Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb .....                     Paşinyan COP29-da iştirak üçün dəvət alıb .....                     ABŞ-ın məşhur biznes jurnalı “Fortune”də məşhur azərbaycanlı İŞ ADAMI... .....                     DEM partiyasının baş ofisinə hücum olub .....                     Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir .....                     Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib .....                     “Avropa liderləri İlham Əliyevdən dərs almalıdırlar" .....                     DİQQƏT! Avtomobil suya düşərsə, necə xilas ola bilərik? .....                     “Sabah”ın afrikalı uşaqlarının İsveçrə macərası: Azərbaycan futbolunu kimlər biabır edir? .....                     Sülh sazişini bu formada imzalamağa hazırıq .....                     "COP29 Azərbaycanın dünya əhəmiyyətli dövlətə çevrildiyini göstərir" .....                     “İdarə rəhbərinin bizi görməyə gözü yoxdur...” .....                     Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb .....                     Həm maaş, həm də pensiya alan deputatlar .....                     Qonşu ölkədə dollar kəskin bahalaşdı .....                     Xankəndidə ölən erməni qadının qızı: “Bura gətirə bilmədik” .....                     Bakıya getməyə məcburuq .....                     Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var .....                     Payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir .....                     "Hüseynoglu Residence" YAŞILLIĞA QƏNİM KƏSİLİB .....                     BRİKS Qlobal Cənub üçün "yapışdırıcı" ola bilər .....                     Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: .....                     Aİ Rusiya əleyhinə sanksiyaları gücləndirir: .....                     “Ermənistan və Türkiyə nümayəndələrinin görüşü olacaq” .....                     Saleh Məmmədovun müşavirinin oğlu da ölkədən pul çıxarıb? .....                     Tuneldə ölən Elnurun ailəsi fəryad edir: Günahkarlar cavab versin! .....                     Təbrizdə divarlara bu cümlələr yazıldı .....                     Tehran-İrəvan uçuşları Təbrizdən həyata keçiriləcək .....                     Qarabağ separatçısı bəraət aldı .....                     “Çalışırlar yuxarıdakıların xoşuna gəlsin, amma…” .....                     Nazim Quliyevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb .....                     İki ildir pensiyasından qanunsuz olaraq PUL TUTULUR... .....                     Qərbin Bakıya yeni hücumları: bu dəfə COP29 hədəfdədir .....                     Dönərlərin təhlükəsizliyinin SÜBUTU .....                     Suvarma suyuna görə alınan rüşvət üçqat artırılıb .....                     Etibar Məmmədov 50 millyondan şox soydaşımızın yaşadığı İranın bombalanması ehtimalından danışdı... .....                     “Özünü Aygünə oxşadır” deyənlərə Xatundan REAKSİYA .....                     Əliyev-Paşinyan dialoqu BRICS-ə damğa vurub .....                     “Avtoqol”la uduzanlar… .....                     2024-cü ildə dünya superdövlətləri: .....                 

ABŞ AZƏRBAYCANI SAVAŞ FİKRİNDƏN DAŞINDIRACAQMI?
Tarix: 31-10-2013, 09:28 | Çap et
ABŞ AZƏRBAYCANI SAVAŞ FİKRİNDƏN DAŞINDIRACAQMI?
AZƏRBAYCAN SAVAŞ HAQQINI ƏLDƏ EDƏ BİLMƏSİ ÜÇÜN YOLLAR AXTARIR

DİA.AZ: - Məlum olduğu kimi, artıq yeni nazirlər öz komandalarını formalaşdırma yolunda ciddi addımlar atırlar. Bu əsnada daha çox nəzərə çarpanı yeni müdafiə naziri Zakir Həsənovun həyata keçirdiyi dəyişikliklərdir. Bildirək ki, Zakir Həsənov illər ərzində kabinet generallarına çevrilmiş fiqurları bir-birinin ardından görəvdən alması ilə onun barəsində deyilən HÜCUM NAZİRİ ünvanını da doğrultmaqdadır.

