Məhkəmə -Hüquq Şurası bu rayonun məhkəməsini yoxlayır .....                     Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi .....                     Ermənistan: ümüdsiz olsa da, silahlanır... .....                     “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı .....                     “İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? .....                     "Golf Group" da ölkədən valyuta vəsaiti çıxarıb .....                     “Ferrum Kapital”ın problemləri .....                     Paşinyanın rədd edilən istəyi: .....                     NATO Baş katibi Ukrayna məsələsini müzakirə etmək üçün ABŞ-a səfər edəcək .....                     Naxçıvan Dəmir Yolları İdarəsində HƏR ŞEY SATILIB... .....                     Güneyli fəal həbs edildi .....                     "Siz kimdən çəkinirsiniz? Fuad Nəcəflidən?" .....                     Dövlət fondu ofis icarəyə götürdü .....                     Taksi şirkətlərinin PUL OYUNU... .....                     Emin Ağalarov qonorarını açıqladı .....                     Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... .....                     "İşlə təmin olunmağıma sevinsəm də, bu sevincim uzun çəkmədi..." .....                     Tərtərdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub .....                     “Nar”dan “Sərfəli cümə” təklifi .....                     Moskva Ukraynaya qarşı yeni silahlar işə salır .....                     Polkovnikin oğlu ev dustaqlığına buraxıldı .....                     Sərkisyan Bakının hədəfində: .....                     “Şeirlərim dərsliklərə düşür, kitablarım hamısı alınıb” .....                     “Lotu Quli”yə “pul atan” “Rafiq Masallinski”nin qulağı kəsildi .....                     "BMT-nin qətnamələrini görməzdən gələn müstəmləkəçilər... .....                     Azərbaycan büdcəsinə neft gəlirləri azalacaq: .....                     “Alim olan da, olmayan da eyni maaş alır” .....                     Ermənistan Qarabağdan gedən erməniləri qoynuna alır .....                     Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında .....                     Naxçıvandakı həbsə İLGİNC REAKSİYA .....                     Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı .....                     Nərimanov İH və “Gold Məkan” yenidən hakim qarşısında .....                     "Vətəndaş A" serialında söyüş açıq formada verilib? .....                     ABŞ səfiri söylədi, İrəvan etiraf etdi .....                     “Səmimi fransız dostluğunun” acı meyvələri .....                     Oğuzda Şəhid ailəsi buna görə narazıdır .....                     Xalq artisti Dubayda belə dincəlir .....                     "Elmi adlara əsaslanan mövcud sistemin ciddi problemləri var" .....                     “Milli azlıqlar hesabatı”nın arxasındakı qara niyyət .....                     Xanəndə Ramiz Bəşirov vəfat edib .....                 

Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR... - YENİ HOQQABAZLIQ...
Tarix: 14-05-2024, 10:05 | Çap et
Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR...
İndiyədək mətbu nəşrlərdə, internet xəbər portallarında Bakı şəhərinin Nizami rayonu ərazisində ağacların, yaşıllıqların məhv edilməsi ilə müşayiət olunan və yerli sakinlərin ciddi narazılığına səbəb olan qanunsuz tikililərə rəvac verilməsi barədə çoxsaylı tənqidi məqalələr dərc olunub. Məqalələrdə qeyd olunur ki, sözügedən ünvanlarda qanunvericiliyin tələbinə görə bina inşa edilməzdən əvvəl ağaclarm ərazidən köçürülməsinə dair Ekologiya Nazirliyinin Ekspertiza İnstitutu rəy verməliydi. Yəni, həmin ağaclar kəsilməli deyil, sadəcə yeri dəyişdirilərək başqa əraziyə köçürülməli, orada qulluğu davam etdirilməliydi. Lakin, yaşıllıqlar başqa əraziyə köçürülmədən məhv edilib.

Bu qəbildən olan məlumatlar, şikayətlər “Dəryaz” qəzeti redaksiyasına da daxil olmaqdadır. Belə ki, məlumatlardan birincisi Nizami rayonu ərazisində Elşən Süleymanov küçəsində şam ağaclarını çıxarılıb yerində obyekt tikilməsi ilə bağlıdır. Videogörüntülərlə qeydə aldığımız həmin yamac yerdə dağ sürüşməsinin qarşısını almaq üçün vaxtilə əkilmiş boybaboy 50-yə yaxın ağac məhv edilmiş, avtotəmir emalatxanası inşa edilmişdir. Emalatxana sırasına ən axırda əlavə edilmək üçün tikilməkdə olan iki boksun sahibinin guya Vətən müharibəsi qazisi olduğu barədə şayiə buraxılmışdır.

