Naxçıvanda tenderlərin qalibini BU ŞƏXS MÜƏYYƏN EDİR - BU NƏDİ BELƏ?!
Tarix: 9-08-2024, 09:47 |
Çap et
Naxçıvan Muxtar Respublikasının da öz TENDER İNHİSARÇILARI var imiş. Bu barədə Dia-az.İnfo-ya ötürülən məlumatda deyilir.
Məlumat müəllifi iddia edir ki, hətta konkret şəxs də var ki, ayrı-ayrı dövlət qurumlarının elan etdiyi tenderlərə müdaxilə edərək hansı şirkətin qalib olacağını əvvəlindən diqtə də edir. Yəni bu da o deməkdir ki, Muxtar Respublikada tenderlər formal xarakter daşıyır.
Məlumatı verən məbnə bildirir:
"Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində Tamir adlı şəxs var. Bu gün bütün tenderlər onun diqtəsi ilə yekunlaşır. Hansı şirkətin qalib olacağını o açıqlayır".
Qeyd edək ki, məlumatı verən qaynaq əlavə ididalar da səsləndirib. Müəyyən dəqiqləşdirmədən sonra bu barədə daha geniş məlumatı təqdim edəcəyik. Bizi izləməyə davam edin...