DİA.AZ: - Bakı sakini Fərqanə Muradova Baş Prokurora və Daxili İşlər Nazirinə müraciət ünvanlayıb. DİA.AZ bildirir ki, narazı vətəndaş şikayətində "Kapital Bank"da üzləşdikləri qanunsuzluqdan giley edir.
Narazı vətəndaş yazır: "Ayrı-ayrı vətəndaşların kartlarından pul çıxarırlar. "Kapital Bank"ın baş ofisinə şikayət edəndə "Bzilik deyil" deyirlər...
Polis bölməsinə müraciət edəndə məhkəməyə yönləndirir... Axı vətəndaşlar pullarını "Kapital Bank"a əmanət ediblər... Cavabdeh bank olduğu halda niyə məsuliyyətdən yayınır?"
DİA.AZ bildirir ki, narazı vətəndaşın bu gileyinə reaksiya verən sosial şəbəkə istifadəçiləri də anoloji özbaşınalığın qurbanı olduqlarını və eyni zamanda şikayətlərinə baxılmadıqlarını bəyan ediblər.
Məsələ ilə bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...