Bura Qubanın Xaroşa kəndidir. Qubanın mərkəzindən 25 km uzaqlıqda yerləşən kənddə at, eşşək arabalarına tez-tez rast gəlmək olur.
Xaroşa "düzən yer" deməkdir, amma kəndin yolları bunu demir. Əyri-üyrü yollarda getmək tək insanı yorub əldən salmır, elə maşınlar da əldən düşür, yarı yolda qalırlar. Elə, Pərviz Zamanovun maşını kimi.
Ağababa Nağıyevin 67 yaşı var. Bu kənddə doğulub-böyüyüb, yaşlanıb. Deyir, kənddə asfalt üzü görməyib. Müraciətlərinə verilən cavablar da yalnız "növbəti il"dən ibarətdir.
Xaroşa sakinlərini narahat edən təkcə yolsuzluq, maşınları deyil. Nazləddin Zeynalov deyir, ağır xəstələnməkdən qorxurlar, bax onda ümid qalır Allaha.
Quba RİH-dən Toplum TV-yə bildirilib ki, məsələylə bağlı aidiyyatı qurumlara müraciət ünvanlanıb. AAYDA isə kənddaxili yolların icra hakimiyyətinin balansında olduğunu deyib.
Xaroşalılar yol probleminin həllini gözləyirlər, yolun sahibi isə bəlli deyil.