“QHT-LƏRİN GÜCLƏRİNİN SƏFƏRBƏR OLUNMASINI İSTƏYİRİK”
Tarix: 6-02-2012, 17:04 | Çap et
“QHT DDŞ XARİCİ DONORLARA NÜMUNƏ OLA BİLƏR”
QHT Əməkdaşlıq Alyansının kordinatoru Rufiz Qonaqovun müsahibəsini təqdim edirik:
- Sizə ənənəvi bir sualla müraciət etmək istəyirik: QHT Əməkdaşlıq Alyansı hansı zərurətdən yarandı?
- Uzun zaman QHT sektorunda fəaliyyət göstərənlər bilir ki, vətəndaş cəmiyyəti sektorunun birgə fəaliyyətinə həmişə ehtiyac olub. Biz bundan öncə də bir koalisiya yaratmışdıq və məqsədimiz vətəndaş cəmiyyətinin inkişafına dəstək idi. Həmin koalisiyanın yeni bir formada fəaliyyətə başlaması isə yeni yanaşma tərzinin tətbiqi, prosesin daha dinamik inkişafı ilə bağlıdır. Alyans həm də yeni idarəçilik mexanizmi tətbiq etməklə, digər koalisiyalarda da bu metodun qəbul olunmasinin tərəfdarıdır. Alyansın idarəedilməsində demokratik prinsiplərə son dərəcə həssaslıqla yanaşılır və idarəetmədə bu bu prinsiplər qorunur. Yəni, burada iddia yox, işləmək istəyi var. Alyansda təmsil olunan QHT-lər də eyni təmsilçilik hüququ ilə birləşirlər. Bizi digər koalisiyalardan fərqləndirən mühüm cəhətlərdən biri də burada təmsil olunan QHT-lərin vacib hesab olunan bir sıra məsələlərin həllində əməkdaşlıq edərək iştirakıdır. Hazırda fəaliyyət göstərən müxtəlif koalisiyalar ayrı-ayrı sahələrdə fəaliyyət göstərirlər. Bizə görə, QHT-lər üçün çox əhəmiyyətli məsələləri həll etmədən bu koalisiyaların da qarşısına qoyduğu məqsədlərə çatması çətindir. Bunları nəzərə alaraq, Əməkdaşlıq Alyansı yaradılarkən QHT sektoru üçün bir sıra vacib prioritet sahələr qarşıya məqsəd kimi qoyulub. Bu sarada “QHT Evi”nin yaradılması, özəl sektorun QHT-lərin tərəfdaşına çevrilməsinin əsaslarının işlənib hazırlanması, sərmayə fondlarının yaradılması, dövlət qurumlarının yanında İctimai Komitələrin fəaliyyətinin müvafiq hüquqi bazasının formalaşması kimi mühüm məsələlər dayanır. Ən mühüm məsələlərdən biri də beynəlxalq donorların fəaliyyətində aşkarlıq prinsiplərinin qorunmasıdır. Bir sıra beynəlxalq donorlar var ki, onlar Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına ayrılan vəsaitləri bizim QHT-lərə deyil, özləri ilə birgə ölkəyə gətirdikləri qurumlara ayırırlar. Bəzən isə aşkarlıq prinsipləri qorunmadan həmin vəsait özlərinə yaxın bildikləri qurumlara verilir. Biz bu kimi halların baş verməsinə qarşıyıq. Qısa olaraq, QHT Əməkdaşlıq Alyansı yaranarkən qarşısına qoyduğu məqsədləri belə təsnifatlaşdırmaq olar: Birincisi, QHT sektorunun inkişafı və onların problemlərinin həllinə dəstək, ikincisi isə xaricu donorların Azərbaycan QHT-ləri ilə münasibətlərinin təkmilləşdirilməsi və beynəlxalq donorların Azərbaycanda şəffaf fəaliyyətinin təmin olunması.
