"Sakinlərin dəfələrlə rəsmi müraciətlərinə baxmayaraq..." - NARAZILIQ VAR...
Tarix: 19-01-2024, 11:42 |
Çap et
"Sumqayit şəhər... Corat qəsəbəsi... 2-ci məhəllə Əlaga Vahid kücəsində hələ də acınacaqlı vəziyyət höküm sürür..." Bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Malik Göyçəli adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra bildirir: "Sakinlərin dəfələrlə rəsmi müraciətlərinə baxmayaraq hec bir nəticə yoxdur.
Kücədə su, kanalzatsiya xəttinin olmaması sakinlərə zülm yaşadır. Bir az qar yağan kimi, soyuq olan kimi ışıqlar tez-tez sönür, su gəlmir.
Gölməçələr səbəbindən kücədən keçmək mümkün olmur. Mərkəzə yaxın olan bu kücəyə niyə baxan yoxdur, niyə tədbirlər görən yoxdur?
Bu küçəylə maraqlanan heç kim yoxdur..."
dia-az.life