“Ekol Mühəndislik Xidmətləri” QSC-də qanunsuzluqlara yol verən vəzifəli şəxslər kimə arxalanır - AÇIQ ÖZBAŞINALIQ...
Tarix: 4-09-2024, 11:40 | Çap et
Aktualinfo.org hələ iyul ayının əvvəllərində “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində neftlə çirklənmiş torpaqların təmizlənməsi ilə bağlı geniş məqalə yaymışdı. Məqalədə sözügedən ərazilərdə neftlə çirklənmiş torpaqların təmizlənməsi işlərini “Ekol Mühəndislik Xidmətləri” QSC-nin sifarişləri əsasında həyata keçirildiyini qeyd etmişdik.
Bir daha xatırlatmaq istərdik ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (51%) və xarici investor “Lancer Services S.A.” Şirkətinin (49%) pay iştirakı ilə 01.03.2006-cı il tarixində təsis edilmiş “Ekol Mühəndislik Xidmətləri” QSC 2010-cu ildən başlayaraq paytaxtımızda “Bakı Ağ Şəhər” layihəsinin icrasına qoşulub. Bu nəhəng layihənin iştirakçısı olaraq QSC “Yaşıl ada” ərazisinin köhnəlmiş neft sənaye obyektlərindən neft şlamının çıxarılması, anbarlaşdırılması və ərazidəki neftlə çirklənmiş torpaqların təmizlənməsi işlərini yerinə yetirir. QSC ərazidə neftlə çirklənmiş torpağın çıxarılaraq poliqona daşınmasını, yerinə münbit torpaq doldurub yaşıllıqların salınmasını indi də təmin edir.
Qeyd edək ki, ötən yazılarda keçən il QSC-nin Ağ şəhərdə çirklənmiş torpaqların təmizlənməsini işlərini “EL-85” Məhdud Məsuliyyətli Cəmiyyətinə verdiyini qeyd etmişdik. MMC-nin sözügedən işləri tenderdə udduğunu da yazmışdıq. Lakin dövlət satınalmalarının vahid internet portalında “Ekol Mühəndislik Xidmətləri” QSC-nin sözügedən tenderlə bağlı heç bir məlumat olmadığı da tərəfimizdən aşkarlanmışdı.
Qeyd edək ki, “EL-85” MMC-nin fəaliyyət sferası barədə açıq mənbələrdə heç bir məlumat yoxdu. MMC-nin maddi texniki bazası, işçi qüvvəsi barədə də həmçinin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Lisenziyaların və icazələrin vahid reyestri məlumatlarında MMC-nin tələb olunan lisenziya və icazələri haqqında da heç bir məlumat yoxdu.
Yalnız Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EL-85 Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.10.2022-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, ƏHMƏDLİ ŞTQ, 2-Cİ ZEYTUN SOVXOZU , ev 143, m. 2, qanuni təmsilçisi kimi isə Qasımov Elqayıt Nurəddin oğlu qeyd olunub.
Göründüyü kimi “Ekol Mühəndislik Xidmətləri” QSC 2023-cü ildə bir əvvəl dövlət qeydiyyatına alınmış bir MMC-yə milyonlarla manat dəyəri olan dövlət sifarişi verib ki, bu da qanunla yolverilməzdir. “Ekol Mühəndislik Xidmətləri” QSC satınalma prosedurunda “EL-85” MMC-nin son 5 ildə analoji işlərdəki təcrübəsini, maliyyə və texniki imkanlarını nəzərə almadan müqavilə bağlamışdır ki, nəticəsi göz önündədir.
Redaksiyanın əldə etdiyi məlumata görə “EL-85” Məhdud Məsuliyyətli Cəmiyyəti Ağ şəhərdə çirklənmiş torpaqların təmizlənməsini işlərini heç də yüksək səviyyədə həyata keçirməyib. Hazırda MMC-nin təmizləyərək üstünü torpaqla örtdüyü yerlərdən yenidən neft tullantıları çıxır ki, bu da məcburən dənizə axıdılır. Bu isə ərazidə çirklənmiş torpaqların yenidən təmizlənməsini tələb edir. Bütün bunları Ağ şəhərdə, Bakı Mariott Hotelin ətrafında həyata keçirilmiş işlərdən görmək olar. Redaksiyamıza yeni verilən fotofaktlarda isə “EL-85” Məhdud Məsuliyyətli Cəmiyyəti Ağ şəhərdə çirklənmiş torpaqların təmizlənməsini işlərini heç də yüksək səviyyədə həyata keçirmədiyini bir daha sübut edir.
