Əmrahovların ipoteka maxinasiyası - İTTİHAM VAR!
Tarix: 29-09-2023, 09:19 | Çap et
 Xatırladaq ki, bir müddət bundan əvvəl Bakıda insanları aldadaraq pul alıb güzəştli şərtlə onlara ipoteka kreditilə ev veriləcəyini vəd edən şirkətlə bağlı polisə şikayət daxil olmuşdu. Şikayətçilərin sayı 30-dan çox idi və vətəndaşlara dələduzluq yolu ilə 250 min manatdan çox ziyan vurulmuşdu. Söhbət Xətai rayonu ərazisindəki Ağ Şəhərin Mərkəzi Bulvar küçəsində fəaliyyət göstərən “Evimiz İpoteka” MMC şirkətindən gedir. “Evimiz İpoteka” MMC şirkətinin təsisçisi Əmrahov Vüqar Rasim oğlu olsa da, ev almaq istəyən vətəndaşlarla müqaviləni qardaşı Əmrahov Ramin Rasim oğlu bağlayırmış. Onun köməkçisi, sənədləri qəbul edən şəxs isə Günel Əmirova olubdu. Həmin vaxtlar sosial şəbəkədə yayılan videodan da göründüyü kimi vətəndaşların polisə şikayətindən sonra Ramin Əmrahov və onun dəstəsi ofisi tərk edərək qaçıblar. Videoda şikayətçi Günel Vəliyeva deyir ki, Ramin Əmrahov mənə dedi ki, sənə 4 faizlə güzəştli ipoteka krediti düşür və məndən 15 min manat pul istədi. Şikayətçi sonra deyir ki, mən pulu Ramin Əmrahova verdim və müqavilə imzaladıq. Alqı-satqıya 2-3 gün qalmış Ramin telefona cavab vermədi, onda bildim ki, bu adam dələduz imiş… Başqa bir şikayətçi Cəlal Şükürovun sözlərinə görə, sözügedən şirkətin rəhbərliyi fırıldaqçılıqla məşğuldur. Cəlal Şükürovun şikayətini olduğu kimi təqdim edirik: “Nişanlıyam, 24 yaşım var. Mənzilə ehtiyacımız olduğu üçün valideynlərimlə birgə “Evimiz İpoteka” MMC şirkətinə üz tutduq. Mənzili anamın adına ipoteka ilə almaq istəyirdik. Çünki müəllimlərə 4 faizlik güzəşt tətbiq olunduğu bildirildi. Anam müəllimədir. Mən öz adıma 8 faizlə ala bilərdim. Fevral ayının 2-də şirkətin direktoru Əmrahov Ramin Rasim oğlu ilə müqavilə bağladıq. 7 min manat ödəniş etdik. Şirkətin təsisçisi Əmrahov Vüqar Rasim oğludur. Ancaq bütün müqavilələri Ramin adlı şəxs bağlayır. Qısası, fevralın 18-dən bu günə qədər həmin şəxs zənglərimizə baxmır. Müqavilə bağladığımız yerə də dəfələrlə baxdıq, ancaq heç kimi tapa bilmədik. Valideynlərinin qapısına gedəndə onlar “bizim belə bir övladımız yoxdur” dedilər. Yəni övladları ilə əlaqəni kəsiblər, həmin şəxs valideynlərinin yanında görəsən o dərəcə hörmətini itiribmi? Sonradan bizə məlum oldu ki, bu şirkət ümumi 30 şikayətçidən təxminən 250 min manata yaxın vəsait mənimsəyib”. Başqa bir şikayətçi Cahid İsmayılov isə deyir ki, güzəştli ipoteka krediti ilə mənzil almaq üçün Ağ Şəhərdəki “Evimiz İpoteka” MMC şirkətindən gedib. Və orada Əmrahov Ramin Rasim oğlu ilə söhbət eləyib, 6 min manat verərək, müqavilə bağlayıb. Sonradan Ramin telefonlara cavab verməyib. Başqa bir şikayətçinin əmisi oğlu Şükürov İlqar bildirir ki, yaxın qohumlarının üç nəfər – Samid, Niyaməddin, Arif ümumilikdə 22 min manat pulu “Evimiz İpoteka” MMC şirkətinin rəhbərinə veriblər. Amma bu günə qədər nə evdən, nə də ki puldan heç bir xəbər yoxdur. Sözün qısası, 30-dan artıq vətəndaşımız dələduz dəstənin qurbanına çevrilibdi. Qeyd edək ki, bu müraciətdən bir müddət sonra Daxili İşlər Nazirliyi lazımi araşdırmalar apardı və vətəndaşlar haqlı olduğu üçün Nizami RPİ-də cinayət işi başlanaraq Ramin həbs edildi. Aktualxeber.az-a daxil olan yeni məlumata görə artıq bir neçə gündür Raminin atası Rasim zərərçəkənlərə zəng edərək təhdid edir ki, şikayətlərini geri götürməsələr oğlu türmədə intihar edəcək və pulları da batacaq. Beləliklə onlar dələduzluğun yeni formasını tətbiq etməyə cəhd edirlər. Əgər vətəndaşlar şikayətçi olmasalar Raminin azadlığa çıxa biləcəyini düşünürlər. Bütün bu oyunlardan hüquq-mühafizə orqanları da xəbərdardır və ümidvarıq ki, tezliklə günahkarlar cəzalanacaq, vətəndaşlara dəyən ziyan da ödəniləcəkdir. Qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber.az//

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|