MİKAYIL CABBAROV NƏDƏN ZAKİR HƏSƏNOV KİMİ İSLAHAT APARMADI?
Tarix: 31-10-2013, 08:59 | Çap et
ƏYALƏTDƏKİ DURUM BUNU ZƏRURİ EDİRMikayıl Cabbarov təhsil naziri təyin ediləndən sonra bölgələrin təhsil sistemində elə də ciddi islahatlar aparılmadı. Sabiq nazir Misir Mərdanovun dönəmində vəzifəyə gələn bəzi Rayon Təhsil Şöbələrinin (RTŞ) müdirləri heç bir cəzaya məruz qalmadan işlərini davam etdirməkdədirlər. Qeyd edək ki, nazir dəyişəndə bəzi şöbə müdirləri əl-ayağa düşüb vəzifələrini itirəcəklərindən ehtiyat etmişdilər. Ancaq gənc nazirin əyalət təhsilinə istənilən səviyyədə diqqət ayırmaması nəticəsində bu sahədə mövcud olan problemlər öz aktuallığını qoruyub saxladı. Ölkə rəhbərliyi tərəfindən regionlarda təhsil sisteminin inkişaf etdirilməsi məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilsə də, fəaliyyəti başdan-başa qüsurla zəngin olan bəzi vəzifə sahibləri bu etimadı doğrultmurlar. Onlar yaradılan şəraiti düzgün qiymətləndirməyərək bu sahəyə yad olan meyllərə müraciət edirlər. Şirvan düzünün şimal-qərbində yerləşən Ağdaş rayonunun təhsil sistemi haqqında da xoş sözlər söyləmək çox çətindir. Məlumat üçün söyləyək ki, rayonda 68 ümumtəhsil məktəbi və 3 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərindən 41-i tam orta, 18-i ümumi orta, 9-u ibtidaidir. Həmçinin Ağdaşda M.Şeyxzadə adına Texniki, Təbiət və Humanitar təmayüllü Gimnaziya, Uşaq Yaradıcılıq Mərkəzi, Uşaq Gənclər Şahmat Məktəbi və Uşaq Gənclərİdman Məktəbi də fəaliyyət göstərir. Rayon Təhsil Şöbəsinin müdiri isə artıq bu vəzifədə «əbədilik» qazanmış Lütvi Paşayevdir. Onun fəaliyyətinə yaxından bələd olan məlumatlı şəxs bizə olduqca ilginc informasiyalar çatdırıb. Mənbənin sözlərinə görə, Ağdaşda mövcud olan təhsil ocaqlarında qanunsuzluğun pik nöqtəyə çatması birbaşa şöbə müdirinin adı ilə bağlıdır: «Lütvi Paşayev təhsil şöbəsinə müdir keçəndən sonra Ağdaşda təhsilin səviyyəsi çox aşağı düşüb. Rayonun orta ümumtəhsil məktəblərində normal təhsil verilmir. Müəllimlərin yetərli hissəsi dərsə vaxtlarını keçirməyə gəlirlər. Şöbə müdiri fəaliyyət göstərdiyi neçə il ərzində çoxlu qanun pozuntularına imza atıb. Keçmiş nazir Misir Mərdanovun kadrı kimi məşhur olan şöbə müdiri bəzi məktəb direktorlarını və müəllimləri nəyinsə müqabilində işə götürüb. Bu direktorlar isə vəzifəyə gələ bilmək üçün verdiklərini şagirdlərin hesabına çıxarırlar. Rayon mərkəzində yerləşən məktəblərdə hər ay təmir və digər işlər adı ilə pul yığılır. Təhsil şöbəsinin müdiri bu məsələlərdən xəbərdar olsa da, direktorları cəzalandırmır». Məlumatda bildirilir ki, Təhsil Nazirliyi tərəfindən Ağdaş məktəblərinə pulsuz dərsliklər göndərilsə də, bəzi müəllimlər yeni dərs ili başlayan kimi birinci və ikinci sinif sagirdlərinə dərs vəsaitlərini pulla satıblar. Valideynlər bununla bağlı Təhsil Şöbəsinin müdirinə şikayət ediblər: «Şöbə müdiri isə dərs vəsaitlərinin pulla satılmasından xəbərsiz olduğunu deyib. Əslində isə direktorun hər şeydən xəbəri var. Belə ki, müəllimlərə bu göstərişi şöbə müdiri şəxsən özü verib. Heç bir müəllim, yaxud direktor onun icazəsi olmadan nəysə edə bilmir. Məndə olan məlumata görə, geridə qalan yay tətili ərzində rayonda bəzi məktəblərin təmir olunması məqsədilə dövlət büdcəsindən vəsait ayrılıb. 2011-2012-ci dərs ilinə hazırlıqlaəlaqədar məktəblərin əsaslı və cari təmiri üçün yerli büdcədən 35 min 200 manat ayrılıb. Bu dərs ilinə hazırlıq məqsədilə isə qeyd olunan rəqəm iki dəfə artıq olub. Lakin həmin məbləğ şöbə müdirinin rəhbərliyi altında təyinatdan kənar işlərə sərf edilib. Şeyxzadə adına gimnaziya, 7 saylı şəhər, Qəsil kənd tam orta, Zeynəddin kənd ümumi orta, Aşağı Qəsil kənd ibtidai məktəblərində bir neçə il əvvəl əsaslı təmir işləri görülüb. Təmirin üstündən az vaxt keçsə də, məktəblər pis günə düşüb. Çünki təmirə ayrılan pulların çoxu mənimsənilib. Şöbə müdirinin yaşı çox olsa da, vəzifədən getmək istəmir». Deyilənə görə, RTŞ müdiri rayonda fəaliyyət göstərən 3000-ə yaxın müəllimi başqa-başqa işlərə məcbur edir: «Şöbə müdiri rayonda aparılan quruculuq-abadlıq işləri üçün hər müəllimin maaşından ayda müəyyən məbləği tutur. Və bildirir ki, bunu Rayon İcra Hakimiyyətindən istəyiblər. Halbuki, icra hakimiyyəti təhsil şöbəsinin müdirindən bu cür istəklərdə bulunmur». Hesab edirik ki, bu qədər fakt bəs edər.İndiəsas iş Mikayıl Cabbarova qalır. Nazir RTŞ müdirinin fəaliyyəti ilə maraqlanıb onun barəsində lazımi ölçü götürməlidir. Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|