DİA.AZ: - Naxçıvanda cərəyan edən olayların fonunda MR Ali Məclisinin sədri Vasif Talıbova və yaxınlarına aid olan sərvət və qeyri-adiliklər artıq yerli KİV-də ən populyar mövzulardan olmaqdadır. DİA.AZ olaraq Vasif Talıbovun Naxçıvandakı məkanlarından biri haqqında məlumatı təqdim edirik. Anlaşılanı odur ki, Xanın hər yerdə QALASI VAR İMİŞ...
"Naxçıvan "xan"ının yeni villası ortaya çıxdı". DİA.AZ bildirir ki, bunu paylaşımında qeyd edən və artıq Naxçıvanla bağlı araşdırmaları ilə etibarlı mənbəyə çevrilən tanınmış jurnalist Heydər Oğuz əlavə olaraq bildirir ki, Şahbuz rayonunun Ağbulaq kəndində yerləşən bu villa "xan"ın iqamətgahlarından biridir.
Daha sonra jurnalist yazır: "Düzdür, Seymur müəllimin it damından bir balaca böyükdür. Amma boyuna-buxununa baxmayın, Ağbulağın ən səfalı yerində tikilib.
Balkonuna çıxıb seyrə dalanda Naxçıvanın bütün gözəllikləri ayağının altında qalır. Necə ki, Naxçıvanın özü də "xan" həzrətlərinin ayağı altında inim-inim inildəyir".
dia-az.life xatırladır ki, elə dünən Seymur Talıbovun itina aid villa ilə bağlı məlumatları təqdim etmişdik: