Paşinyan Aİ-yə üzvlükdən danışdı .....                     70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? .....                     Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? .....                     İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib .....                     "Bu gün niyə tez parlayanlar tez də sönürlər?" .....                     6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... .....                     Rusiya nüvə silahından istifadə edəcək .....                     Həftəsonu quru sərhədlər AÇILIR? .....                     Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı .....                     4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq .....                     “Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” .....                     Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi .....                     Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... .....                     “Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” .....                     Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi .....                     Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? .....                     Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş .....                     ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb .....                     Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib .....                     Mətbuat katibinin qızı YÖS imtahanında I oldu .....                     “Huner Group” MMC-nin direktoru dəyişdirilib .....                     “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır .....                     Gəncənin yollarını 10 milyon manata bu şirkət .....                     Bakı həbsxanasında .....                     Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu .....                     Həmin rəislər hakim qarşısına çıxarılır .....                     Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib .....                     FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir? .....                     “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib .....                     “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... .....                     Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının .....                     Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... .....                     Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... .....                     Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ .....                     Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə .....                     Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... .....                     Üçüncü Dünya müharibəsi başladı? .....                     Kommunal xidmətlər bahalaşacaq? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir .....                     "Kabinetdə oturanda belə yırtıq yaranır” .....                 

“SAFFİRA PLUS” MMC kimindir ki belə... - İLGİNC İDDİALAR...
Tarix: 8-01-2024, 10:15 | Çap et
“SAFFİRA PLUS” MMC  kimindir ki belə...
Azərbaycanda “Dövlət satınalmaları haqqında” deyilən bir qanun var. Söpzügedən qanunun tətbiq edilməsi barədə Fərman hələ 2002-ci ildə mərhum Heydər Əliyev tərəfindən verilib. Qanunda ara-sıra adəyişikliklər olub. Prezident İlham Əliyevin 29 avqust 2023-cü il tarixli Fərmanı ilə “Dövlət satınalmaları haqqında” yeni qanun təsdiqlənib və 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Bu Qanun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını müəyyən edir.

Amma bu gün elektron media vasitələrində demək olar ki hər gün rastlaşdığımız mövzuların çoxu müxtəlif dövlət qurumları tərəfindən keçirilmiş satınalmalarda yol verilən qanunsuzluqlarla bağlıdır. Bəzi nazirlikliklərdə aparılan kadr dəyişikliklərindən sonra dövlət satınalmalarda şəffaflıq qismən təmin olunub. Amma bir çox icra hakimiyyəti strukturlarında bu qanunsuzluq davam etdirilir. Bəzən gizli şəkildə, bəzən də açıq-aşkar.

Aktualinfo.org bir müddət əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi tərəfindən keçirilmiş satınalmalarda çiddi nöqsanlara, qanun pozuntularına yol verildiyini geniş ictimaiyyətə çatdırmış və aidiyyatı qurumlara təcili tədbirlər görülməsi üçün müraciət etmişdi. Amma dövlət satınalmalarına nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəinki bunun qarşısını aldı, əksinə qanunsuzluqlara yenidən şərait yaratdı. Araşdırılıb, tədbir görülməsi məqsədi ilə Sumqayıt şəhər Prokurorluğuna ünvanladığımız məktub cavabsız qaldı.

Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi də “Dövlət satınalmaları haqqında”qanuna məhəl qoymadan istədiyi kimi tender keçirir, istədiyi şəxsləri qalib elan edir , istədiyi məbləğdə dövlət vəsaitlərini heç kimə bəlli olmayan şirkətlər vasitəsi ilə yaşıllıqların salınması adı altında silir. Bu, dövlət satınalmalarının vahid internet portalında da açıq aydın görünür. Bunun üçün nə mütəxəsis olmağa gərək var, nə də baş sındırmağa dəyməz. Sözügedən qurumun yekunlaşdırdığı son tenderlərdə də bunları görməmək mümkün deyil.

Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi yaşıllıqların salınması işlərinin satın alınması üzrə keçirmiş olduğu daha bir açıq tenderə yekun vurub. Yaşıllaşdırma İdarəsi “SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edib və 279.660 manat məbləğində satınalma müqaviləsi bağladığını 14.12.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.

Qeyd edək ki, Sumqayıtın Yaşıllaşdırma İdarəsi elə həmin gün yaşıllıqların salınması işlərinin satın alınması üzrə “SAFFİRA PLUS” MMC ilə 292.050 manat məbləğində daha bir satınalma müqaviləsi bağladığını elan edib. Birinci müqavilənin şərtlərinə görə podratçı təşkilat satınalan təşkilatı qızıl gül, geran, xına gülü, kanna, ivan – mariya kimi 11 adda dibçəkdə gül ilə və suvarma şlanqı, motorlu ot biçən, bel (düz) kimi təsərrüfat alətləri ilə təchiz etməli, ikincinin şərtlərinə görə isə primula, lakfiola, xalenxoy, xrizantema, alyandra, qərənfil kimi 15 adda 15-25 min ədəd arası dibçəkdə gül ilə təchiz etməlidi.

Göründüyü kimi Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi “SAFFİRA PLUS” MMC ilə bir günün içində eyni lot üzrə iki satınalma müqaviləsi bağlayıb ki, ümumi dəyəri 571 710 manat təşkil edib. Yaşıllaşdırma İdarəsi eyni lot üzrə eyni güllərin alınması üçün “SNS COMPANY” MMC ilə 289.690 manat məbləğində daha bir satınalma müqaviləsi bağlamağı planlışdırır ki, bu barədə 29.11.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.

Hər biri 15-25 min ədəd olmaqla eyni lotlar üzrə iki satınalma müqaviləsi də “FİRE ENGİNEERİNG” MMC ilə bağlanılıb. Bunlardan 293.230 manat məbləğində 26.07.2023-cü il, 293.702 manat məbləğində isə 05.05.2023-cü il tarixlərində bağlanılıb. Səkkiz ay ərzində bağlanılmış bu 5 satınalma müqaviləsinin ümumi dəyəri isə 1 448 332 manat təşkil edir. İndi gəlin görək bu MMC-lər nə işlə məşğuldurlar

Başlayaq “SAFFİRA PLUS” MMC-dən.

Dövlət Verği Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.01.2023-cü il tarixdə 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı SAATLI RAYONU, ƏLİSULTANLI, ƏLİSOLTANLI, ev 1, m. 23, qanuni təmsilçisi kimi isə Fətəliyeva Nurlanə Şahin qızı qeyd olunub.

Bəs Fətəliyeva Nurlanə Şahin qızı kimdi?

Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi tərəfindən yaşıllıqların salınması işləri üzrə mart ayında keçirilmiş dəyəri 293 min 230 manat olan tender müsabiqəsinin qalibi olmuş “4 MM AQRO” (VÖEN- 6701560141) MMC-nin də qanuni təmsilçisi. Hansı ki, araşdırdığımızda məlum oldu ki, “4 MM AQRO” MMC tender müsabiqəsinin başlamasından cəmi 7 gün əvvəl dövlət qeydiyyatına alınıb. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda bu MMC -də “SAFFİRA PLUS” MMC ilə eyni tarixdə, eyni ünvanda dövlət qeydiyyatına alınıblar.

Burada bir məqamı xüsusilə diqqətinizə çatdırmaq istərdik. Bizim də, elektron medianın da 9 mart 2023-cü il tarixdə “4 MM AQRO” MMC-nin Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi olması barədə rəsmi mənbəyə istinadla verdiyimiz məlumatlar bu gün dövlət satınalmalarının vahid internet portalında yoxdu. SİLİNİB. Bilirsinizmi nəyə görə. Çünki, Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin saxtakarlığı burada açıq aydın görsəndi. Cəmi 7 gün əvvəl yaradılmış bir MMC ilə üç yüz min manat çivarında satınalma müqaviləsi bağlamaq nə deməkdi? Satınalmalara nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də məcbur olub məlumatı portaldan sildi. Amma bir neçə aydan sonra həmin şəxsə məxsus eyni gündə, eyni ünvanda qeydiyyata alınmış başqa şirkəti qalib çıxardı.

Digər “FİRE ENGİNEERİNG” MMC- yə gəlincə.

Dövlət Verği Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FİRE ENGİNEERİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.11.2010-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı , BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MİR CƏLAL 4 MKR, ev 68, m. 79, qanuni təmsilçisinin isə Hüseynov İqbal İlqar oğlu olduğu göstərilir.

