gəlməkdədir.
Bizə müraciət edən Qum kəndi sakininin bildirdiyinə görə, kənd bələdiyyəsi kənd mərkəzində 60-70 illik bir-neçə ağacı kəsib. Kəsilmiş ağacların satış məqsədi ilə xüsusi ölçülərdə doğrandığı qeyd edilir.
DİA.AZ xəbər verir ki, bu barədə qax.org.az saytı məlumat yayıb.
Qum kənd bələdiyyəsinin sədri Fərid Həşimov kənddəki ağacları rayonun icra başçısı Musa Şəkiliyevin təlimatıyla kəsdiyini bildirib.
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...