Çünki «vurulan»ları əvəzləyənlərin demək olar ki, hamısının döyüşçü keçmişi var və hətta Ukraynada Müdafiə Nazirliyinə geri çağrılan general-mayor Aleksandr Vasyakı belə Azərbaycanda bir döyüşçü kimi yaxqı unutmayıblar. Xatırladaq ki, Aleksandr Vasyak Müdafiə Nazirliyinin Daxili təhlükəsizlik İdarəsinin rəisi postuna təyin edilib. Hər halda belə bir mühüm postun qeyri-azərbaycanlıya həvalə edilməsi həm Vasyaka olan etimadın göstəricsidir və həm də Vasyakın Azərbaycandakı xidmətlərinin mükafatıdır. Ən azından ilkin olaraq anlaşılanı budur.

Əsas məqamlar isə tamam fərqlidir ki, bu barədə də artıq düşmən Ermənistanda gərəkən təəssürat formalaşmaqdadır. İlk günündən Zakir Həsənovun təyinatını Azərbaycanın müharibə tədarükü kimi qiymətləndirən düşmən ermənilər demək olar ki, bütün mövqelərdə bu dəyişikliyə münasibət bildiriblər. Kabinet generallarının döyüşçülərlə əvəzlənməsini şərh edən düşmən tərəfin yekdil qənaəti budur ki, cəbhə xəttində Azərbaycan ordusu fəallaşacaq. Və bunun yetərincə əsasları da var.

Xatırladaq ki, DİA.AZ olaraq hələ Zakir Həsənov müdafiə naziri postuna təyin edilməmişdən əvvəl Azərbaycanın öz torpaqlarını hərb yolu ilə azad etməyə yaxın olması barədə faktları diqqətinizə təqdim etmişdik. Əslində burada elə bir ciddi münəccimliyə də ehtiyac yox idi. Və haqlı olaraq britaniyalı ekspertlərdən biri Bakıdakı hərbi paradı seyr etdikdən sonra belə bir fikir də işlətmişdi: «Azərbaycan bu silahlarla gül dərməyə gedənə oxşamır»…

Bu isə o demək idi ki, artıq özünün hərbi potensialını kifayət qədər gücləndirməyə müvəffəq olmuş rəsmi Bakının hər il dövlət büdcəsindən milyardlarla dolları məhz silahlanmaya sərf etməsi hansısa mühüm məqamın tədarükü kimi qiymətləndirilməlidir. Həmin mühüm məqam isə SAVAŞDIR - Azərbaycanın öz torpaqları naminə başlayacağı müqəddəs SAVAŞ!

Bununla bağlı redaksiyamıza hərbi mənbələrdən ötürülən informasiyalarda da qeyd olunur ki, artıq Dağlıq Qarabağ probleminin həlli missiyasını guya ki, öz üzərlərinə götürmüş beynəlxalq təşkilatlar da rəsmi Bakının müharibə tədarükündən əndişə keçirməyə başlayıblar. Məlumatdı mənbənin söylədikləri:

«Bu barədə rəsmi Bakıdan açıq şəkildə izahat belə istənilib. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Bakıya nəzərdə tutulan səfərinin əsas məqsədi də bundan ibarətdir. Çünki Azərbaycanın savaş tədarükü və geniş miqyaslı hərbi əməliyyatların bərpası haqda ehtimalların yüksək olması bu sülh göyərçinlərini də narahat etməkdədir.

Lakin Azərbaycanın başqa bir çıxış yolu qalmayıb. Bunu rəsmi Bakı da gözəl anlayır. Və bu gün Azərbaycanın mövqeləri elə bir səviyyədədir ki, Qarabağın azadlığı naminə bazarlığa belə gedə bilir. Halbuki dünənə qədər Azərbaycan Qarabağla bağlı hansısa bazarlığı xəyalından belə keçirə bilmirdi.

Ən azından bu gün ruslar Azərbaycanı Avrasiya Birliyində görə bilmələri üçün 1 aylıq müharibəni sakitcə seyr edə bilərlər. Elə ruslarla yollaşmaması naminə rəsmi Bakının hərbi əməliyyatları bərpa etməsinə Qərb də bir o qədər müddətlik quru bəyanatlarla müşahidəçi mövqeyində qala bilər. Və bu şərait artıq yetişib».

