"Etibar etməyin bu banka..." - ÇAĞIRIŞ
Tarix: 18-03-2024, 09:48 |
Çap et
"Deməli, ABB bank kartında bütün əməliyyatlara 5 azn məbləğində limit qoymuşam və bununla hər şey həll olunur sanırdım. Amma ki 5 manatlıq ödəmə edəndən sonra məndən 10 manat silindi". dia-az.life bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Elmir Babayev adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Çat vasitəsilə əlaqə yaratdım ki, necə olur limitdən artıq pul silinir məndən.
Yola verdilər birbaşa..."
dia-az.life bildirir ki, narazı vətəndaş daha sonra ABB-nin digər müştərilərinə də xitab edir: "Sizlər də limit qoyduqda hər şey həll olunur sanırsızsa, bilin ki ABB hər dəqiqə pulunuzu hesabınızdan silə bilər... Etibar etməyin bu banka..."