
"Deməli, "Azəriqaz" Gallus Pay və Zenner ripli sayğaclarının kartlarına NFC vasitəsilə ödəniş etməyi mümkün edib. Ancaq di gəl, bu üsulu bir dəfə sınayan şəxs bir daha istifadə etmir". dia-az.life bildirir ki, bunu öz gileyində tanınmış jurnalist Real Cəfərli ifadə edib.
R.Cəfərli daha sonra qeyd edir: "Çünki kartın beyni error verir. Ona görə də yolunu "ASAN Kommunal"a salmaq məcburiyyətində qalırsan.
Təsəvvür edin, işçilər belə bu məsələdə şikayətlərin çox olduğunu, ona görə də dədə-baba qaydasını məsləhət görürlər".
