“AZVİRT” MMC şefinin qardaşından ÖZBAŞINALIQ... - Nazirə müraciət olundu
Tarix: 25-06-2022, 11:53 | Çap et
Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi 3-də yerləşən qapı 4, qapı 5 və qapı 6 ünvanlarındakı qeyri-yaşayış sahəsinin icarəçilərinə obyektdən istifadə etməyə icazə verilmir. DİA.AZ xəbər verir ki, bununla əlaqədar icarəçi İsgəndərov Nahid Əfqan oğlu “AzPolitika.info” saytı vasitəsilə Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət edib.
Nahid İsgəndərovun müraciətində bildirilir ki, əmlakın mülkiyyətçisi olduğunu iddia edən şəxslər onun icarəyə götürdüyü obyektdən istifadə etməsinə sözün əsl mənasında maneçilik törədirlər. Onun sözlərinə görə, müqaviləsinin olmasına və icarə haqlarını vaxtı-vaxtında ödəməsinə baxmayaraq, obyektdən istifadəsinə imkan verilmir.
Nahid İsgəndərov bildirir ki, o, 2020-ci il fevral ayında “AZVİRT” MMC-nin direktoru Kamil Əliyevin qardaşı Əliyev Elnur Əli oğlu ilə icarə müqaviləsi bağlayaraq ona məxsus qeyri-yaşayış sahəsini aylıq 20.000 manata 2 illik icarəyə götürüb. Sonra 270.000 manata qədər pul xərcləyərək öz vəsaiti hesabına obyekti əsaslı təmir edib və hazır vəziyyətə gətirib.
“Bir müddət bundan əvvəl isə Elnur Əliyev həmin obyekti özü istifadə etmək istədiyini bildirərək bizi oradan çıxarmaq istədi. Biz isə haqlı olaraq çəkdiyimiz təmir xərclərini və müqavilə müddəalarını əsas gətirdik. Lakin Elnur Əliyev davamlı olaraq obyektimizin iş fəaliyyətini pozmağa, müştəriləri narahat etməyə, işçi heyəti ilə problemlər yaratmağa və ən əsası hər gün davamlı olaraq obyektdən çıxmağımızı tələb etməyə başladı. Həmin bu hərəkətlər mütəmadi xarakter aldığından icarəçi kimi məhkəməyə müraciət etdik. Həmin işə hazırda Səbail rayon Məhkəməsində baxılmaqdadır” – deyə, müraciətdə bildirilir.
Nahid İsgəndərov daha sonra qeyd edir ki, may ayının 24-də hüquq ictimaiyyətində analoqu olmayan bir qərardadla onun icarəyə götürdüyü obyektə girişi qadağan edilib: “Belə ki, iş üzrə yeni bir tərəf kimi Elnur Əliyevin qaynanası Lətifə Abdullayeva adlı şəxs prosesə qoşularaq guya icarəçi kimi mənim illərdir ona icarə haqqı ödəmədiyimi deyib. Buna görə də, icarəçinin obyektdən çıxarılmasını tələb edib. Daha sonra müvəqqəti təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək mənim və başqalarının həmin obyektdən istifadə etməsinə qadağa qoyulmasını tələb edib. Səbail rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə əsassız qərardad qəbul edərək ərizəni təmin edib. Hətta dərhal da icraya yönləndirib. Sözsüz ki, bu prosedurda “Bakı Hüquq Mərkəzi” MMC-nin və Elnur Əliyevin “şəxsi əlaqə” lərinin də öz rolu olub.
Bunun ardınca isə öz hüququmuzdan istifadə edərək həmin qərardaddan şikayət verdik. Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Cəfərovun 17.06.2022-ci il tarixli qərarı ilə əsassız Səbail rayon Məhkəməsi qərardadı ləğv olundu. Buna baxmayaraq 25 günə yaxın müddət ərzində obyekt möhür altında bağlı saxlanıldı. Obyektin yenidən açılmağına sevinə bilməmiş daha bir qanunsuz qərardadla rastlaşdıq.
Belə ki, bu dəfə obyekt ilə heç bir əlaqəsi və bağlılığı olmayan Elvin Qasımovu məhkəməyə verən Lətifə Abdullayeva və Elnur Əliyev 24.06.2022-ci il tarixli qərardadın (hakim İlkin Rüstəmli) çıxarılmasına nail oldular. Həmin qərardadla isə obyektdən istifadə Elvin Qasımova və “başqa” şəxslərə qadağan edilmişdir.
Belə bir qərar hüquq cameəsində anoloqu olmayan bir hüquqi akt sayıla bilər. Belə ki, bu proseslə heç bir əlaqəsi olmayan bir vətəndaşa obyektdən istifadə qadağan edilir. Bu yolla obyektə dair icarə müqaviləsi bağlamış digər vətəndaşa müqavilə üzrə əldə etdiyi hüquqdan istifadə rəsmi icarəçiyə qadağan edilir”.
Nahid İsgəndərovun sözlərinə görə, işin maraqlı tərəfi ondan ibarətdir ki, ona münasibətdə çıxarılmış tamamilə eyni məzmunlu qərardad Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv olunmuşdu.
“Başıma gətirilən hüquqa zidd müsibəti qısa olaraq izah etməli olsaq, bir qərardadla mənə obyektdən istifadə qadağan edilir. Həmin qərardad Apellyasiya Məhkəməsində ləğv olunur. Daha sonra isə yeni bir qərardad ilə guya şərik olan Elvin Qasımova və “başqa” şəxslərə, (yəni mənə də) obyektdən istifadə qadağan edilir.
Olduqca maraqlı və bir o qədər də absurd olan hazırki qərardadla müqavilə bağlayaraq icarə haqqı ödəyib obyektdən istifadə edən icarəçiyə obyektdən istifadə qadağan edilməkdədir. Hazırda isə obyektin qapısına möhür vurulmuş və bağlatdırılmışdır. Müraciətimə çıxarılmış məhkəmə qərardadlarını da əlavə edirəm. Bir faktı da qeyd edim ki, yuxarı məhkəmə instansiyasının qərarı daha aşağı məhkəmə instansiyaları üçün məcburi xarakter daşıyır. Görünür, Səbail rayon Məhkəməsi qanunun tələbindən yayınmaq üçün anoloqu olmayan qeyri-hüquqi yol kəşf edib. Bir sözlə, iş üzrə əsl icarəçiyə qadağa tətbiq edilməsi mümkün olmadıqda, iş ilə hər hansı əlaqəsi olmayan bir şəxsi cavabdeh kimi cəlb edib qadağaları onun üzərindən tətbiq edirlər. Bu hüquqa zidd üsulu da Səbail rayon Məhkəməsi təmtəraqlı formada öz qərardadları ilə təsdiq edir” – deyə, müraciətdə bildirilir.
Nahid İsgəndərov onu da qeyd edir ki, hazırda bir icarədar və sahibkar kimi onun konstitusion hüquqları pozulur: “İcarəsini ödədiyim obyektdən istifadəsi qadağan olunur. Həmçinin həmin obyektin 50-dən çox işçisi vardır. Obyektin bu qədər uzun müddət bağlı saxlanılması həmin işçilərin maddi təminatlarını da mümkünsüz edir. Elnur Əliyev bizə onların müdafiəçilərinin arxasının güclü olduğunu, bizim heç vaxt uğur qazana bilməyəcəyimizi ifadə edir.
Hörmətli Fikrət müəllim! Məhkəmə Hüquq Şurasının sədri kimi Sizlərə bu ədalətsizliyin qarşısını ala bilməyiniz ümidi ilə müraciət edirik. Ümid edirik, müraciətimizi nəzərə alacaqsınız”.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etdirməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|