İSMƏT ABBASOV AĞIR DÖVRÜNÜ YAŞAYIR
Tarix: 30-01-2012, 10:20 | Çap et
NAZIR TƏKCƏ VƏZİFƏSİNİ YOX, AZADLIĞINI DA İTİRƏ BİLƏR
DİA.AZ: - Bu gün Kənd Təsərrüfatı Nazirliyi və onun rəhbəri İsmət Abbasovun başının üzərində qara buludlar əsir. Səbəb də budur ki, kənd təsərrüfatı sektorunda baş verən neqativ halların artıq mətbuatda geniş şəkildə işıqlandırılıb və cəmiyyət də bundan xəbərdardır. Eyni zamanda, nazirin bir çox işlərinin üstünün açılması da onun əleyhinə işləməyə başlayıb. İlk olaraq, taxıl əkən fermerlərə subsidiyaların mənimsənilməsindən başlayan proses, kənd təsərrüfatı texnikasının pis işləməsi ilə daha da inkişaf etdirildi ki, yekunda da şərabçılıq sektoru uğrunda gedən mübarizədə Abbasov özünü »yandırmağa» başladı.
Subsidiyalar necə mənimsənilir?
Qeyd edək ki, artıq son iki ildə taxıl istehsalçılarına hər hektar üçün 40 manat yardım verilməsi zamanı maxinasiyalara yol verilməsi təsdiqini tapmağa başlayıb. Bu barədə verilən məlumatlarda bildirilir ki, bəzi yerli icra hakimiyyətləri Kənd Təsərrüfatı Nazirliyinin məsul vəzifəli məmurları birləşərək taxıl zəmilərinin miqyasını süni şəkildə böyüdərək, hər hektara dövlət tərəfindən verilən 40 manatı mənimsəyirlər. Məlumatlı şəxslərin sözlərinə görə, əgər dəqiq bir yoxlama aparılarsa, o zaman böyük bir qalmaqala səbəb olacaq yeyinti barədə ən müfəssəl məlumatlar əldə etmək mümkündür.
Nəzərinizə çatdıraq ki, bu prosesin başlanğıcı ilk taxıl yığımı zamanı qoyulub. Belə ki, əgər həqiqətən iddia olunduğu qədər ərazidə taxıl əkilibsə, bu özünü təbii olaraq yığılan məhsulun həcmində göstərməlidir. Ancaq tərs olan bir şey var ki, taxıl yığımı zamanı yanğınlar yenidən gündəmə gəlməyə başladı. Belə görünürdü ki, kimlərsə bununla sabahkı sorğulardan yayınmaq istəyir.
Qeyd edək ki, bu məsələnin həm də siyasi məsuliyyəti var. Prezident İlham Əliyev ölkənin ərzaq təhlüksizliyi ilə bağlı məsələlərə ciddi yanaşır və taxıl istehsalçılarına hər hektara dövlət tərəfindən 40 manat kompensasiya verilməsi bunun nəticəsidir. Deməli, əgər iddialar təsdiqlənsə, o zaman taxıl əkini zamanı baş verən maliyyə maxinasiyalarının korrupsiya faktından daha böyük cinayət olduğu üzə çıxacaq. Mötəbərliyi şübhə doğurmayan mənbə iddia edir ki, qarşıdakı günlərdə prezident İlham Əliyev bu məsələ ilə bağlı məqamları araşdırmaq üçün dövlət komissiyasnın yaradlması ilə bağlı sərəncam imzalaycaq. Həmin şəxsin bilgilərinə görə, baş nazirin birinci müavini Yaqub Eyyubov sədrliyi ilə yaradılacaq komissiyanın qarşısına taxıl əkini və biçini zamanı baş verən qanun pozuntularını məyyənləşdirmək, məsul vəzifəli şəxslərin məsuliyyət dərəcəsini müəyyən etmək olacaq. Bu isə bir çox vəzifəli şəxslərin öz postları ilə vidalaşması demək olacaq.
Əgər iddialar təsdiqlənsə kənd təsərrüfatı naziri İsmət Abbasov vəzifəsini itirməklə yanaşı məsuliyyətə də cəlb olunacaq. İsmət Abbasovla yanaşı bir neçə rayonun icra başçısı, Maliyyə Nazirliyinin məsul şəxsləri də öz cəzalarını ala bilərlər.
Sınıq-salxaq »Aqroservis»lər
Taxıl yığımı zamanı texnikanın çatışmamazılığı da iqtidarı narahat etməyə başlayıb. Açıq hiss olunur ki, iqtidarın uğurlu layihələrdən biri hesab etdiyi Aqrosevis mərkəzləri onların üzərinə qoyulmuş vəzifəni həyata keçirə bilmir. Bu isə on milyonlarla manat dövlət vəsaitinin effektsiz istifadə olunması ilə bağlı rəy formalaşdırıb. Bundan başqa Aqrosevislər tərəfindən göstərilən xidmət zamanı dövlətin müəyən etdiyi haqdan artıq pul alınması da diqqətdən qaça bilməz.
Belə ki, mövcud təlimatlara görə bir hektar ərazidə taxılın biçilməsi üçün 27 manat xidmət haqqı nəzərdə tutlsa da, əksər hallarda bu rəqəm 30-35 manat arasında dəyişir. Aqroservislərin rəhbərləri qiymət artımını kombayn sürücülərinin boynuna atmaqla məsuliyətdən yayınmağa çalışsalar da, əslində bu prosesin arxasında kimin durduğu hamıya məlumdur. Taxıl biçini zamanı Aqrosevislərin qiymətləri qaldırması isə sonda istehsal olunan məhsulun maya dəyərinin artmasına səbəb olur. Məhsulun maya dəyərinin artımı isə bazarlara təsir göstərir və infilyasiya yol açır. Göründüyü kimi, Kənd Təsərrüfatı Nazirliyinin öz öhdəliklərini yerinə yetirə bilməməsi sadəcə olaraq dövlət vəsaitinin mənimsənilməsi faktı ilə yekunlaşmır. Bu olay iqtisadi proseslərə öz mənfi təsirini göstərərək, iqtisadi inkişafı dayandırır, sosial gərginliyi artırır. Bu isə siyasi böhranın yaranmasına gətirib çıxara bilər. Buna görə də iqtidarın yüksək dairələrində İsmət Abbasovun vəzifəsinin özdəsindən gələ bilməməsi ilə bağlı ümümi rəy formalaşıb. Nazir tələyə düşüb
Hərçənd məsələnin bir başqa tərəfi də var. O da İsmət Abbasovun bir sıra məmurlarla üz-üzə gəlməsidir. Maraqlı məqam odur ki, KTN rəhbəri bir müddət əvvəl şərəb sektorunu ələ keçirmək üçün ciddi şəkildə fəaliyyətə başlamışdı. İndiyə qədər onun ölkədə bir-neçə şərab istehsalı ilə məşğul olan müəssisələrin olduğu deyilir. Həmçinin nazirin Ağsuda böyük bir üzüm plantasiyasına sahib olduğuna dair məlumatlar var.
Amma əsas mərəkənin Bakıdakı şərab zavodlarından birini ələ keçirmək üstündə başladığına dair verilən məlumatlarda deyilir ki, İsmət Abbasov həmin vaxt yüksək çinli və güclü bir nazirlə üz-üzə gəlməli olub. Əlindəki imkanları yetərli qədər dəyərləndirə bilməyən KTN başçısı da məhz buraxdığı səhvlər üzündən qarşısındakı rəqibinin gücünü hesablaya bilməyib. Nəticədə, onun istəyi özünə qarşı çevrilməyə başlayıb ki, hazırda da o, bunun əziyyətini çəkməkdədir.
İsmət Abbasovun yaxın adamları isə deyirlər ki, nazir özünü tələyə salıb. Tələ dedikdə isə istəklərini reallaşdırmaq üçün həyata keçirmək niyyətində olduğu planlarının bəlasına düşməsidir. Onu bu oyuna çəkənlərin isə heç də uzaqda olmadığını bildirən nazirin qohumları vurğulayırlar ki, hazırda həmin şəxslərin heç biri Abbasova yaxın belə durmurlur. Hətta onu da iddia edirlər ki, mətbuata bir sıra məlumatları məhz həmin şəxslər ötürürlər. Amma onlar bunun konkret hansı səbəblə ediliyi barədə bilgi vermək istəmirlər.
Kritik durum
KTN rəhbərinin barəsində dolaşan bir başqa məlumatda isə deyilir ki, nazir son iki həftədir doğru-dürüst iş yerinə belə gəlmir. Amma hər gün mətbuatı izləyərək, barəsində yazılanlarla ciddi şəkildə maraqlanır. Bunun səbəbi barədə məlumat verən mənbələr bildirirlər ki, İsmət Abbasov artıq buraxdığı səhvlərin necə böyük olduğunun fərqinə varıb. Bunun onun üçün yaxşı nəticə verməyəcəyindən tam əmin olan nazir vəzifədə olduğu son günlərini bir qədər rahat başa vurmaq istəyindədir. Elə buna görə də, iş yerinə bir o qədər gəlməməklə, ən azından iş gərginliyindən xilas olmaq istəyir.
Bu əsnada onu da bildirək ki, KTN başçısının səhhətində də bəzi problemlər yaşanmağa başlayıb. Həmin bilgilərə görə, nazir son dövrlər qan təzyiqindən əziyyət çəkir. Yaxınlarının dediyinə görə, belə bir vəziyyətin yaranması yaşanan gərginliklə bağlıdır. Belə ki, son dövrlər bütün istiqamətlərdən üzərinə hücum çəkilməsini görən nazir bunun qarşısını almaq üçün tutarlı bir iş görə bilmədiyi üçün davamlı olaraq əsəbiləşir. Həmin əsəbiləşmə nəticəsində də qan təzyiqində oynamalar baş verir ki, bu da nazirin səhhətinə mənfi təsir etməkdədir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|