Verilən məlumatlarda həmçinin bildirilir ki, “EL-85” MMC nin heç bir texnikası yoxdur. MMC ağır tonnajlı yük avtomobillərini icarəyə götürür ki, bu da artıq vəsaitin xərclənməsinə gətirib çıxarır. Bundan əlavə avtomobillər çox vaxt məqsədli şəkildə yükü az doldurur ki, bu da gün ərzində 5 reys əvəzinə 10 reys etməsinə gətirib çıxarır ki, buradan da əlavə pullar yazılır. Göründüyü kimi “Ekol Mühəndislik Xidmətləri” QSC ilə “EL-85” MMC-nin bu işbirliyinin arxasında külli miqdarda dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması dayanır. Redaksiyamıza yeni verilən fotofaktlarda isə “EL-85” Məhdud Məsuliyyətli Cəmiyyəti Ağ şəhərdə çirklənmiş torpaqların təmizlənməsini işlərini heç də yüksək səviyyədə həyata keçirmədiyini bir daha sübut edir Buna baxmayaraq“Ekol Mühəndislik Xidmətləri” QSC Pirallahı rayonunda 45 hektar neftlə çirklənmiş torpaqların təmizlənməsi işləri üzrə keçirdiyi tenderdə yenidən “EL-85” MMC-ni qalib seçib və 3 milyon manatdan çox dəyəri olan müqavilə bağlayıb. Sual yaranır. Əgər bu MMC Ağ şəhərdə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirə bilməyibsə belə böyük həcmili bir işi bir daha sözügedən şirkətə həvale etmək nə dərəcədə doğrudur? Qeyd edək ki, artıq “EL-85” MMC-nin Pirallahıda gördüyü işlərlə bağlı redaksiyamıza video və foto faktlar daxil olub. Bu fotofaktlar bir daha sübut edir ki, “Ekol Mühəndislik Xidmətləri” QSC “EL-85” MMC-ni heç də neftlə çirklənmiş torpaqların yenidən təmizlənməsinə işlərinə deyil, tamamilə başqa işlərə cəlb edib. Qeyd edək ki, 2023-cü ilin oktyabr ayına qədər “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru Ramil Əliyev olub. Sözügedən tarixdən şirkətə rəhbərlik müvəqqəti olaraq Rəşad Mustafayevə həvalə olunub. O, bundan əvvəl “Cənub Qaz Dəhlizi” QSC-nin Baş direktorunun müavini olub və “Ekol Mühəndislik Xidmətləri”ndə hələ ki, Baş direktorun müşaviri vəzifəsinə gətirilib. Amma əldə etdiyimiz məlumata görə “Ekol Mühəndislik Xidmətləri” QSC-də bütün layihələrin həyata keçirilməsində son söz Daxili Nəzarət İdarəsinin rəisi Orxan Ələkbərovdadır. Çünki Orxan Ələkbərovun arxasıda ötən ilin iyulunda SOCAR-ın vitse-prezidenti təyin olunmuş Əfqan İsayevin dayandığı bildirilir. Qeyd edək ki, Əfqan İsayev buna qədər “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru olub. SOCAR-da vitse-prezidenti təyin olunduqdan sonra “Cənub Qaz Dəhlizi” QSC- də müavini olmuş Rəşad Mustafayevi “Ekol Mühəndislik Xidmətləri” QSC-yə müşavir təyin edib. Göründüyü kimi Əfqan İsayevin kadrları, Rəşad Mustafayev və Orxan Ələkbərov “Ekol Mühəndislik Xidmətləri” QSC-də özbaşınalıqlar edir, istədiyi kimi tenderlər keçirir, istədikləri şirkəti qalib çıxarırlar. Əfqan İsayev isə ekoloji idarəetmə sistemimizin yenilənməsi ilə bağlı açıqlamalar verir. Araşdırmalarımız davam edir və bir sıra aidiyyatı qurumlardan “EL-85” MMC-nin fəaliyyəti ilə bağlı münasibət öyrənib mövzuya daha ətraflı bir daha qayıdacağıq. Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
|