`İlin Bankı` bu məsələdə də problem yaradır... - ÇARƏSİZLİK...
Tarix: 22-01-2024, 09:07 |
Çap et
"Mən ev almışam 2015-ci ildə. Mənzil "Akkord"un Abşeron Gənclər Şəhərciyində yerləşir..." Bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Rəşid Cəfərov adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Evi kreditlə almışam. Evin birinci ödəyicisinə ilkin ödəniş kimi qanuni natarus yolu ilə 27000 vermişdim. Alqı-satqı müqaviləsində yazılıb ki mən filankəs filankəsdən filan qədər məbləğ ilkin ödəniş almışam və bundan sonra ödəyici filankəs olacaq.
Biz banka o vaxt dedik ki, kredit xətti keçsin adımıza... Dedilər, mümkün deyil.
İndi hal-hazırda kredit xətti birinci götürənin adınadır. Biz ha çalışırıq ABB gah deyir, bu qədər komissiya verilməlidir... sonra deyir, "Akkord"un binasıdırsa, mümkün deyil...
Bizdən qabaqkı ödəyicinin nə rəsmi işi olub, nə də doğru-düzgün ödənişi. Biz isə normal ödənişi edirik.
Axı, ay ABB, səni qane etməyən nədir?
Kredit bankdaxili kreditidir. Dövlət ipoteka krediti deyil.
Mən necə edim krediti adıma keçirim? Sabah evim adına olan adam ölsə nə olacaq?"
dia-az.life