Pul gəlsin deyə mənəviyyatımızı ayaqlar altına ata-ata yox olacağıq - Əməkdar artist
“Azərbaycan milli-mənəviyyatını, musiqisini, mədəniyyətini bazarda satılan hansısa bir əşya ilə, şou aləmdəki nə iləsə müqayisə etmək olmaz”.
Ölkə.Az xəbər verir ki, bunu Əməkdar artist Nuriyyə Hüseynova MTV-də yayımlanan “7/24 Xidmətinizdəyik” verilişində çıxışı zamanı deyib.
“Əgər bu gün biz ayaqdayıqsa, o yükü bugünkü günə qədər daşıyan mənəviyyat, elm adamlarının aydınların, ziyalıların böyük insanların sayəsində varıq və yaşayırıq.
Bu gün biz pul gəlsin deyə mənəviyyatımızı ayaqlar altına ata-ata yer kürəsindən yox olacağıq. Hər bir milləti qoruyub saxlayan pul, yüksək şərait deyil, onun mənəvi dəyərləridir”, - deyə o söyləyib.