“Bələdiyyə nümayəndəsi məndən 1000 manat pul istədi” - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Tarix: 25-02-2022, 11:05 | Çap et
Vətən müharibəsi qazisi, eyni zamanda 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olmuş Zamir Əsgərov iki ilə yaxındır ki, torpaq sahəsi üçün müraciət etdiyini, amma ala bilmədiyini deyir. DİA.AZ-ın məlumatına görə, “Qafqazinfo”ya danışan Zamir Əsgərov bildirib ki, Vətən müharibəsində keçmiş döyüşçü kimi təcrübəsi, könüllü müraciəti nəzərə alınaraq səfərbərliyə cəlb olunub. Tərtər, Ağdərə, Suqovuşan, Ağdam istiqamətində həyata keçirilən bütün əks-hücum əməliyyatlarında iştirak edib. Onun sözlərinə görə, müharibə zamanı yaralanıb, lakin Bərdə Rayon Mərkəzi Xəstəxanasında bir həftə müalicə aldıqdan sonra yenidən döyüşlərə qatılıb.
Qazi torpaq sahəsini əkin-biçin və ev tikmək üçün istədiyini bildirib: “Goranboy Rayon İcra Hakimiyyətindən torpaq istəmişdim. Bir neçə müraciətimdən sonra icra nümayəndəsi mənim yanımda Xoylu Kənd Bələdiyyəsi ilə əlaqə saxlayıb torpağın verilməsi ilə bağlı tapşırıq verdi. Kənd bələdiyyəsinə yaxınlaşdım, Adil adlı nümayəndə mənə torpaq yeri göstərdi. Göstərilən ərazinin durumu yaxşı deyildi. Həmin ərazini səliqəyə salmaq, əkin sahəsi etmək üçün xeyli vəsait - 2000 AZN lazım idi”.
Zamir Əsgərov qeyd edib ki, bələdiyyə tərəfindən ona 8 sot torpaq təklif edilib: “Bələdiyyə nümayəndəsi məndən torpağın sənədləşməsi üçün 1000 manata yaxın pul istədi. Mən də ona bildirdim ki, 1000 manat torpağa, 2000 isə onun səliqəyə salınmasına verməkdənsə, 3 minə başqa yerdə hazır torpaq alaram. Daha sonra Goranboy Rayon İcra Hakimiyyətindən bildirdilər ki, sənə başqa yerdən torpaq sahəsi verəcəyik. Bu məsələlərin üstündən iki il keçməsinə baxmayaraq, məsələ hələ də öz həllini tapmayıb”.
Qazi həmçinin əlavə edib ki, ona əlilliyin təyin olunması ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Goranboy üzrə bölməsinə müraciət edib, lakin müəyyən vaxt keçməsinə baxmayaraq onun əllilik dərəcəsi təyin olunmayıb.
Məsələ ilə bağlı Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısının müavini Rafet Qurbanov saytımıza açıqlamasında bildirib ki, Əsgərov Zamir Abbas oğlu onlara torpaq sahəsi ilə bağlı müraciət etməyib: “Həmin şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müharibəyə çağırılıb, Vətən müharibəsində iştirak edib. Əsgərov Zamir bizə - İcra Hakimiyyətinə və Xoylu kənd icra nümayəndəliyinə torpaq sahəsinin ayrılması ilə bağlı müraciət etməyib. İcra Hakimiyyəti tərəfindən də bələdiyyələrimizə tövsiyə olunub ki, bütün müharibə iştirakçıları, qazilər, şəhid ailələri torpaqla bağlı müraciət edəndə onlar birinci dərəcəli olaraq torpaqla təmin olunsunlar. Əgər Zamir Əsgərov tərəfindən belə bir müraciət olarsa, ona dərhal cavab veriləcək”.
R. Qurbanov Xoylu Bələdiyyə nümayəndəsinin qazidən 1000 AZN istəməsinə dair iddiaya belə münasibət bildirib: “Ola bilər ki, bu, həyətyanı torpaq sahəsi ilə bağlı rüsum olsun. Bu rüsum həyətyanı sahə özəlləşdiriləndə, bələdiyyənin bank hesabına köçürülməli olan vəsait ola bilər”.
Qaziyə əlilliyin təyin olunmaması ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxladıq. Agentliyin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Tural Qurbanov “Qafqazinfo”ya bildirdi ki, Əsgərov Zamir Abbas oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı bu ay elektron sistemə göndəriş daxil edilib. Qeyd olunub ki, Z.Əsgərovun əlilliklə bağlı müraciəti hərbi səbəblə əlaqədardır: “Buna görə də o, qısa müddət ərzində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət ediləcək və mövcud sağlamlıq vəziyyəti əyani şəkildə ətraflı müayinə olunacaq. Müayinənin nəticəsinə uyğun qərar veriləcək”.
Qeyd edək ki, Zamir Əsgərov Prezident sərəncamları ilə "Ağdamın azad olunmasına görə”, "Suqovuşanın azad olunmasına görə”, "Cəsur döyüşçü”, "Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - VİDEO
Bu gün, 13:49 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
|