Mənbəmiz iddia edir ki, müdafiə nazirliyiində həyata keçirilən bütün dəyişikliklər məhz savaş tədarükünə xidmət edir: «Bunu görməmək üçün kor olmaq lazımdır. Azərbaycan artıq öz torpaqlarını azad etmə qüdrətini özündə hiss edir. Kimlərəsə bu gün İlham Əliyevin qələbəsinin Obama tərəfindən tanınmaması rəsmi Bakının mövqeyinin zəifliyi kimi görünsə də, reallıqda mənzərə tamam fərqlidir. Bağlı qapılar arxasında gedən söhbətlərdən xəbəriniz varmı? Bilirsinizmi ki, Azərbaycanda bu vaxta qədər bütün hakimiyyətlər məhz Qarabağ problemi ilə bağlı oyunlar səbəbindən yıxılıb? Və bu gün Qarabağ uğrunda savaş qərarı verən Azərbaycan hakimiyyətinə qarşı olan basqılar da məhz müharibənin önlənməsi üçündür?

Bu gün normalda İlham Əliyev iqtidarı ABŞ başda olmaqla, Qərbi qane edir. Amma Obama seçkilərin nəticələrini tanımırmış kimi davranır. Sizcə, bu, demokratikləşmə naminə atılan addımdır? Təbii ki, yox».

Mənbəmizə görə, Azərbaycanı öz torpaqlarını savaş yolu ilə azad etməsi fikrindən daşındıra bilməsi üçün Qərbin təzyiqləri hələ bundan sonra da davam edəcək: «Ruslarla dil tapmaq Bakı üçün daha asanlaşıb. Hər halda, Qarabağ naminə müəyyən müddətə özümüzü Avrasiyada hiss etsək, indiki halımızdan fəna olmaz».









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb - FOTO, VİDEO
Bu gün, 16:21
Paşinyan COP29-da iştirak üçün dəvət alıb - Ermənistan XİN
Bu gün, 16:19
ABŞ-ın məşhur biznes jurnalı “Fortune”də məşhur azərbaycanlı İŞ ADAMI... - FOTO
Bu gün, 16:17
DEM partiyasının baş ofisinə hücum olub
Bu gün, 15:04
Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir - Başqa yolu yoxdur...
Bu gün, 14:00
Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib
Bu gün, 13:58
“Avropa liderləri İlham Əliyevdən dərs almalıdırlar" - Rusiyalı politoloq
Bu gün, 13:56
DİQQƏT! Avtomobil suya düşərsə, necə xilas ola bilərik? - Ekspert AÇIQLADI
Bu gün, 13:50
“Sabah”ın afrikalı uşaqlarının İsveçrə macərası: Azərbaycan futbolunu kimlər biabır edir? - FOTOLAR
Bu gün, 13:42
Sülh sazişini bu formada imzalamağa hazırıq - Qriqoryan
Bu gün, 13:39
"COP29 Azərbaycanın dünya əhəmiyyətli dövlətə çevrildiyini göstərir" - Vüqar Oruc
Bu gün, 13:33
“İdarə rəhbərinin bizi görməyə gözü yoxdur...” - NARAZILIQ VAR...
Bu gün, 13:30
Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb - SƏBƏB
Bu gün, 13:16
Həm maaş, həm də pensiya alan deputatlar - SİYAHI
Bu gün, 13:09
Qonşu ölkədə dollar kəskin bahalaşdı – Azərbaycanı nə gözləyir?
Bu gün, 13:01
Xankəndidə ölən erməni qadının qızı: “Bura gətirə bilmədik” - "Bir müddətdir anamla danışmırdım"
Bu gün, 12:59
Bakıya getməyə məcburuq - Erməni jurnalist
Bu gün, 12:57
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:55
Payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir - VİDEO
Bu gün, 12:53
"Hüseynoglu Residence" YAŞILLIĞA QƏNİM KƏSİLİB - cəzasız qalmadı...
Bu gün, 12:51
BRİKS Qlobal Cənub üçün "yapışdırıcı" ola bilər - İndoneziya xarici işlər naziri
Bu gün, 12:47
Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: - “Apple" və “NVIDIA”ya yatırımlar kəskin artıb
Bu gün, 12:42
Aİ Rusiya əleyhinə sanksiyaları gücləndirir: - ABŞ-da siyasət dəyişikliyi gözlənilir
Bu gün, 12:37
“Ermənistan və Türkiyə nümayəndələrinin görüşü olacaq” - “News.am”
Bu gün, 12:30
Saleh Məmmədovun müşavirinin oğlu da ölkədən pul çıxarıb? - “Siracoglu” MMC hakim qarşısında
Bu gün, 12:26
Tuneldə ölən Elnurun ailəsi fəryad edir: Günahkarlar cavab versin! - VİDEO
Bu gün, 12:23
Təbrizdə divarlara bu cümlələr yazıldı - FOTO
Bu gün, 12:20
Tehran-İrəvan uçuşları Təbrizdən həyata keçiriləcək
Bu gün, 12:18
Qarabağ separatçısı bəraət aldı - FOTO
Bu gün, 12:14
“Çalışırlar yuxarıdakıların xoşuna gəlsin, amma…” – Əkrəm Əylisli
Bu gün, 12:09
Nazim Quliyevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb - DETALLAR
Bu gün, 12:02
İki ildir pensiyasından qanunsuz olaraq PUL TUTULUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 12:00
Qərbin Bakıya yeni hücumları: bu dəfə COP29 hədəfdədir - NƏ ETMƏLİ?
Bu gün, 11:48
Dönərlərin təhlükəsizliyinin SÜBUTU – Kafe və restoranlardakı qidalar AQTA nəzarətindən keçirmi?
Bu gün, 11:47
Suvarma suyuna görə alınan rüşvət üçqat artırılıb - İTTİHAM VAR...
Bu gün, 11:45
Etibar Məmmədov 50 millyondan şox soydaşımızın yaşadığı İranın bombalanması ehtimalından danışdı... - “Olacağa çarə yoxdur”...
Bu gün, 11:35
“Özünü Aygünə oxşadır” deyənlərə Xatundan REAKSİYA - “Mən o qədər…”
Bu gün, 11:33
Əliyev-Paşinyan dialoqu BRICS-ə damğa vurub - “Nezavisimaya qazeta”
Bu gün, 11:31
“Avtoqol”la uduzanlar… - REPLİKA
Bu gün, 11:26
2024-cü ildə dünya superdövlətləri: - ilk 10-luğa hansı ölkələr daxildir?
Bu gün, 11:21
“Ola bilsin ki, yaxınlarda, ilin sonunadək hansısa aralıq sənəd imzalansın” - GƏLİŞMƏ
Bu gün, 11:09
“Bakıya getməyə məcburuq! – 32 ailə, 32 qız…” - Akopyan
Bu gün, 11:07
Vətəndaşlar "AccessBank"dakı pullarını geri çəkirlər - NƏ BAŞ VERİR?
Bu gün, 10:57
Nazirlik “Azərmaş”dan 828 min manata 3 ədəd avtobus alır - TƏFƏRRÜAT
Bu gün, 10:50
Nazirin vəzifə verdiyi komandiri Beyləqanda qalmaqal yaradıb... - İLGİNC İDDİALAR
Bu gün, 10:44
4 il əvvəl evinin yanına raket düşdü, hələ də təmir edilmir – “Adımdan akt tərtib ediblər ki, guya, evin xərcini özüm çəkəcəm...”
Bu gün, 10:39
Türkiyədə polislərlə terrorçular arasında atışma olub, qırmızı bülletenlə axtarılan PKK üzvü öldürülüb
Bu gün, 10:28
BRICS nəhəng iqtisadi güc mərkəzinə çevrilib - İsrafil Kərimovun yazısı
Bu gün, 10:26
Dövlət Neft Fondunun səhmlərdən əldə etdiyi gəlirlər 6,4 mlrd. dollara çatıb - RƏSMİ
Bu gün, 10:23
“Azərbaycan Dəmir Yolları” QSC-də yeni İXTİSAR DALĞASI - NARAHATÇILIQ VAR...
Bu gün, 10:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru