QƏBƏLƏ RLS BAĞLANMALIDIR
Tarix: 27-01-2012, 14:22 | Çap et
YARIM MİLYON İNSAN HƏYATI TƏHLÜKƏ ALTINDADIR
1976-cı ildə Kreml Hava Hücumundan müdafiə sistemi yaratmaq üçün Azərbaycanın füsünkar bir zonasında, dəniz səviyyəsindən 637 metr yüksəklikdə yerləşən və əslində turizm obyektləri üçün ən optimal məkan sayılan Qəbələ rayonunda radiolakasiya stansiyası tikməyə qərar verdi. 1978-ci ildə başlanan tikinti 1984-cü ildə başa çatdı. Layihə gücü 350 meqovatt olan Qəbələ RLS-in tikintisinə keçmiş SSRİ Müdafiə nazirliyinin 20 minə qədər hərbi və mülki qulluqçusu cəlb edilmişdi. Dünyada analoqu olmayan bu nəhəng stansiyanın tikintisı Moskvanın hərbi qüdrətini qat-qat artırdı. Məhz bu RLS sayəsində Moskva 8000 km radiusda-Hind okeanı akvatoriyasından tutmuş Yaxın Şərq ölkələrini, Türkiyəni, İranı, Pakistanı, Çini və Hindistanı nəzarətdə saxlayır. Stansiya digər RLS-lərdən fərqli olaraq Ayın da müəyyən hissəsinə nəzarət edə bilir. Bu stansiya adları çəkilən və çəkilməyən dövlətlərin ərazisindən qalxan təyyarələri, raketləri anındaca qeyd edir.
Azərbaycanın ərazisində yerləşən Qəbələ RLS Rusiyanın hərbi gücünü artırmaqla yanaşı Azərbaycan ekologiyasına, genefonduna çox ciddi zərbələr vurdu və proses davam edir.
Qəbələ RLS-in ərazisi 210 hektardır. Bu stansiyanın zibilxanası isə 30 hektar sahəni əhatə edir. Stansiyaya Mingəçevir və Əli-Bayramlı SES-lərdən yüksək gərginlikli xətlərin çəkilişi zamanı 400 hektardan çox meşə sahəsi məhv edilib. Beynəlxalq təhlükəsizlik qaydalarına əsasən 2 meqovatt gücündə olan stansiyalar yaşayış məntəqəsindən 60-65 km aralı tikilməlidir. 350 meqovattlıq Qəbələ RLS inşa edilərkən, heç bir təhlükəsizlik qaydalarına əməl edilməyib. Azərbaycanın 10-a yaxın rayonunun yaxınlığında inşa edilən stansiya 28 ildir, təxminən yarım milyon Azərbaycan vətəndaşının həyatını təhlükə altında saxlayır. Böyük bir ərazidə flora və fauna məhvolma təhlükəsi ilə qarşı-qarşıyadır.
Bir fakta diqqət edin: Qəbələ RLS-in bir illik fasiləsiz fəaliyyəti üçün 1 mln. 500 min kub metr təbii qaz, 600 ton duru yanacaq, 1400 ton mazut tələb olunur. RLS-də soyutma sisteminin işləməsi üçün 16 artezian quyusunun 12-i daimi olaraq anbarlara su vurur. Bundan əlavə, soyutmaya tam nail olmaq üçün hər il xloroftor üzvi maddələr qrupuna aid olan 25 ton freon qazından istifadə olunur. Məlumdur ki, atmosferin Ozon təbəqəsi canlıları Günəşin dağıdıcı ultrabənövşəyi şüalarından qoruyur. Alimlər sübut ediblər ki, freon qazı atmosferin 10-15 km-dəki ozonosfer təbəqəsini məhv etmək gücündədir. Alimlər onu da sübut ediblər ki, başqa kimyəvi birləşmələrə nisbətən freon ozon təbəqəsini 500-600 dəfə çox dağıtmaq xüsusiyyətinə malikdir. Məhz bunu nəzərə alaraq 1987-ci ildə dünya dövlətlərinin əksəriyyəti freon qazından istifadəni qadağan edən protokol imzalayıb. Rusiya heç bir protokola əhəmiyyət vermədən Qəbələ RLS-də freon qazının istifadəsini davam etdirir.
İkinci fakt. Qəbələ RLS ərazisində reaktiv generatorlar stansiyası qurulub. Elektrik enerjisi kəsildiyi zaman stansiya avtomatik olaraq işə düşür və RLS-i 6 ay müddətinə enerji ilə təmin edə bilir.
Həm freon qazından istifadə, həm də reaktiv generatorların varlığı ətraf mühitə miqyası bilinməyən zərbələr vurmaqdadır.
1992-ci il may ayının 5-də Milli Məclisin qərarı ilə Qəbələ RLS-in ətraf mühitə vurduğu zərəri öyrənmək üçün ekspert qrupu yaradıldı. Bu qrupun tərkibinə kimlərin daxil olmasını bilmirəm. Bildiyim odur ki, ekspert qrupu 3 istiqamətdə tədqiqat aparmağa cəhd edib:
1. RLS-in təsir zonasının müəyyənləşdrilməsi;
2. RLS-in flora və faunaya təsiri;
3. RLS-in insan orqanizminə təsiri.
Bundan əlavə elektromaqnit sahəsinin genetik aparata təsiri də öyrənilib. Müəyyən edilib ki, Qəbələ rayonu ərazisində elektromaqnit sahələrinin göstəriciləri yüksək səviyyədədir, RLS-in fəaliyyəti torpağın məhsuldarlığına, suyun və havanın tərkibinə neqativ təsir göstərir. Tədqiqatlar nəticəsində məlum olur ki, elektromaqnit şüalanmaya məruz qaldığı üçün torpaqda maqnit artır, mikroorqanizmlərin aktivliyi aşağı düşür və nəticədə bitkilərin inkişafı üçün əlverişsiz mühit yaranır. RLS-in soyutma sistemində isə kükürd bakteriyalarının yaranması üçün münbit şərait yaranır və son olaraq ətraf mühitin sulfitlə zəhərlənməsi baş verir.
RLS fotosintez prosesinə təsir etdiyindən təsir zonasında olan meyvələrin çürüməsi, ağacların quruması müşahidə olunur. RLS-in təsir zonasında ətraf mühitin çirklənməsində indikator rolu oynayan 4 növ bitkidən yalnız birinə təsadüf edilib.
Ekspert qrupu xüsusisi bioloji testlər vasitəsi ilə əhalinin sağlamlıq vəziyyətini öyrənib, RLS-in istismarı və ondan sonrakı illərin müqayisəli təhlilini aparıb. Əsas demoqrafik və tibbi-bioloji göstəricilər, coğrafi iqlim parametrləri, sosial, sənaye infrastrukturlarının eyni olduğu qonşu Oğuz rayonunun yaşayış məntəqələri ilə müqayisə edilib. Nəticələr onu deməyə əsas verir ki, Qəbələ RLS-in fəaliyyəti ilə demoqrafik proseslərdəki neqativ hallar, xəstəliklərin strukturu, əhalinin ölüm faizi və immunitetin zəifləməsi arasında birbaşa asılılıq var.
Milli Məclisin 1992-ci il mayın 5-də qəbul etdiyi qərarın təqdirəlayiq olduğunu xüsusi qeyd etməyə dəyər. 20 il əvvəl yaradılan ekspert qrupunun apardığı tədqiqatlar Qəbələ RLS-in Azərbaycan ekologiyasına, genefonda vurduğu zərəri tam əhatə etməsə də, nəticələr aktuallığını itirməyib və daha geniş, sanballı araşdırmalar aparmaq üçün bir ip ucudur.
Ötən 20 ildən bəri bir dəfə də olsun rəsmi dövlət strukturları bu stansiyanın Azərbaycan ekologiyasına vurduğu zərəri araşdırmaq üçün cəhd belə etməyib. Yalnız 2001-ci ildə Qəbələ RLS-in Rusiyaya icarəyə verilməsinə hazırlıq məqsədilə Azərbaycan və Rusiya hökumətlərinin yaratdığı birgə komissiya RLS rayonunda ekoloji tədqiqatlar aparıb və bu qənaətə gəliblər ki, stansiya ətraf mühitə heç bir mənfi təsir göstərmir. Birgə komissiya tədqiqat materiallarını cəmiyyətə açıqlamayıb, yalnız RLS-in təhlükəsiz olduğunu bəyan edib. Məhz komissiyanın açıqlamasından sonra Qəbələ RLS-in Rusiyaya 10 il müddətinə icarəyə verilməsi baş tutub. Əslində komissiyanın açıqlaması gözə kül üfürməkdən başqa bir şey deyildi. Lap belə komissiya dəhşətli faktlar göstərsəydi belə, Moskva Qəbələ RLS-i əldən verməyəcəkdi. Sadəcə, Azərbaycan tərəfindən birgə komissiyanın tərkibində çalışan mütəxəssislərin millətə və dövlətə qarşı hərəkətləri barədə düşünməyə dəyər. Moskva sapı özümüzdən olan baltalardan məharətlə istifadə edib genefondumuzun kökünə ağır zərbələr vurdu.
Bir nüansa da diqqət etmənizi rica edirəm. Stansiyanın üzərində 4000 xaçvari vibratoru olan və hər birinin gücü 300 kilovattlıq 1280 modul quraşdırılmış 10 min kvadrat metr (100 x 100) ölçüdə nəhəng qəbuledici antenanın üzü Göyçay, İsmayıllı, Ağdaş, Ağsu, Şamaxı rayonları istiqamətinədir. Stansiyada işləyən Rusiya hərbçiləri üçün yaşayış evləri isə antenanın arxa tərəfində inşa edilib.
Daha bir detala da diqqət etməyinizi zəruri sayıram. Konfliktlər təzahür edəndə, münaqişələr qızışanda, müharibələr baş verdikdə bu gün 50 meqovatt gücü ilə işləyən stansiyanın gücü artırılır. 1984-cü ildə Əfqanıstan müharibəsi zamanı Qəbələ RLS-in gücü 300 meqovatta çatdırıldı. Nəticədə stansiyanın ön hissəsində bir hektarlıq ərazidə bitki örtüyü və ağaclar tamamilə yanıb kül oldu.
Yüz minlərlə Azərbaycan vətəndaşının həyatını təhlükə altına qoymaqla Kremlin ağuşuna sığınanların korluğu sayəsində Azərbaycan təbiəti, ən başlıcası isə Azərbaycan vətəndaşlarının həyatı təhlükə altına düşüb.
2004 və 2005-ci illərdə müstəqil olaraq Qəbələ RLS-in təsir radiusunda olan bir neçə rayonda araşdırmalar apardıq. Və çox dəhşətli faktlarla rastlaşdıq. Qətiyyətlə demək mümkündür ki, bu gün stansiyanın fəaliyyətindən ən çox zərər çəkən Göyçay rayonudur. Göyçayda xərçəng xəstəliyi geniş yayılıb. Az qala hər beş evdən birində bu xəstəliyə mübtəla olmuş xəstə var. Sayı bilinməyən onkoloji xəstə dünyasını dəyişib. Flora və faunaya bu bölgədə ciddi zərər vurulub. Ümumiyyətlə, Qəbələ RLS-in ətraf mühitə vurduğu zərərin miqyası çox böyükdür və onu hesablamağın asan olması üçün bir misal gətirmək istəyirəm. Almaniyada bir kvadtrat metr torpağın ekoloji vəziyyətini bərpa etmək üçün təxminən 250 avro pul xərclənir. İndi fikirləşin, görün Qəbələ RLS-in işə salınması üçün istifadə edilən 240 hektar yararlı torpağın, məhv edilmiş 400 hektar meşənin, yararsız hala düşmüş Qəbələ, İsmayıllı, Ağdaş, Göyçay rayonlarının torpaqlarını, flora və faunasını bərpa etmək üçün nə qədər pul gərəkdir, RLS sayəsində ağır xəstəliyə düçar olanların sağlamlığını bərpa etmək üçün nə qədər vəsait lazımdır. RLS şüalanmasından sonra dünyasını vaxtsız dəyişənlərin ömürlərinin bədəlini kim ödəyəcək?
Qəbələ RLS təkcə AZƏRBAYCAN EKOLOGİYASI ÜÇÜN, GENEFOND ÜÇÜN YOX, HƏM DƏ DÖVLƏT ÜÇÜN təhlükə mənbəyidir.
DÖVLƏT və MİLLƏT üçün təhlükə mənbəyi olan bu RLS BAĞLANMALIDIR.
2012-ci ilin dekabr ayında Rusiya ilə bağlanmış 10 illik müqavilənin müddəti bitir. Artıq yeni müqavilənin bağlanacağı barədə söhbətlər gedir. Dövlətlərarası komissiya da yaradılıb. Mətbuatın yazdığına görə, danışıqlarda Azərbaycan tərəfi icarə haqqının 7 milyon ABŞ dollarından 15 milyona qaldırılmasını istəyir. Rusiya üçün bu miqdarı ödəmək çox asan məsələdir və ruslar müqavilə müddətini 25 ilə qaldırmaq niyyətindədir. Bundan da təhlükəlisi Moskvanın 2017-2019-cu illərdə RLS-in fəaliyyətini təkmilləşdirmək üçün Qəbələdə modul stansiya qurmaq istəyidir. Bu istəyi artıq rəsmi Moskva dilə gətirib. Rusiya Radiotexnika İnstitutunun direktoru Vladimir Savçenko siyasi razılaşmadan sonra Moskvanın bu işə başlayacağını açıqlayıb.
Azərbaycanın başının üzərində RLS kabusu dolaşmaqdadır. 1999-cu ildə Litva, 2004-cü ildə Macarıstan ərazilərində olan RLS-in fəaliyyətini dayandırmağa müvəffəq oldu. Rusiya ziyalılarının səyi nəticəsində Moskva ətrafındakı RLS-lərin birinin iş gücü minimuma endirildi. Yaxınlarda Ukrayna Rusiyaya məxsus RLS-in fəaliyyətinə “xitam” verdi. Biz isə su qiymətinə Rusiyaya icarəyə verdiyimiz fəlakət mənbəyini siyasi bazarlıq elementinə çevirmişik. Bu Azərbaycan tarixinə qara ləkə kimi həkk olunacaq.
Düşündürücüdür, Rusiya Azərbaycanda nəhəng bir hərbi obyekt saxlayır, digər tərəfdən də Yerevana atalıq qayğısı göstərir. O Yerevana ki, 20 ildir torpaqlarımızın 20 faizini məhz Rusiyanın dəstəyi sayəsində işğalda saxlayır.
Bəllidir ki, Azərbaycan ekoloji baxımdan bərbad vəziyyətdə olan ölkələr sırasında yer alır. Azərbaycan ekologiyasının Xəzər dənizi, Sumqayıt kimyası, Kür-Araz çayları, neft sənayesi, səhralaşma, quraqlıq, aqroekoloji və sair problemləri mövcuddur. Ölkənin başı üzərində hər zaman dayanan bu problemlərdən də dəhşətlisi radiasiya təhlükəsizliyi problemidir. Bura Ermənistan Atom Elektrik Stansiyasını da əlavə etsək, vəziyyət daha da mürəkkəbləşir.
Müstəqil Azərbaycanın ərazisində Rusiyanın hərbi obyektinin yerləşdirilməsi Ana Yasamıza ziddir. Hesab edirik ki, bu məsələ yalnız və yalnız ümumxalq səsverməsi-referendum yolu ilə nizamlanmalıdır.
Genefondumuz təhlükə altındadır. Millətin genetik fondunun, genetik kodunun məhvinə aparan Qəbələ RLS bağlanmalıdır. Siyasi mənsubiyyətindən, cinsindən, dinindən və milliyyətindən asılı olmayaraq, hər kəsə, xüsusilə ziyalılarımıza səslənirəm. Biz təkcə bu günü deyil, gələcəyi də düşünməliyik. Bu Vətən bizim hamımızındır. Bu Vətənin təbiətini- havasını, torpağını, suyunu qorumaq bizim borcumuzdur. Azərbaycanımızın başı üzərində dolaşan kabusdan- Qəbələ RLS-dən xilas olmaq üçün sözünüzü deyin, səsinizi qaldırın. Özü də səsinizi bu gün qaldırın, sabah gec ola bilər.
Səxavət Əlisoy “RLS-siz Azərbaycan” İctimai Birliyi Təşəbbüs qrupunun sədri
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Modern Construction Group”un kapitalından 1.6 milyon manat geri götürüldü
Bu gün, 09:07 |
|
|
|
• İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
Bu gün, 09:06 |
|
|
|
• Haaqada İrəvana təzminat davası: söhbət 100 milyardlardan gedir - Hələ GEC QALMIŞIQ...
Bu gün, 09:00 |
|
|
|
• Bu sual həm də o səbəbdən maraqlıdır ki... - Ekspert danışır...
Bu gün, 08:56 |
|
|
|
• Nazirin sensasion eyhamı: cərimələr yığılıb hara gedir? - GƏLİŞMƏ
Bu gün, 08:52 |
|
|
|
• "Məndən 1000 manat RÜŞVƏT İSTƏYİR..." - İTTİHAM VAR...
Bu gün, 08:49 |
|
|
|
• Putin bunu əvvəldən bilməli idi... - NƏ BAŞ VERİR?
Bu gün, 08:39 |
|
|
|
• İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi, uduzdu - TƏFƏRRÜAT
Bu gün, 08:36 |
|
|
|
• Aİ deşifrə olunmuş kəşfiyyatçıları sərhədimizdən qaçırır? - İLGİNC...
Bu gün, 08:34 |
|
|
|
• Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd edilib - FOTO
Bu gün, 08:30 |
|
|
|
• "Klarneti həmin aparıcının ağzına soxacağam..." - Hüseyn HƏDƏLƏDİ
Bu gün, 07:44 |
|
|
|
• Ermənistan Konstitusiyanı dəyişdirmədən sülh sazişi imzalamaq olmaz - Başqa cür ola da bilməz...
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan ittifaqı sınaq qarşısında - Yollar ayırdı bizi?...
Bu gün, 07:32 |
|
|
|
• Tarixi qərarsızlıq və müsbət gözləntilər - Təqaüdə bir addım qaldı
Bu gün, 07:29 |
|
|
|
• 75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? - AKTUAL
Bu gün, 07:27 |
|
|
|
• Rusiyanı qoruyan “əl” geri çəkildi: - Mövqelər sarsılıb, yeni hədəf odur
Bu gün, 07:23 |
|
|
|
• Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? - BU NƏDİ BELƏ?..
Dünən, 19:00 |
|
|
|
• Mərkəzi Bank İKT avadanlıqları aldı
Dünən, 18:58 |
|
|
|
• Günahsız günahkar, yaxud Azərbaycan aynasında kim necə görünür? - AKTUAL
Dünən, 18:00 |
|
|
|
• Keçmiş TSEK sədrinin iddiası instansiyasına göndərdildi
Dünən, 17:57 |
|
|
|
• 1 saylı Şəhər Poliklinikasının həkimi nədən narazıdır? - TƏFƏRRÜAT
Dünən, 17:54 |
|
|
|
• Milli Məclisin gələn il üçün xərclər smetası məlum olub
Dünən, 17:51 |
|
|
|
• "Baku TV RU"nun baş redaktoru Natella Osmanlı Moskvada "Feyklər barədə dialoq 2.0" forumunda
Dünən, 17:45 |
|
|
|
• “Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” – Tibb işçilərindən rəsmi qurumlara MÜRACİƏT
Dünən, 17:37 |
|
|
|
• Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron
Dünən, 17:33 |
|
|
|
• Tərtərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd olunub - FOTO
Dünən, 17:28 |
|
|
|
• Müxalifət partiyası YAP-ı belə TƏBRİK ETDİ
Dünən, 17:25 |
|
|
|
• Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ...
Dünən, 17:13 |
|
|
|
• Saxta nikah xidməti göstərən azərbaycanlı həbs olundu - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
• “Səviyyəsiz səhnəciklərə baxanlarda günah yoxdur” - Əməkdar artistdən SƏRT REAKSİYA
Dünən, 17:00 |
|
|
|
• Uşaqpulu bu tarixdən bərpa olunacaq? - AÇIQLAMA
Dünən, 16:57 |
|
|
|
• Növbədə psixoloqlardır: - Az maaş, problemli müəllim və şagirdlər...
Dünən, 16:52 |
|
|
|
• Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:44 |
|
|
|
• Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir - SƏRƏNCAM
Dünən, 16:40 |
|
|
|
• `LEO BANK` yenə də aldadır... - AXI NİYƏ?..
Dünən, 16:35 |
|
|
|
• Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb
Dünən, 16:26 |
|
|
|
• Model Razi ANA OLDU - FOTO
Dünən, 16:18 |
|
|
|
• Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və Qallantın həbsinə order verib
Dünən, 16:15 |
|
|
|
• Günah nə SOCAR-dadır, nə Santuşda - Futbolçu topu boş qapıdan keçirə bilmirsə…
Dünən, 16:10 |
|
|
|
• Pul gəlsin deyə mənəviyyatımızı ayaqlar altına ata-ata yox olacağıq - Əməkdar artist
Dünən, 16:01 |
|
|
|
• Nəsrullahın bir konkret mesajı məhvinə səbəb oldu – İDDİA
Dünən, 15:59 |
|
|
|
• “400 minlik yeyintidən xəbərim olmayıb” - Arif Rəhimov
Dünən, 15:56 |
|
|
|
• Dənizçilər üçün UNİKAL VƏSAİT: - Ülfət Quliyevin yeni kitabı ÇIXDI
Dünən, 15:52 |
|
|
|
• Paşinyan Qarabağdan gedənlərə yardımı dayandırır
Dünən, 15:22 |
|
|
|
• Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:19 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 61%, qiyməti isə 9% artıb
Dünən, 15:17 |
|
|
|
• Məktəblərdə ciddi çatışmazlıq – 8 şagirdə 1 kompüter düşür
Dünən, 15:14 |
|
|
|
• “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
Dünən, 15:08 |
|
|
|
• Erməni deputat dilə gəldi: - "Qarabağ Azərbaycan torpağıdır "
Dünən, 15:01 |
|
|
|
• Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Fəqan Həmidovun ailəsini ziyarət edib - FOTO
Dünən, 14:59 |
|
|
|
|