DİA.AZ: - Salyan rayon sakini Hikmət Salahov Fövqəladə Hallar Nazirliyindən şikayətçidir. DİA.AZ-ın məlumatına görə, Vətən Müharibəsində bir övladını Şəhid verən, digər övladı isə Qazi olan Hikmət Salahov bildirir ki, oğlunun FHN-də işləməsi üçün əvvəlcə Salyanda müraciət edib, sonradan onu nazirliyə yönəldiblər.
"Nazirliyə getdim, məni elə qapıda qarşıladılar ki, istəyimi elektron formada onlara təqdim edib.
Dediklərini etsəm də, 3 aydır cavab yoxdur.
Biz Şəhid atalarını qapıdan yola salırlar, geri qaytarırlar. Amma mənim övladların namus yolunda, vətən yolunda savaşıblar".
Şəhid atası eyni zamanda rayonun deputatından da giley edib: "Hamısı yola verirlər, heç biri problemi həll etmir".
Daha ətraflı aşağıdakı videoda:
DİA.AZ olaraq yazıda adları çəkilən bütün qurum və şəxslərin mövqelərini dinləməyə hazırıq...