BAKIDA "PORSCHE" SAHİBİ 3000 MANAT ZİYANA DÜŞDÜ
Tarix: 17-10-2013, 11:56 | Çap et
Son vaxtlar yanacaqdoldurma məntəqələrinin əksəriyyətində vətəndaşların aldadılması demək olar ki, adi hala çevrilib. Bəzi hallarda yanacaq göstərilən standarta cavab vermir, yaxud avtomobilin çəninə alıcının ödədiyi məbləğə uyğun miqdardan az yanacaq vurulur. Bəzi hallarda isə yanacaqdoldurma məntəqələrinin operatorları sürücülərin sifariş etdikləri yanacağı yox, başqa markalı yanacağı çənə doldururlar. Dəfələrlə bu kimi neqativ hallarla rastlaşmışıq. Aidiyyəti dövlət qurumları, əsasən də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanacaqdoldurma məntəqələrində belə halların qarşısının alınması məqsədilə müxtəlif monitorinqlər aparsa da, problemlər azalmaq bilmir. Hazırda yanacaqdoldurma məntəqələrinin bir çoxunda yanacağın keyfiyyəti standartların tələblərinə uyğun deyil. Həmin yanacaqdoldurma məntəqələri yanacağa qatqılar qatırlar, müxtəlif kimyəvi elementlər qataraq yaxud da yanacağa qatılan «oktan» ədədini artırırlar. Məsələn, yanacaq 93 markadırsa, 95 yazırlar. Ölkənin ən böyük şirkətlərindən biri olan «Azpetrol Ltd» MMC-nin də yanacaqdoldurma məntəqələrində müxtəlif çatışmazlıqlar müşahidə olunmaqdadır. İlk öncə onu qeyd edək ki, şirkət 1997-ci il iyulun 15-də Bakı şəhərində ilk yanacaqdoldurma məntəqəsinin istismara verilməsi ilə fəaliyyətə başlayıb. MMC-nin əsas fəaliyyəti yanacağın pərakəndə və topdan satışını yanacaqdoldurma və qazdoldurma məntəqələri şəbəkəsi vasitəsilə həyata keçirməkdən ibarətdir. Hazırda şirkətin ölkənin əksər iqtisadi zonalarınıəhatə etməklə 76 yanacaqdoldurma (YDM) və 5 qazdoldurma məntəqəsi (QDM) fəaliyyət göstərir. Ötən gün əldə etdiyimiz məlumatlara görə, MMC-nin Mərdəkan qəsəbəsində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsində bəzi fırıldaqlar üzə çıxmaqdadır. Bu barədə danışan mənbə bildirir ki, yanacaqdoldurma məntəqəsinin rəhbərliyi və operatorları avtomobil sahiblərini aldatmaqla məşğuldurlar: «Məntəqədə satışa çıxarılan benzinin keyfiyyəti istənilən səviyyədə deyil. Benzinin və dizelin tərkibinə müxtəlif maddələr qatıldığından avtomobillərin motor hissəsində problemlər yaranır. Dünən Mərdəkandakı «Azpetrol»dan «Porshce Panamera» markalı avtomobilinə 95 markalı benzin vuran vətəndaş problemlə üzləşib. Yanacaq çənini son litrinə kimi dolduran sürücü avtomobili bir neçə yüz metr idarə etdikdən sonra motorda nasazlıq hiss etməyə başlayıb. Dərhal servis xidmətinə məlumat verib. Xidmətin əməkdaşları avtomobilə baxış keçirdikdən sonra bu qənaətə gəliblər ki, «Azpetrol»da vurulan yanacaq keyfiyyətsiz olub və motoru sıradan çıxarıb. Yanacaqdoldurma məntəqəsinin fırıldağı üzündən avtomobil sahibi 3 min manat ziyana düşüb. Sürücü bu məsələ ilə bağlı YDM rəhbərliyi ilə nə qədər mübahisə etsə də, qarşı tərəf ittihamları qəbul etməyib. Günah fakt «Azpetrol»da olduğu halda, onlar özlərini təmizə çıxarmağa çalışırlar. Şirkətin keyfiyyətsiz yanacaqları onlarla sürücüyə eyni problemləri yaşadıb. Etibardan sui-istifadə edən MMC rəhbərliyi keyfiyyətsiz yanacağı satışa çıxarıb sürücüləri əlavə xərcə salırlar. Əvəzində isə heç bir kompensasiya ödənilmir». Məsləhət görərdik ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, o cümlədən ARDNŞ rəsmiləri «Azpetrol Ltd» MMC-nin yanacaqdoldurma məntəqələrində müvafiq araşdırmalar aparıb keyfiyyətsiz yanacağı satışa çıxaran şəxsləri cərimələsinlər. Sonda MMC-nin baş direktoru Hüseynağa Rəhimovdan xahiş edirik ki, şirkətin Mərdəkandakı yanacaqdoldurma məntəqəsinin fəaliyyətini nəzarətə götürsün. Qarşı tərəf münasibət bildirmək istəsə, dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|