MMC (VÖEN 2001805261) 02.11.2010-cu il tarixdə dövlət qeydiyyatına alındığında ilk adı “MAGNİT-SS” olub və 19.10.2021-ci ilə qədər bu adı daşıyıb. Həmin tarixdən 07.02.2023-cü ilə qədər “AQUA İNŞAAT” olub. 2023-cü ilin fevral-avqust aylarında “FİRE ENGİNEERİNG” MMC kimi Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi ilə ümumi dəyəri 586 932 manat olan 2 satınalma müqaviləsi bağladıqdan sonra dönüb olub “SM CONSTRUCTİON COMPANY” MMC. İlk qanuni təmsilçisi Səlimov Zakir Səttar oğlu olub.

“SNS COMPANY MMC isə Dövlət Verği Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlar da 30.09.2022-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı isə BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, CAVAD XAN, ev 2, m. 41 də yerləçir. Qanuni təmsilçisi isə Bayramov Müstəqil Füzuli oğludur. Təsisçisi isə Ağayev Zülfi Eyvaz oğlu olub.

Bayramov Müstəqil Füzuli oğlu həm də 22.05.2023-cü ildə dövlət qeydiyyatından keçmiş “QALA ART GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir.

Dövlət satınalmalarının vahid internet portalında 2023-cü ildə Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin satınalma müqaviləsi bağladığı daha iki MMC-nin də adı keçir. Bu müqavilələr də yaşıllıqların salınması işlərinin satın alınması üzrə keçirilib. Portalda 286.032 manat məbləğində bir müqavilənin “EKO-TERMİNAL” MMC ilə 16.06.2023-cü il tarixdə, 289.218 manat məbləğində bir müqavilənin də “VAHİD” MMC ilə 20.02.2023-cü il tarixdə bağlanılması barədə məlumatlar var.

“EKO-TERMİNAL” MMC 10 saylı Ərazi Vergilər İdarəsi 10.03.2015-ci ildə dövlət qeydiyyatına alınıb.Hüquqi ünvanı QƏBƏLƏ RAYONU, VƏNDAM kəndidir. Cəmi 5 manat nizamnamə kapitalı var. Qanuni təmsilçisi isə Əhmədov Xəqani Haqverdi oğludur.

“VAHİD” MMC isə 27.01.2003-cü ildə 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb. 10 manat nizamnamə kapitalı da bu MMC-nin var. Hüquqi ünvanı SAATLI RAYONU, ƏHMƏDBƏYLİ kəndi, qanuni təmsilçisi isə Həsənova Həqiqət Həsən qızıdır. Hələ fevral ayında Mərkəzi Seçki Komissiyasının seçicilərin 2020-ci ilə olan siyahısında Saatlı rayonunun Əhmədbəyli kəndində Həsənova Həqiqət Həsən qızı adında seçicinin olmadığını müəyyən etmişdik. Saatlı rayon İcra Hakimiyyəti başçısının Əhmədbəyli kəndi üzrə İcra Nümayəndəliyindən də kənddə Həsənova Həqiqət Həsən qızı adlı şəxsin ümumiyyətlə olmadığını bildirmişdilər.

Qeyd edək ki, açıq internet resurslarda yuxarıda adları çəkilən MMC-lərin barəsində heç bir məlumat yoxdur. Dövlət qeydiyyatına alınmış hüquqi ünvanlarından da göründüyü kimi hərəsi bir tərəfdə yaradılıb. Ötən il Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin keçirdiyi tenderlərin qalibi olmuş, “ASTROİT” MMC-nin ( SAATLI RAYONU, ƏLİSULTANLI, , ev 170 (Qaçqın və köçkün şəhərciyi) 23 756.06, “ARSENAL-M” MMC-nin ( BİLƏSUVAR RAYONU, BİLƏSUVAR, 10-CU QƏSƏBƏ, ev 336) 66 468.08, “CRATOS-BOOKSTORE” MMC-nin ( SABİRABAD RAYONU, NİZAMİ,) 29 060.07, “VAHİD” MMC-nin (SAATLI RAYONU, ƏHMƏDBƏYLİ, ƏHMƏDBƏYLİ) 2 335 manat vergi borcu var. Bütün bunlar Yaşıllaşdırma İdarəsinin müqavilə bağladığı bütün MMC-lərin qanuni fəaliyyətini şübhə altına almırmı?

