DİA.AZ: - "Bizim sözümüz Cənab Prezidentədir. Biz Prezidentdən kömək istəyirik". DİA.AZ bildirir ki, bunu 7 aydan artıqdır ki, əməkhaqqılarını ala bilməyən "Aztikintiyol" MMC-yə aid Şəmkir Çınqıl Zavodunun işçiləri qeyd edirlər.
"Baş direktorumuz Mehmanşah Yunusov bizi vecinə almır. Hansı quruma da şikayət edirik, şikayətimizi eşidən yoxdur" deyən fəhlələr sözlərinin Prezidentə çatdırılmasını istəyirlər.
DİA.AZ bildirir ki, fəhlələrdən, əməkhaqqısını ala bilməyən işçilərdən digəri də tək ümidlərinin ölkə başçısı olduğunu bəyan edir.
Daha ətraflı aşağıdakı videoda:
Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...