Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                     Azərbaycanlı müğənnnilərin .....                     Ölkəmizin iqlim diplomatiyasında uğuru .....                     Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? .....                     Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... .....                     "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: .....                     Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir .....                     Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi .....                     Rusiya son sutkada 8 ballistik raket vurub .....                     Güzəştli kreditlərə hamının "əli çatırmı"? .....                     Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? .....                     Trampın Qarabağla bağlı dedikləri... .....                     Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir? .....                     Xırdalanın abadlaşdırılması 2 milyon manata .....                     “2 gün mən, 2 gün də saxta həkimlər...” .....                     NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? .....                     Rusiya ABŞ-yə cavab olaraq Asiyada .....                     Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək .....                 

NƏCMƏDDİN SADIQOV SƏFƏR ƏBİYEVLƏ DƏ YOLA GETMİRDİ
Tarix: 4-11-2013, 11:54 | Çap et
NƏCMƏDDİN SADIQOV SƏFƏR ƏBİYEVLƏ DƏ YOLA GETMİRDİ
Uzun illərdir Azərbaycan ordusunda Səfər Əbiyev-Nəcməddin Sadıqov qarşıdurması yaşanırdı. Sabiq müdafiə naziri ilə Baş Qərargah rəisi arasında münasibətlərin soyuqluğu barədə KİV mütəmadi yazır, bir çoxları isə hərbi sistemdə yığılan çoxsaylı problemləri məhz bu iki general arasındakı ixtilafa bağlayırdılar.

Səfər Əbiyevin "vurulmasından" sonra Nəcməddin Sadıqovun da görəvindən alınacağı və beləliklə, Müdafiə Nazirliyinin qruplaşmalara meylli şəxslərdən tamamilə "təmizləncəyi" proqnozlaşdırılırdı. Əbiyevin postu ndan kənarlaşdırılmasının "Nəcməddin Sadıqovun qələbəsi" olaraq təqdim edilməməsi də bunun təzahürü kimi qiymətləndirilirdi.
Amma proseslər tamamilə fərqli istiqamətdə cərəyan etdi. Nəcməddin Sadıqov nəinki Baş Qərargah rəisi vəzifəsindən kənarlaşdırıldı, üstəlik, onunla yaxın olan bir general təqaüddən çağrılaraq vəzifəyə təyin edildi. Belə ki, Müdafiə Nazirliyi Əməliyyat İdarəsinin sabiq rəisi, həmçinin Hərbi-Elmi Mərkəzin baş zabiti, ehtiyatda olan general-mayor Aleksandr Vasyakı nazirlikdə yeni vəzifəyə gətirildi. Bildirildiyinə görə, general Vasyak Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun ən yaxın dostlarından və sirdaşlarından biridir.
Vasyak 2009-cu ilin sentyabrında S.Əbiyevin əmri ilə işdən azad edilən 30-a yaxın zabitdən biri idi. Dörd il əvvəl orduda ixtisar prosesinin MN-in mərkəzi aparatında aparılan islahatlar (NATO standartlarına keçid) çərçivəsində həyata keçirildiyi deyilirdi. O zaman bildirilirdi ki, MN Şəxsi Heyət İdarəsinin rəis əvəzi, general-leytenant Çingiz Məmmədov Hərbi Elm Mərkəzinin binasına gələrək ixtisar olunan şəxsi heyəti sıraya düzüb və onlara bildirib ki, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq vəzifələri ixtisara düşüb. Onların yeni ştatlara uyğun başqa vəzifələrə təyin edilməsi imkanları isə məhduddur. İxtisar olunanlara deyilib ki, hər kəs özünə ordudan kənarda başqa işlər axtara bilər. Qəribəsi odur ki, Vasyakın MN rəhbərliyinə gətirildiyi gün artıq 1-ci müavin postunu tutan Ç.Məmmədov Heydər Piriyevlə əvəzləndi və indi onun özü iş axtarmalı olacaq.
Bəzi hərbi ekspertlər Vasyakı təmiz reputasiyalı, bacarıqlı general olaraq təqdim edirlər və bu təyinatda qəribəlik görmürlər. Amma ona yenidən vəzifə verilməsi həm də Nəcməddin Sadıqovun Müdafiə Nazirliyi sistemində qalması ilə bərabər, bundan sonra daha da güclənəcəyinin işarəsi kimi qəbul olunur.
Ümumiyyətlə, qarşıdakı zamanlarda sabiq müdafiə naziri tərəfindən "vurulmuş", ya da kölgəyə çəkilməyə məcbur edilmiş bir çox tanınmış generalların ordu sistemində yenidən post alacağı, ön plana çıxacağı istisna edilmir. Burada məhz Nəcməddin Sadıqovun da rəyinin həlledici sayılacağına dair iddialar var.
Məsələn, müdafiə nazirinin birinci müavini postuna gətirilən Heydər Piriyev zamanında Əbiyevlə arasındakı soyuq münasibətlərə görə, Naxçıvan korpusuna göndərilmiş, bir növ, paytaxtdan uzaqlaşdırılmışdı. Həmin vaxt Əbiyevin bu addımı təcrübəli, bacarıqlı və ordu sistemində olduqca yüksək nüfuz və hörmətə sahzib olan Piriyevin müdafiə naziri təyin edilə biləcəyinə dair yayılan informasiyalarla izah olunmuşdu. Bildirilirdi ki, Səfər Əbiyev həmin informasiyalardan narahat olmağa başlayıb və Heydər Piriyevin gözdən mümkün olduğu qədər uzağa göndərilməsinə qərar verib. İndi general Piriyevin yenidən Bakıya gətirilməsi və müdafiə nazirinin 1-ci müavini kimi önəmli posta təyinat alması da Səfər Əbiyevlə ixtilafda olan yüksək çinli zabitlərin yenidən Müdafiə Nazirliyində önəmli mövqelərə sahib olması planının tərkib hissəsi kimi dəyərləndirilə bilər.
Eyni zamanda prosesin bu cür gedişi belə bir ehtimalla çıxış etməyə də imkan yaradır: Nəcməddin Sadıqovun postunda saxlanılması, onunla yaxın münasibətdə və sabiq müdafiə naziri ilə ixtilafda olan generalların yenidən ordu idarəetməsində ön plana çıxmağa başlaması əslində indiyədək baş verənlərdə Səfər Əbiyevin günahkar tutulduğunu göstərir. Görünür, hesab edilib ki, ordudakı neqativliklər yalnız keçmiş müdafiə nazirindən qaynaqlanıb və məhz onun "vurulması" ilə ordu idarəçiliyində yeni, parlaq səhifənin açılacağı realdır.
Belə bir təxminin nə qədər doğru olub-olmadığını isə indi demək çox tezdir. Yəqin ki, bu məsələdə bir-iki il sonra daha əminliklə fikirlər səsləndirmək mümkün olacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18
Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10
“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38
Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35
Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32
Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25
Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22
Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21
Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18
Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14
Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12
Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru