Vətəndaş dərdini kimə deməlidir ki? - NARAZILIQ VAR!
Tarix: 20-09-2023, 11:26 |
Çap et
DİA.AZ: - Qaradağ rayonu Lökbatan qəsəbəsi Bilal Niftəliyev küçəsi bina 27 ünvanında sakinlər dərdlərini kimə deyəcəklərini bilmirlər. DİA.AZ xəbər verir ki, yaşadıqları ünvanda üfunət iyindən boğaza yığıldıqlarını bildirən sakinlər həm də bundan müxtəlif xəstəliklərə yoluxduqlarını da deyirlər.
DİA.AZ bildirir ki, sakinlər binanın zirzəmisinə kanalizasiya sularının axmasından şikayətçidir. Onlar deyir ki, məsələ ilə bağlı müvafiq olaraq "Azərsu"nun yerli idarəsinə müraciət ediblər, amma xeyri olmayıb:
""Azərsu"nun qaynar xəttinə də xəbər etmişik. Baxan yoxdur... Qonaq gələndə xəcalətdən ölürük!"
İddia olunanlarla bağlı dia-az.life olaraq əlaqədar qurum və şəxsləri də dinləməyə hazırıq...