Daha əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə ümumiyyətlə məhəl qoymur. Sözügedən qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər müəyyən edilib. Belə ki, həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün podratçıların müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Amma göründüyü kimi Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsində Tender Komissiyasının heç vecinə deyil. Burada hər il eyni qanunsuzluqlar təkrar olunur. Həm də açıq-aşkar. Media orqanlarında, sosial şəbəkələrdə bu kimi hallarla bağlı çoxsaylı yazılanlara baxmayaraq. Görsənən odur ki, İdarə qanunlara açıq -aşkar meydan oxumaqdadı. “Dövlət satınalmaları haqqında” Qanunun tələblərini heçə saymaqdadı.

Bəs buna kimlər rəvac verir? Ən birinci Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov. Sonra da Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Nüseyn Həsənov. Başçının bacısı oğlu olduğu deyilir. Daha sonra da Yaşıllaşdırma idarəsinin rəisi İlyas Həsənov. O da Məcburi Köçkünlər və Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənovun qardaşıdı. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də qanunsuzluqlara yol verənlərin sırasındadı. Yol verilən bütün bu kimi qanunsuzluqlara göz yummaqda şübhəli görsənirlər.

Aktualinfo.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Aİ-yə üzvlükdən danışdı - "50 min imzanın toplanacağına əminəm"
Bu gün, 02:04
70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? - “Cumhuriyet”
Bu gün, 02:00
Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? - NƏ BAŞ VERİR?
Bu gün, 00:37
İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib - Paşinyan
Bu gün, 00:34
"Bu gün niyə tez parlayanlar tez də sönürlər?"
Bu gün, 00:23
6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... - Ermənistan KİV
Bu gün, 00:20
Rusiya nüvə silahından istifadə edəcək – Hədəfdə bu ölkələr var
Bu gün, 00:17
Həftəsonu quru sərhədlər AÇILIR? - AKTUAL
Bu gün, 00:15
Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı - DETALLAR
Bu gün, 00:05
4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
“Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” – Lukaşenko
Dünən, 19:50
Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi - FOTO
Dünən, 19:45
Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 19:02
“Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” - AKTUAL
Dünən, 19:00
Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi
Dünən, 18:58
Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - TƏFƏRRÜAT
Dünən, 18:14
Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı (FOTO)
Dünən, 18:11
ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb
Dünən, 18:06
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 18:03
Mətbuat katibinin qızı YÖS imtahanında I oldu - FOTO
Dünən, 18:01
“Huner Group” MMC-nin direktoru dəyişdirilib - BUNDAN SONRA...
Dünən, 17:56
“Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
Dünən, 17:52
Gəncənin yollarını 10 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Dünən, 17:50
Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:44
Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu - ƏMR
Dünən, 17:42
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
Dünən, 17:40
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Dünən, 17:38
FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir?
Dünən, 17:35
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Dünən, 17:34
“Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
Dünən, 16:38
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
Dünən, 16:32
Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
Dünən, 16:30
Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... - Berlindən bizə düşmən çıxmaz...
Dünən, 16:26
Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ - BUNDAN SONRA...
Dünən, 16:19
Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Dünən, 16:18
Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”
Dünən, 16:05
Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Dünən, 16:01
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir - AÇIQLAMA
Dünən, 15:51
"Kabinetdə oturanda belə yırtıq yaranır” - Rasim Balayev
Dünən, 15:45
Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... - NƏ ETMƏLİ?
Dünən, 15:32
Araqçı və Mirzoyanın intensiv telefon danışığının PƏRDƏARXASI
Dünən, 15:29
“Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
Dünən, 15:22
Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə niyə “Biz qəzəblənirik!”- demir?!
Dünən, 15:19
Ermənistan labirintdədir: Əllər yuxarı... - NƏ BAŞ VERİR?
Dünən, 14:00
"Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 13:58
Daha bir ölkə elan etdi: - “Putinin ordusuna cavab verəcəyik”
Dünən, 13:26
Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb - GƏLİŞMƏ
Dünən, 13:13
“Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir - DETALLAR
Dünən, 13:10
“Boynunda haqqım olan boyunu yerə soxduqlarım yanıma gəlmir” – Meyxanaçı Xəyyam
Dünən, 13:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru