Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                     Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: .....                     Paşinyanın qadın “batalyon”u .....                     Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır .....                     Azərbaycanda bu deputatlara mənzil verildi .....                     DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... .....                     Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? .....                     "Səni 12 ildir mən gözəlləşdirmişəm" .....                     İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil .....                     Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... .....                     Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək .....                     Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? .....                 

Vasif Talıbovu NİYƏ HƏBS ETMİRLƏR? - "Bu, dövlətin ŞƏRƏF MƏSƏLƏSİDİR..."
Tarix: 26-01-2023, 10:16 | Çap et
Vasif Talıbovu NİYƏ HƏBS ETMİRLƏR?
Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefaya məcbur edildikdən sonra onun və tayfasının bu diyarda insanlara hansı dəhşətləri yaşatmaları barədə saysız-hesabsız faktlar ortaya çıxır.

Talıbov və sülaləsi MR-də qapalı rejim, xanlıq yaratmaqla, milyardları mənimsəməklə kifayətlənməyiblər, naxçıvanlıları faktiki olaraq dədə-baba yurdlarından didərgin salıblar, orada əli iş tutan adamların yaşamasına imkan verməyiblər.

Bakıda özünə gün-güzəran quran xeyli sayda naxçıvanlını isə oğurlayaraq MR-ə aparıb, orada dəhşətli işgəncələrə məruz qoyublar, var-dövlətini son qəpiyinədək əlindən alıblar.

Son günlərdə bir neçə şəxs artıq başına gələnləri ictimailəşdirib. Keçmiş gömrükçü, kiçik sahibkar olmuş Faiq Rzayevdən sonra iş adamı İsgəndər Cabbarovun da eyni ssenari ilə oğurlanaraq başına müsibətlər gətirildiyi ictimailəşdirilib.

Gələn məlumatlar onu deyir ki, belə şəxslərin sayı yüzlərlədir. Ancaq onların əksəri hələ də susur. Nədən çəkinirlər? Vasif Talıbov xofu hələ də aradan qalxmayıb, yoxsa onun əlaltılarının növbəti təxribatlarına məruz qalacaqlarından ehtiyatlanırlar?

İndi əsas sual odur ki, soyğuna məruz qalmış şəxslərin əllərindən alınmış var-dövləti onlara qaytarılacaqmı? Faktiki olaraq hələ nə Vasif Talıbov, nə də oğlanları məsuliyyətə cəlb edilməyib. Rəsmi ittiham olmasa onlardan taladıqlarını vətəndaşlar necə geri ala bilər?..

Mümkündür ki, Naxçıvandakı yoxlamalar bitdikdən, kadrlar yeniləndikdən sonra bu məsələlər rəsmi şəkildə araşdırılacaq.

Hələlik isə Naxçıvanda “xanın” kadrlarının təmizlənməsi və ayrı-ayrı sahələr üzrə yoxlama prosesi gedir.

Son olaraq gələn məlumatlara diqqət edək:

Yanvarın 24-də Naxçıvanda daha bir yüksək vəzifəyə təyinat olub.

İlqar Hacıbala oğlu Sadıqov Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin edilib. O buna qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəsində işləyib.

Bu arada Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlamalar başlayıb.

Prosesi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəli şəxsləri aparır.

Kompleks yoxlamalar barədə yaxın günlərdə geniş məlumat veriləcəyi bildirilib.

Görünən budur ki, Vasif Talıbovun Muxtar Respublikadakı 30 illik dəhşətli əməllərini qısa bir müddətdə sonlandırmaq və nizam yaratmaq mümkün deyil. Bu, müəyyən bir müddət tələb edir. Sonunda isə elə faktlar, xainlikləri üzə çıxa bilərmi ki, ona ali rəhbərlik keçmişdəki xidmətlərinə görə heç bir güzəşt etməsin və həbsə alınsın?