Qəribədir ki, yuxarı instansiyalara nə qədər şikayətlər edilsə də, bu mənfi tendensiya qarşısıalınmaz bir prosesə çevrilib. Sanki qanunun ayaq altına atılıb tapdalanmasında maraqlı olan böyük bir şər qüvvə dövlətə, cəmiyyətə meydan oxuyur, onun qarşısında yerli icra hakimiyyətləri də, hüquq-mühafizə və cinayət təqibi orqanları da, məhkəmələr də, bir sözlə, bütün aidiyyəti qurumlar, onların bir-birini əvəzləyən rəhbər vəzifəli şəxsləri də acizdirlər.

Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR...
Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR...



Qazi adı arxasında gizlənmək Nizami rayon rəhbərliyinin həmişəki sınanılmış fəndidir. Halbuki, nə qazinin, nə də şəhid ailəsinin bütün digər vətəndaşların hörmətlə yanaşdığı qanuna tüpürmək, dövlətin və cəmiyyətin maraqlarını tapdalamaq kimi bir imtiyazları yoxdur. Onu da deyirlər ki, emalatxananın əsl icarədarı etiraz edənlərə “mən pulumu vermişəm, kimin hünəri nədi mənim qabağımı kəssin?” deyərək sinəsinə döyür. Dediyi “hünərsiz, gözükölgəli kimciyəzlərin” arasında isə əlbət ki, əlaqədar vəzifəli şəxslər, o cümlədən, RİH, ŞİH-nin yaşıllaşdırma təsərrüfatı, yerli polis, ərazi ekologiya idarəsi və FHN-nin mənsubları nəzərdə tutulur.

50-yə yaxın şam ağacının məhv edilməsi barədə digər fakt Nizami rayonunun Fuad Abbasov küçəsində qeydə alınmışdır. Bildirilir ki, adı naməlum olan sahibkar həmin küçədə yerləşən “Araz Market” mağazası ilə üzbəüz nahiyədə hündürmərtəbəli bina tikmək istəyir.

Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR...

Məlumata görə, tikintiyə maneə törədən ağacın kökündən çıxarılmasına “əsas” yaratmaq üçün onu sındırıb budağını altında dayanmış olan maşının damına atıblar və aidiyyəti qurumlar qarşısında “ağacın zərərsizləşdirilməsinin zəruriliyi” məsələsini qaldırmağa çalışıblar.

Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR...

Lakin avtomobil sahibi əmlakına ciddi ziyan dəymədiyini, ağacın çürük olduğunu heç bir şikayətinin olmadığını deyib. Amma bu o demək deyil ki, sahibkar onun işini axsadan ağacın aradan qaldırılması üçün hiyləgər səylərini dayandıracaq. Yeri gəlmişkən, xatırladaq ki, həmin ünvanda yaşayan sakinlərin dəvəti ilə tikinti ağacların məhv edildiyi əraziyə baxış keçirmişik və qeydə aldığımız video-kadrlarda sağ qalmış həmin ağacın əsla quru olmadığını təsdiqləyən görüntülər vardır.



Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR...

Ağaclar və yaşıllıqlar bir çox hallarda tikinti işlərinə başlamazdan əvvəl elə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitki Mühafizəsi Şöbəsinin işçiləri tərəfindən əvvəlcə budanır, daha sonra isə həmin ərazidə olan bütün ağaclar və yaşıllıqlar məhv edilir. Birliyin əməkdaşlarının tələm-tələsik üzərində budama əməliyyatı apardıqları ağaclar çox keçmədən kəsilir və kəsilən ağacların hesabına boşalan ərazidə ayrı-ayrı şəxslər tərəfindən yeni obyektlər tikilir. Məlum olur ki, “budama” əməliyyatı elə ağacların kəsilməsi və yerinin qabaqcadan sövdələşmə aparılan adamlara, əsasən tikinti şirkətlərinə satılması üçün zəmin hazırlamaq məqsədi daşıyırmış. Doğrudur, arabir olur ki, ictimaiyyətin, medianın böyük təzyiqindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tikintinin aparılmasına maneçilik törədən ağacların və kolların müvafıq rəy alınmadan götürən şəxslər barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edərək Nizami rayon məhkəməsinə göndərir, məhkəmə də həmin şəxslər barəsində cinayət işi açmaq əvəzinə, onları müəyyən məbləğdə cərimələyir. Çünki həmin məhv edilmiş yaşıllıqların və ağacların konkret olaraq sayı və kəsilmə tarixləri dəqiqləşdirilmir, bilərəkdən az göstərilir. Məsələn, məhkəmə öz “humanizmini” belə əsaslandırır: “Ağacların kök qalıqları və gövdələri ərazidə müəyyən edilmədiyindən, həmin ağaclarm diametrlərinin ölçülüb qiymətləndirilməsi mümkün olmamışdır”. Qəribə məntiqdir, deyilmi? Hansı ağackəsən cinayətkar qopardığı ağacın kökünü hadisə yerində saxlayar?

Başqa bir nüansı da nəzərdən qaçırmaq olmaz: ETSN-nin də, Bakı ŞİH-nin də məsul şəxslərinin vəzifəsi yalnız ondan ibarət deyildir ki, yaşıllıqların məhv edilməsi xəbərini alandan sonra hərəkətə keçsinlər, hadisə yerinə gəlib vurulan ziyanın həcmini müəyyənləşdirməklə işlərini bitmiş hesab etsinlər. Hadisə şahidi olan vətəndaş baş verənlərə laqeyd də qala bilər. Lakin ETSN-nin aidiyyəti qurumlarının rəhbər və funksionerlərinin vəzifəsi həm də təhkim olunduqları əraziyə mütəmadi nəzarət etməkdir.

Nizami rayonunda yüzlərlə ağacın qətliamlarının birinə də Arif Mustafayev adlı sahibkara məxsus “Karaev City” tikinti şirkəti qol qoyub.



Şirkətin Kamil Balakişiyev və Şirin Mirzəyev küçələrinin kəsişdiyi yerdə inşa etmək istədiyi “göydələnin” tikilməsi üçün Şirin Mirzəyev 48/52 ünvandakı 3-mərtəbəli binalar sökülməlidir. Problem budur ki, 8-10 mənzilin sakinləri ilə anlaşma əldə olunmayıb. Sakinlərin sözlərinə görə, şirkət onlara ilk əvvəl vəd etdiklərinə əməl etməkdən boyun qaçırıb, cari təklifləri isə onları qane etmir. Hətta şirkət rəhbərliyinin həyasızlığı o həddə çatıb ki, sakinləri mənzillərini tərk etmədiklərinə görə məhkəməyə də verib və onlara müqavimət göstərmələrinin əbəs olduğunu bildirib: “məhkəmədəkilər bizim adamlardı, pulumu verib öz xeyrimə qərar çıxartdıracağam”.

Vətəndaşların dəvəti ilə baş verənlərin “Xəzər” televiziyasında ictimailəşdirilməsi belə vəziyyəti haqqa doğru dəyişməyib.

Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR...

Şikayətlə bağlı qarşı tərəfin mövqeyini öyrənmək cəhdimiz Arif Mustafayevin qeyri-konstruktiv yanaşma nümayiş etdirərək söhbətdən yayınması ucbatından baş tutmadı. O və şirkətin ofisində rastlaşdığımız şəxslərin davranışlarını müşahidə edəndə bizdə elə təəssürat yarandı ki, onlar qətiyyən iş adamlarına xas olan mədəniyyətə malik deyillər.

Eləcə bizə “axır məqsədiniz nədir” sualını verib dururdular. Sanki jurnalistin vətəndaşların hüquqlarının pozulması faktlarına ictimai əhəmiyyətli hesab etməsi, heç bir təmənna güdmədən neqativ halları işıqlandırması onları təəccübləndirirdi.

Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR...

Rayon rəhbərliyinin də olaylara susması, ərazidə yaşayan vətəndaşların təməl hüquqlarından olan mülkiyyət hüquqlarının pozulmasına göz yumması yalnız gözükölgəliklə izah oluna bilər. Ən nəhayət, qeyd olunan neqativ hallarla bağlı suallarımızı mesaj kimi Nizami RİH-nin başçısı cənab Coşqun Cəbrayılova göndərmişik. Cavabı hələ də özünü gözlədir.

Məqalədə adları keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq

Mövzuya qayıdacağıq

Deryaz.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məhkəmə -Hüquq Şurası bu rayonun məhkəməsini yoxlayır - İLGİNC SƏBƏB
Bu gün, 13:03
Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi - FOTO
Bu gün, 12:54
Ermənistan: ümüdsiz olsa da, silahlanır... - AXI NİYƏ?..
Bu gün, 12:51
“İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
Bu gün, 12:42
“İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? - ARAŞDIRILIR
Bu gün, 12:38
"Golf Group" da ölkədən valyuta vəsaiti çıxarıb - DETALLAR
Bu gün, 12:36
“Ferrum Kapital”ın problemləri - Bir gündə eyni məhkəmədə səkkiz iddia qaldırılıb...
Bu gün, 12:28
Paşinyanın rədd edilən istəyi: - Bakıya buna görə gəlmədilər
Bu gün, 12:24
NATO Baş katibi Ukrayna məsələsini müzakirə etmək üçün ABŞ-a səfər edəcək
Bu gün, 12:20
Naxçıvan Dəmir Yolları İdarəsində HƏR ŞEY SATILIB... - İLGİNC FAKTLAR...
Bu gün, 12:18
Güneyli fəal həbs edildi
Bu gün, 12:09
"Siz kimdən çəkinirsiniz? Fuad Nəcəflidən?" - BU NƏDİ BELƏ?..
Bu gün, 12:07
Dövlət fondu ofis icarəyə götürdü - MƏBLƏĞ
Bu gün, 12:01
Taksi şirkətlərinin PUL OYUNU... - necə qorunaq?
Bu gün, 11:58
Emin Ağalarov qonorarını açıqladı - 100 000 avro...
Bu gün, 11:55
Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
Bu gün, 11:52
"İşlə təmin olunmağıma sevinsəm də, bu sevincim uzun çəkmədi..." - NARAZILIQ VAR...
Bu gün, 11:45
Tərtərdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub - FOTO
Bu gün, 11:40
“Nar”dan “Sərfəli cümə” təklifi – 50% endirimlə smartfon əldə et!
Bu gün, 11:34
Moskva Ukraynaya qarşı yeni silahlar işə salır - VİDEO
Bu gün, 11:27
Polkovnikin oğlu ev dustaqlığına buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 11:24
Sərkisyan Bakının hədəfində: - İrəvandan həbs mesajı gəldi
Bu gün, 11:23
“Şeirlərim dərsliklərə düşür, kitablarım hamısı alınıb” - Elza Seyidcahan
Bu gün, 11:07
“Lotu Quli”yə “pul atan” “Rafiq Masallinski”nin qulağı kəsildi - həkimlər zorla xilas edir…
Bu gün, 11:00
"BMT-nin qətnamələrini görməzdən gələn müstəmləkəçilər... ada dövlətlərinin sərvətlərini istismar edir"
Bu gün, 10:58
Azərbaycan büdcəsinə neft gəlirləri azalacaq: - bunun iqtisadiyyata təsiri necə olacaq?
Bu gün, 10:57
“Alim olan da, olmayan da eyni maaş alır” – Deputatdan nazirin fikirlərinə REAKSİYA
Bu gün, 10:54
Ermənistan Qarabağdan gedən erməniləri qoynuna alır - Bitdi bu iş...
Bu gün, 10:52
Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında hər hansı ekstremizm faktı aşkar etməyib
Bu gün, 10:49
Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
Bu gün, 10:48
Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR
Bu gün, 10:36
Nərimanov İH və “Gold Məkan” yenidən hakim qarşısında - BUNA GÖRƏ...
Bu gün, 10:34
"Vətəndaş A" serialında söyüş açıq formada verilib? - Rejissordan CAVAB
Bu gün, 10:33
ABŞ səfiri söylədi, İrəvan etiraf etdi - ŞƏRH
Bu gün, 10:30
“Səmimi fransız dostluğunun” acı meyvələri - bəs “balaca bacını” necə aldada bildin?
Bu gün, 10:25
Oğuzda Şəhid ailəsi buna görə narazıdır - "...ayrıseçkilik edilir"
Bu gün, 10:20
Xalq artisti Dubayda belə dincəlir - VİDEO
Bu gün, 10:12
"Elmi adlara əsaslanan mövcud sistemin ciddi problemləri var" - FAKT BUDUR!
Bu gün, 10:09
“Milli azlıqlar hesabatı”nın arxasındakı qara niyyət - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:04
Xanəndə Ramiz Bəşirov vəfat edib - VİDEO
Bu gün, 10:00
Balıqçılar nazirdən şikayətçi düşüb... - "Qaydalar sərtləşdikcə..."
Bu gün, 09:56
Yediyimizi ZƏHƏRƏ DÖNDƏRİRLƏR... - bu gün mühakimə olunacaq...
Bu gün, 09:51
Ustanı döyən “Chrysler”in sahibinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:41
Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!
Bu gün, 09:38
Zəngəzur dəhlizi sülh sazişindən çıxarılıb? - Görünəni odur ki...
Bu gün, 09:35
Yeni təcavüz planı belə imiş: Sağ qalmaq üçün ayrılmaq... - Şok faktlar ortaya çıxdı
Bu gün, 09:33
Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyülüb - “Azad İran”
Bu gün, 09:26
"Dili korlayan ilk növbədə mövcud akademik mühitdir..." - Akademşəbəkəyə NÖVBƏTİ İTTİHAM
Bu gün, 09:21
“Modern Construction Group”un kapitalından 1.6 milyon manat geri götürüldü
Bu gün, 09:07
İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
Bu gün, 09:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru