AQTA-nın nəzərinə: Burda insanları ZƏHƏRLƏYİRLƏR... - BU NƏDİ BELƏ?!
Tarix: 13-08-2024, 10:11 |
Çap et
"Dünən "Wolt" vasitəsi ilə "Dinner doner" adlı restorandan (İcərişəhər filialı) 2 ədəd dönər sifariş etdim..." dia-az.İnfo bildirir ki, bu barədə Bakı sakini İnarə İsmayılova şikayətçi düşüb.
Narazı vətəndaş daha sonra yazır:
"Belə bərbad qida hələ görməmişdim. Dönərin əti və inqredientləri o qədər yararsız idi ki, onu nəinki yemək, heç baxmaq belə olmurdu. Ət soyutma şəklində, görünüşü bir kənara, ətin dadı belə gəlmirdi.
Mən yemədim, lakin yoldaşım yedi və zəhərləndi (qaytardı, ishal oldu, axşam istiliyi qalxdı)!!! Bu qədər məsuliyyətsizlik olmaz!!!
Qeyd edim ki 1 ədəd dönər 7 manatdır, bu kifayət qədər məbləğ deyilmi ki ərsəyə keyfiyyətli məhsul gətirəsiz?!!!!
Yoldaşım zəhərləndiyi üçün "qida təhlükəsizliyi"nə (AQTA nəzərdə tutulur -dia-az.life) kimi bildirmişəm!!!"