- Adətən, belə alyanslar, koalisiyalar seçki öncəsi təsis olunur. Amma QHT Əməkdaşlıq Alyansı fərqli situasiyada təsis olundu. Bu barədə nə deyə bilərsiniz?
- Yox, bütünlükdə deməzdim ki, bütün alyanslar, koalisiyalar məhz seçki öncəsi yaradılır. Amma belə hallar da var. Biz onun əleyhinəyik ki, yaradılan belə birliklər məhz seçkilərə hesablansın. Çünki belə birliklərin fəaliyyəti də seçkidən sonra başa çatır. Yaxud da adı olur, amma fəaliyyətləri görünmür. QHT Əməkdaşlıq Alyansı ictimai birlikdir. Həm də adından göründüyü kimi əməkdaşlıq üçün yaradılıb. Məqsədimiz ancaq və ancaq vətəndaş cəmiyyəti sektorunun inkişafına dəstək verməkdir. Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı müvafiq konsepsiyalarımız da vardır. Bilirik ki, dövlət də bu məsələdə maraqlıdır. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması və ötən illərdəki fəaliyyəti bunu bir daha göstərir. Biz də bu inkişafda iştirak etmək, QHT-lərin öz güclərinin bu inkişafda səfərbər olunmasını istəyirik və buna çalışırıq. Eyni zamanda fəaliyyətlərimizdən biri də QHT-lərin problemlərinin həll olunmasında bunu həll etmək istəyən qurumlara dəstəkdir. İctimai gücü bir araya gətirmək və vətəndaş cəmiyyətinin inkişafına nail olmaq.
- Bu qurum QHT sektoruna hansı yeniliklər, dəyişikliklər gətirmək iddiasındadır?
- Hər hansı qurum və ya birliyin QHT sektorunda təkbaşına dəyişiklik etmək, yeniliklər gətirmək məsələsi bir az nisbidir. Bizə görə, bu yeniliklərə nail olmaq, davamlı və köklü dəyişikliklər üçün vətəndaş cəmiyyətinin bir sıra məsələlərin həllində vahid mövqeyi formalaşmalıdır. Bu mövqeni formalaşdırmağı bacarsaq, bir çox yeniliklərə, dəyişikliklərə nail olmaq mümkündür. Amma bunun üçün muxtar deyil, əlaqəli şəkildə işləmək gərəkdir. QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birbaşa işləmək, müxtəlif konsepsiyaların hazırlanmasında onlarla əməkdaşlıq etməklə QHT sektorunun inkişafında indikindən daha çox dəyişiklliklərə və müsbət yeniliklərə imza atmaq olar.
- Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lərin müstəqil olmadığı, ayrı-ayrı düşərgələrə, siyasi qurumlara, xarici donorlara bağlı olduğu sirr deyil. Siz QHT Əməkdaşlıq Alyansını müstəqil qurum hesab edirsinizmi?
- Vətəndaş cəmiyyətinin inkişafına mane olan amillərdən biri və belə demək də olar ki, birincisi budur. Doğrudan da QHT-lərin bəziləri siyasi qurumlara, bəziləri də xarici təşkilatların vassalına çevrilib. Bu qətiyyən yolverilməzdir. Bu fəaliyyət QHT sektorunun inkişafına mane olur. Eləcə də dövlətçiliyimiz üçün maneədir. Dövlətçilik düşüncəsinə sahib olan QHT-lər bu kimi fəaliyyətləri dəstəkləmir və bunun əleyhinədir. QHT-lər vətəndaş cəmiyyəti sektorunun bir hissəsi kimi müstəqil fəaliyyət göstərməlidir. Yalnız müstəqil və tərəfsiz fəaliyyət bu sektorun inkişafına kömək edə bilər. QHT Əməkdaşlıq Alyansı müstəqil qurumdur və yuxarıda dediyimiz kimi, QHT sektorunun inkişafında maraqlıdır. Bizim istər dövlət qurumları ilə, istərsə də digər koalisiyalarla əlaqələrimiz müstəqil fəaliyyətimizə mane olmur. QHT sektorunun inkişafı ilə bağlı istənilən qurumla danışıqlar aparırıq. Amma bu bizim müstəqilliyimizə mane olmur. Bizə görə, həm də hamıyla dartışmaq yox, danışmaq lazımdır. Danışıqlarla, məsləhətləşmələrlə dinamikaya nail olmaq mümkündür və QHT Əməkdaşlıq Alyansı da məhz bu fəaliyyəti özünün prioritetlərindən biri hecab edir.
- Alyans “QHT Evi”nin yaradılması ilə bağlı maraqlı ideya ilə çıxış edib. Mümkünsə, bu barədə bir qədər geniş məlumat verərdiniz...
- Bizim bu ideyamız əvvəllər də müxtəlif formalarda gündəmə gətirilib. Sirr deyil ki, bu gün QHT-lərin stabil maliyyə mənbələri yoxdur. Ona görə də bu sektora daxil olan təşkilatların böyük əksəriyyətinin ofis problemi vardır. Nümunə üçün deyək ki, mətbuatla bağlı belə problem yoxdur. Kommunal xərcləri ödəməklə mətbuat vasitələri “Azərbaycan” nəşriyyatında ofis icarəyə götürə bilir. “Azərbaycan” nəşriyyatı da Prezident Administrasiyanın tabeçiliyindədir. Deməli, dövlət mətbuatın inkişafına digər formalarda olduğu kimi. bu təminatla da dəstək verir. QHT-lərin qrantlar hesabına da daimi ofis saxlaması çətindir. İcarə haqları çox yüksəkdir. Amma “QHT Evi” yaranarsa, bu ilk növbədə QHT-lərin ofis probleminin həll olunması deməkdir. Eyni zamanda QHT-lərin müxtəlif tədbirlərinin keçirilməsi üçün zallar, onların bilik və bacarıqlarının artırılması üçün müxtəlif kursların təşkili baxımından da əhəmiyyətli olar. Azərbaycan dövlətinin inkişafı, iqtusadi resursları, vətəndaş cəmiyyətinin inkişafı haqqında qəbul olunan strategiyalar, Dövlət Dəstəyi Şurasının QHT-lərin inkişafı ilə bağlı gördüyü işlər düşünməyə əsas verir ki, bu məsələ həll olunacaq. Biz QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevlə görüşdə də bu məsələni müzakirə etdik. Şura sədri dəfələrlə bu məsələni gündəmə gətirib və bizim fikrimiz onunla üst-üstə düşür. Ona görə də biz o inanırıq ki, dövlət bu məsələni həll edəcək.
- Məlumdur ki, Evrovizion kimi mühüm əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsi, bu tədbirdən istifadə edərək ölkəmizin, onun mədəniyyətinin təbliği ilə bağlı vətəndaş cəmiyyətinin də üzərinə mühüm vəzifələr düşür. Alyans konkret olaraq bu sahədə nələri etmək niyyətindədir?
- “Eurovizion-2011” Beynəlxalq Mahnı Müsabiqəsində təmsilçilərimizin qalibiyyəti Azərbaycan musiqisinin, mədəniyyətinin zənginliyinin göstəricisidir. Bu qələbə Qafqazın ən qədim xalqının musiqi zənginliyini sübut etdi. Eyni zamanda bu qələbə böyük zəhmət hesabına əldə edildi. Bu il qalib ölkə kimi bu yarışmaya ev sahibliyi edəcəyik. Ölkəmiz, xalqımız yenə də diqqət mərkəzində olacaq. Buna görə də vətəndaş cəmiyyəti sektorunun da üzərinə mühüm vəzifələr düşür. Vətəndaş cəmiyyəti sektorunun ələ düşən imkandan istifadə etməklə, gələn qonaqların ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ həqiqətləri, soydaşlarımızın qədim Azərbaycan torpaqları Göyçədən, Zəngəzurdan deportasiyası ilə bağlı məlumatlandırması vacibdir. Dövlət Dəstəyi Şurasının bu ilki layihə proqramına “Eurovizion”la bağlı mövzu salması təqdirəlayiq haldır. Amma işlərin sferası çox böyükdür. Alyans olaraq, 24 yanvarda Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanda Eurovizion: Vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələr” mövzusunda keçirdiyimiz Dəyirmi Masada bu məsələlər müzakirə olundu. Qaliblərin, Təşkilat Komitəsinin təmsilçilərinin, ictimai xadimlərin, QHT nümayəndələrinin, mətbuatın iştirakı ilə bu məsələ geniş müzakirəyə çıxarıldı. İndi də müəyyən təkliflərimiz var və bunlar da həm QHT-lərə Dövlət Dəstəyi Şurası, həm də Təşkilat Komitəsi ilə birgə müzakirə ediləndən sonra ictimai müzakirəyə çıxarılacaq. Biz ununtmamalıyıq ki, “Eurovizon” Beynəlxalq Mahnı Müsabiqəsi anoloqu olmayan mədəni-kütləvi tədbirlərdəndir. Avropa xalqlarının diqqətlə izlədiyi tədbirlərdəndir. Bu tədbir keçirilən ölkəyə on minlərlə turist axını olur. Dünyanın aparıcı mediasının diqqəti və təmsilçiləri bu yarışma ərəfəsində ölkəmizdə olacaqlar. Deməli, fürsətdən yararlanmalıyıq. Gələnlərə ölkəmizin tarixi, sosial-iqtisadi inkişafı, mədəniyyəti haqqında düzgün və dolğun məlumat çatdırmağı bacarmalıyıq. - Azərbaycanın QHT sektorunun ümumi mənzərəsi və coğrafiyası barədə hansı fikirdəsiniz? QHT-lərin fəaliyyətində baş verən proseslər, onların həyata keçirdiyi layihələr haqqında nə deyə bilərsiniz? Bu gün QHT-lər hansı inkişaf mərhələsindədir, hansı yeniliklər, çatışmamazlıqlar mövcuddur və sizin bunlarla bağlı təklifləriniz nədən ibarətdir?
- Birmənalı demək olar ki, QHT sektoru inkişaf mərhələsindədir. Həyata keçirilən layihələrin monitorinqi bunu deməyə əsas verir. QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılandan sonra bir çox ciddi problemlər də həll olunub. QHT-lər vətəndaşlarla dövlət arasında körpü rolunu oynaya bilir. Dövlət tərəfindən maliyyələşmə siyasəti QHT-lərin inkişafına ciddi təkan verib. İldən-ilə maliyyə vəsaitinin artırrılması ilə bu proses daha da sürətlənir. Ona görə də ciddi çatışmazlqılardan söhbət getmir, amma yuxarıda dediyimiz kimi bir sıra təkliflərimiz var ki, sektorun inkişafı ilə bağlı onların da reallaşması zəruridir.
- Bəs donorlarla münasibətlərinizi necə qurmaq niyyətindəsiniz: istər milli donorlar olsun, istərsə də, xarici...
- Donorlarla münasibətlərin tərəfdaşlıq çərçivəsində qurulmasını istəyirik. Bunun üçün də bi sıra vacib planlarımız var. Milli donor funksiyasını yerinə yetirən QHT-lərə Dövlət Dəstəyi Şurası ilə normal əlaqəlrimiz mövcuddur. Onlarla yaxından əməkdaşlıq edirik. - Xarici donorların fəaliyyətində şəffaflıq və ictimaiyyətə açıqılıqla bağlı çoxlu xoşagəlməz söz-söhbətlər yayılıb. Həmin donor strukturlarının seçdikləri layihələrin əksəriyyəti birmənalı qarşılanmır, qeyri-rəsmi söhbətlərdə korrupsiya və rüşvət faktlarına eyhamlar olur. Amma indiyədək heç bir qeyri-hökumət təşkilatı bu donor strukturlarını rəsmi qaydada tənqid etməyib, qanun pozuntularından danışmayıb. Sizin mövqeyiniz necə olacaq?
- Təəssüf ki, bəzi donorların hansısa fəaliyyəti bu kimi söz-söhbətə əsas verir. Biz donorların şəffaf fəaliyyət göstərməsini istəyirik və bu istiqamətdə də fəaliyyətimiz davam edir. Bizə çatan söhbətlərədə də belə faktlar var. Məsələn, bir beynəlxalq təşkilatda təmsil olunan QHT-lərin adlarını açıqlamaq kifayətdir ki, həmin faktların bir qisminə aydınlıq gəlsin. Seçilən layihələr də eləcə. Bəzən layihələrin qiymətləndirilməsi ilə bağlı bir il gecikmə olur. Bunlar yolverilməzdir. Donorlar şəffalığı gözləməlidir. Elə QHT-lər özləri də. Biz vətəndaş cəmiyyəti qurumları olaraq, müxtəlif təşkilatlardan şəffaf işləmələrini tələb edirik. Onun üçün də ilk növbədə özümüz bu prinsiplərə əməl etməliyik. Donorlar isə digər qurumlar kimi cəmiyyətə açıq olmalıdır. Fəaliyyətləri şəffaf olmalıdır. QHT-lərə Dövlət Dəstəyi Şurası bu mənada xarici donorlara da nümunə ola bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Klarneti həmin aparıcının ağzına soxacağam..." - Hüseyn HƏDƏLƏDİ
Bu gün, 07:44 |
|
|
|
• Ermənistan Konstitusiyanı dəyişdirmədən sülh sazişi imzalamaq olmaz - Başqa cür ola da bilməz...
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan ittifaqı sınaq qarşısında - Yollar ayırdı bizi?...
Bu gün, 07:32 |
|
|
|
• Tarixi qərarsızlıq və müsbət gözləntilər - Təqaüdə bir addım qaldı
Bu gün, 07:29 |
|
|
|
• 75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? - AKTUAL
Bu gün, 07:27 |
|
|
|
• Rusiyanı qoruyan “əl” geri çəkildi: - Mövqelər sarsılıb, yeni hədəf odur
Bu gün, 07:23 |
|
|
|
• Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? - BU NƏDİ BELƏ?..
Dünən, 19:00 |
|
|
|
• Mərkəzi Bank İKT avadanlıqları aldı
Dünən, 18:58 |
|
|
|
• Günahsız günahkar, yaxud Azərbaycan aynasında kim necə görünür? - AKTUAL
Dünən, 18:00 |
|
|
|
• Keçmiş TSEK sədrinin iddiası instansiyasına göndərdildi
Dünən, 17:57 |
|
|
|
• 1 saylı Şəhər Poliklinikasının həkimi nədən narazıdır? - TƏFƏRRÜAT
Dünən, 17:54 |
|
|
|
• Milli Məclisin gələn il üçün xərclər smetası məlum olub
Dünən, 17:51 |
|
|
|
• "Baku TV RU"nun baş redaktoru Natella Osmanlı Moskvada "Feyklər barədə dialoq 2.0" forumunda
Dünən, 17:45 |
|
|
|
• “Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” – Tibb işçilərindən rəsmi qurumlara MÜRACİƏT
Dünən, 17:37 |
|
|
|
• Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron
Dünən, 17:33 |
|
|
|
• Tərtərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd olunub - FOTO
Dünən, 17:28 |
|
|
|
• Müxalifət partiyası YAP-ı belə TƏBRİK ETDİ
Dünən, 17:25 |
|
|
|
• Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ...
Dünən, 17:13 |
|
|
|
• Saxta nikah xidməti göstərən azərbaycanlı həbs olundu - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
• “Səviyyəsiz səhnəciklərə baxanlarda günah yoxdur” - Əməkdar artistdən SƏRT REAKSİYA
Dünən, 17:00 |
|
|
|
• Uşaqpulu bu tarixdən bərpa olunacaq? - AÇIQLAMA
Dünən, 16:57 |
|
|
|
• Növbədə psixoloqlardır: - Az maaş, problemli müəllim və şagirdlər...
Dünən, 16:52 |
|
|
|
• Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:44 |
|
|
|
• Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir - SƏRƏNCAM
Dünən, 16:40 |
|
|
|
• `LEO BANK` yenə də aldadır... - AXI NİYƏ?..
Dünən, 16:35 |
|
|
|
• Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb
Dünən, 16:26 |
|
|
|
• Model Razi ANA OLDU - FOTO
Dünən, 16:18 |
|
|
|
• Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və Qallantın həbsinə order verib
Dünən, 16:15 |
|
|
|
• Günah nə SOCAR-dadır, nə Santuşda - Futbolçu topu boş qapıdan keçirə bilmirsə…
Dünən, 16:10 |
|
|
|
• Pul gəlsin deyə mənəviyyatımızı ayaqlar altına ata-ata yox olacağıq - Əməkdar artist
Dünən, 16:01 |
|
|
|
• Nəsrullahın bir konkret mesajı məhvinə səbəb oldu – İDDİA
Dünən, 15:59 |
|
|
|
• “400 minlik yeyintidən xəbərim olmayıb” - Arif Rəhimov
Dünən, 15:56 |
|
|
|
• Dənizçilər üçün UNİKAL VƏSAİT: - Ülfət Quliyevin yeni kitabı ÇIXDI
Dünən, 15:52 |
|
|
|
• Paşinyan Qarabağdan gedənlərə yardımı dayandırır
Dünən, 15:22 |
|
|
|
• Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:19 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 61%, qiyməti isə 9% artıb
Dünən, 15:17 |
|
|
|
• Məktəblərdə ciddi çatışmazlıq – 8 şagirdə 1 kompüter düşür
Dünən, 15:14 |
|
|
|
• “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
Dünən, 15:08 |
|
|
|
• Erməni deputat dilə gəldi: - "Qarabağ Azərbaycan torpağıdır "
Dünən, 15:01 |
|
|
|
• Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Fəqan Həmidovun ailəsini ziyarət edib - FOTO
Dünən, 14:59 |
|
|
|
• Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur - DETALLAR
Dünən, 14:55 |
|
|
|
• Şər-böhtan kampaniyası iflasa uğradı - deputat
Dünən, 14:00 |
|
|
|
• Azərbaycanda BOKT ləğv edilir
Dünən, 13:58 |
|
|
|
• Görünür, ABŞ səfiri çıxışında məhz bu təmasları nəzərdə tutub... - ŞƏRH
Dünən, 13:06 |
|
|
|
• Elza Seyidcahanın iddiasına DİM-dən cavab
Dünən, 13:02 |
|
|
|
• Maliki SEPAH-ın tezisləri üzrə çıxış edir - deputat
Dünən, 12:59 |
|
|
|
• Türkiyədə azərbaycanlı qadın güllələnərək qətlə yetirildi - VİDEO
Dünən, 12:53 |
|
|
|
• “30 il erməniləri Qarabağı sevməyə məcbur ediblər - Ovannisyan
Dünən, 12:48 |
|
|
|
• Güneyli məhbus işgəncə ilə öldürüldü - Fars-molla rejimindən VƏHŞİLİK
Dünən, 12:45 |
|
|
|
• ABŞ səfirinə İrəvandan cavab: - “Bakı ilə belə bir təmas olmayıb”
Dünən, 12:42 |
|
|
|
|