"Naxçıvan “canişinliyi” kimin yolu ilə gedir? Paşinyan bizimlə 4 il əvvəl 9 noyabr Bəyanatı imzalayıb indi yerinə yetirmir. Naxçıvan Təhsil Nazirliyi isə ilyarım əvvəl bir müəllimə ilə Barışıq sazişi bağlayıb, indi müxtəlif bəhanələrlə onu yola verir. Mən anlamadım, bunlar kimin “canişin”ləridir – Sözü saziş qədər etibarlı olan Azərbaycan prezidentinin, yoxsa..." Dia-az.İnfo xəbər verir ki, bunu öz etirazında tanınmış jurnalist Heydər Oğuz ifadə edib.
Yuxarıdakı fotodəlilləri təqdim edən jurnalist daha sonra yazır:
"Ötən il may ayında dərs saatlarının kəsilməsinə etiraz edən Səriyyə Qəmbərova ilə Naxçıvan şəhər Təhsil şöbəsi arasında barışıq sazişi imzalanıb. Naxçıvan Mediasiya Təşkilatında bağlanan sazişə əsasən, müəllimənin dərs saatları bərpa olunacaqdı. Müəllimənin iddiasına görə, Naxçıvan şəhər Təhsil şöbəsi onu aldadıb və öz üzərinə düşən öhdəliyi yerinə yetirməyib".
Dia-az.İnfo xəbər verir ki, naxçıvanlı müəllimə Səriyyə Qəmbərova artıq Muxtar Respublikanın Təhsil nazirini məhkəməyə verib.