İnternet dələduzları indi də Mikayıl Cabbarovu HƏDƏFƏ ALDI... - FOTOFAKT
Tarix: 16-10-2023, 09:03 |
Çap et
DİA.AZ: - Gah Prezident İlham Əliyevin adından pul paylayırlar, gah da SOCAR və bu kimi digər ciddi şirkətlərin loqosu altında öz fırıldaqlarına müştəri cəlb etməyə çalışırlar. DİA.AZ bildirir ki, burada söhbət internet üzərindən vətəndaşları dolandırmağa çalışan beynəlxalq miqyaslı dələduz şəbəkəsindən gedir.
Elə bir neçə gün əvvəl Prezident Administrasiyası adından növbəi istifadə cəhdi rəsmən təkzib olundu. Yəni belə bir zərurət yarandı.
Kimlərin adından istifadə etmirlər ki, hətta deputalarımz belə bu şəbəkənin qurbanıdır. Bu dəfə isə növbəti qurban kimi İqtisadiyyat nazirimiz Mikayıl Cabbarov seçilib.
Aydın olanı odur ki, müxtəlif sosial şəbəkələrdəki reklam boşluğundan yararlanan bu dələduzlar qrupu hələ uzun müddətə insanlarımızı "ovlamağa" davam edəcək. Çünki hələ ki, bu prosesə qarşı yalnız XÜSUSİ AÇIQLAMALARLA reaksiya verə bilirik... Maləsəf...
Mövzu diiqqəttimizdədir və mövzu ilə bağlı geniş araşdırma materialımızı yaxxın vaxtlarda təqdim edəcəyik. Bizi izləməyə davam edin... VƏ ƏN ƏSASI bu cür dələduzlara qarşı ayıq-sayıq olun...