DİA.AZ-ın məlumatına görə, siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Vasif Talıbov və övladlarının qandallanması zamana bağlıdır: “Vasif Talıbovun cinayətlərinin açıq şəkildə dilə gətirilməsi, müzakirə olunması onu göstərir ki, proseslər məntiqi sonluğuna çatdırılacaq. Bu həm də hakimiyyətin məsələyə obyektiv yanaşmasını göstərir. Bu qədər dəhşətli hadisələr, xəyanətlər üzə çıxıb, ifşa olunub. Bunlardan sonra Vasif Talıbov azadlıqda qala bilməz. Hesab edirəm ki, Vasif Talıbov mütləq həbsxana qapısı görəcək. Ona hansı maddə ilə ittiham veriləcəyi də maraqlıdır. Əslində Vasif Talıbov vətənə, dövlətə xəyanət maddəsi ilə ittiham olunub qandallanmalıdır. Mümkündür ki, Vasif Talıbov rüşvətxorluq və korrupsiya maddələri ilə cəlb olunsun, bundan sonra ona digər maddələrlə ittiham verilsin”.

Siyasi şərhçi Vasif Talıbovun övladlarının da istintaqa cəlb edilərək həbs olunacaqlarını istisna etmir: “Bu gün əsasən Seymur Talıbovun həbsi, istintaqa cəlb olunması müzakirə mövzusudur. Rza Talıbov da həbs oluna bilər. Çünki Rza Talıbov Seymurdan daha çox xəyanətkarlıq edib. Qardaşlar arasında ilk cinayətlər edən Rza olub. Lakin Seymur daha acgöz olduğundan daha dərin cinayətlər edib. Talıbov qardaşlarının da cəzası həbs olmalıdır”.

Siyasi şərhçi deyir ki, Talıbovların cinayətləri cəzasız qalarsa, dövlətin əsasları sarsılar: “Dövlətin vəzifəsi ədalət prinsiplərini bərqərar etmək, vətəndaşların bir-birinə qarşı cinayətkarlığına son qoymaqdır. Dövlət öz vəzifəsini yerinə yetirməli, qanunlara hörmət etməlidir. Əks halda dövlət sarsıla bilər. Mustafa Kamal Atatürk deyib ki, ”Ədalət mülkün təməlidir". Yəni dövlətin təməli ədalətdir və dövlət ədaləti təmin etməlidir. Hesab edirəm ki, Azərbaycan dövləti imicini qorumaq naminə mütləq Talıbovları cəzalandırmalıdır. Bunların əməlində vətənə xəyanət cinayətinin əlamətləri var. Vətənə xəyanəti dövlət kimsəyə bağışlaya bilməz".

Siyasi şərhçi deyir ki, Vasif Talıbova loyal münasibət sərgilənməsi onun üçün təhlükəli ola bilər: “Bu adam 10 illər ərzində dövlətin gücündən istifadə etməklə insanlaırn bizneslərini çökdürüb, ev-eşiklərini, iş yerlərini dağıdıb, Naxçıvandan nəsillikcə didərgin salıb. Bu gün Vasif Talıbov vəzifədə deyil və dövlətin gücündən istifadə edə bilmir. Vaxtilə həyatlarını zəhərə döndəriyi, alt-üst etdiyi adamlar da 1 deyil, 2 deyil. Bu adamlar küçədə Vasif Talıbovu görsələr, onu dişləri, dırnaqları ilə parçalayarlar. Bu baxımdan da Vasif Talıbovun həyatını qorumaq üçün həbsə göndərilməsi vacibdir. Onun da yaşamaq haqqı var. Dövlət onu həbsə almaqla ədaləti bərqərar etmiş olmaqla yanaşı, onun yaşamaq haqqını da təmin etmiş olacaq. Nə olursa olsun, Vasif Talıbovun da yaşamaq haqqı var. Onu ömrünün axırına qədər bir hücrəyə salıb saxlamaqla yaşamasını təmin etmək olar”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Bu gün, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Bu gün, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58
Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32
AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30
"İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27
Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21
"The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17
"Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14
BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10
"Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07
Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru