2 nömrəli Baza Tibb Kollecində BİR NÖMRƏLİ DƏYİŞİKLİK... GÖZLƏNİLİR!
Tarix: 8-11-2023, 09:57 |
Çap et
Səhiyyə Nazirliyinin tabeçiliyində olan 2 nömrəli Baza Tibb Kolleci ilə bağlı bir sıra islahatlar aparılacağı gözlənilir.
Faktinfo.az xəbər verir ki, 2 nömrəli Baza Tibb Kollecinin təşkilati-hüquqi formasının dəyişərək publik hüquqi şəxsə çevriləcəyinə,kollecdən tibb bacılarının təkimləşdirmə kurslarının alınaraq Azərbaycan Tibb Universitetinin (ATU) idarəçiliyinə veriləcəyinə dair xəbərlər var.
Eləcə də,2024-cü ilin yanvar ayından 2 nömrəli Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva ilə əmək müqaviləsinin uzadılmayacağı,69 yaşlı direktorun digər şəxslə əvəzlənəcəyi ehtimalının çox yüksək olduğu,orada müəyyən islahatların həyata keçiriləcəyi də bildirilir.
Faktinfo.az
Təqdim etdi: DİA.AZ (Ərsoyun Blog'u)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...