Qiymətlər göydə uçur eee, CƏNAB MİKAYILOV... - Bakı-Tiflis-Bakı reysinin qiyməti 1100 manatı keçdi...
Tarix: 12-12-2022, 10:15 |
Çap et
Milli Məclis üzvlərinin, ictimaiyyət nümayəndələrinin davamlı tənqidinə baxmayaraq, Azərbaycan Hava Yolları Dövlət Konserni (AZAL) yenə də ağlasığmaz qiymətlərlə soyğunçuluq siyasətini davam etdirir.
Ölkənin quru sərhədlərinin bağlı olması səbəbindən imkansız vətəndaşlar Türkiyə, Rusiya və başqa dövlətlərə məcburən təyyarə ilə getməli olur.
Ancaq AZAL rəhbərliyi hər keçən gün qiymətləri daha da artırır.
DİA.AZ gununsesi.info-ya istinadla xəbər verir ki, AZAL-ın Bakıdan Tbilisiyə 1 saatlıq zaman üçün təklif etdiyi qiymət sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.
Belə ki, Bakıdan Tbilisiyə və geriyə 1100 manata qiymət müəyyən edən AZAL rəhbərliyi ilə yanaşı bu soyğunçuluğa göz yuman hökumət də sərt tənqid edilib.
Doğrudan da buna soyğunçuluqdan başqa bir ad vermək mümkün deyil.
Təsəvvür edin ki, bu qiymət hələ 20 gün sonraya nəzərdə tutulub.
Ayın sonunda böyük ehtimalla Tbilisiyə uçuşun qiyməti indikindən 2 dəfə baha olacaq.
Maraqlıdır ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu rəzalətə göz yumur.
Bir neçə ay əvvəl Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində yoxlamalar təşkil edən və rəqabətin “pozulmasından” danışan qurum AZAL-ın soyğunçuluğuna göz yumur.
Ən dəhşətlisi isə İqtisadiyyat Nazirliyinin Türk Hava Yollarının belə ucuz qiymət təklif etməsinə AZAL-dan qoyulan rəsmi qadağanı da aradan qaldırmağa çalışmamasıdır.
Ermənistandan, Gürcüstandan Türkiyəyə biletlərin qiymətinin bizdən 3 dəfə ucuz olması isə başqa mövzunun söhbətidir.