Naxçıvanda iki mühüm şəxs HƏBS OLUNDU - Vasif Talıbovun cikini də bilirlər... bikini də...
Tarix: 9-12-2022, 10:11 |
Çap et
Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimalıyev və "Cahan Holdinq" Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasovun dünən (srağagün -red.) dindirilmək üçün Bakıya aparıldığı bildirilir. DİA.AZ bildirir ki, bu haqda "Gündəlik Naxçıvan"a hər iki qurumdakı mənbələr məlumat verib. Onların vergidən yayınma, qaçaqmalçılıq və sairdə ittiham olunduğu bildirilir. Məlumata görə, hər iki şəxs Bakıda bir gecə DTX tərəfindən dindirildikdın sonra, yoxlamaların davamı üçün, yenidən Naxçıvana qaytarıblar.
DTX əməkdaşlarının Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyində yoxlamalar aparması, burada bir sıra qanunsuzluqlar aşkarlaması haqda dünən məlumat paylaşmışdıq. Nazirlik əməkdaşlarının "Gündəlik Naxçıvan"a verdiyi məlumata görə, yoxlamalardan sonra nazir Vüsal Sevdimalıyev idarə rəhbərlərini toplayaraq, " biz Vasif Talıbovun əsgərləriyik, DTX bizə heç nə edə bilməz, bunda sonra da aylıq hesablarınızı vaxtında çatdıracaqsınız" tapşırığını vermişdi.
İki həftədən artıqdır ki, DTX Naxçıvandakı dövlət orqanları və özəl müəssisələrdə yoxlamalar aparır. Bu yoxlamalar haqda ictimaiyyətə geniş rəsmi məlumat verilmir.