Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd edilib .....                     "Klarneti həmin aparıcının ağzına soxacağam..." .....                     Ermənistan Konstitusiyanı dəyişdirmədən sülh sazişi imzalamaq olmaz .....                     Türkiyə-Azərbaycan ittifaqı sınaq qarşısında .....                     Tarixi qərarsızlıq və müsbət gözləntilər .....                     75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? .....                     Rusiyanı qoruyan “əl” geri çəkildi: .....                     Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? .....                     Mərkəzi Bank İKT avadanlıqları aldı .....                     Günahsız günahkar, yaxud Azərbaycan aynasında kim necə görünür? .....                     Keçmiş TSEK sədrinin iddiası instansiyasına göndərdildi .....                     1 saylı Şəhər Poliklinikasının həkimi nədən narazıdır? .....                     Milli Məclisin gələn il üçün xərclər smetası məlum olub .....                     "Baku TV RU"nun baş redaktoru Natella Osmanlı Moskvada .....                     “Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” .....                     Parisin Bakıya “cırtdanlar”la hücumu .....                     Tərtərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd olunub .....                     Müxalifət partiyası YAP-ı .....                     Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi .....                     Saxta nikah xidməti göstərən azərbaycanlı həbs olundu .....                     “Səviyyəsiz səhnəciklərə baxanlarda günah yoxdur” .....                     Uşaqpulu bu tarixdən bərpa olunacaq? .....                     Növbədə psixoloqlardır: .....                     Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... .....                     Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir .....                     `LEO BANK` yenə də aldadır... .....                     Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb .....                     Model Razi ANA OLDU .....                     Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və Qallantın həbsinə order verib .....                     Günah nə SOCAR-dadır, nə Santuşda .....                     Pul gəlsin deyə mənəviyyatımızı ayaqlar altına ata-ata yox olacağıq .....                     Nəsrullahın bir konkret mesajı məhvinə səbəb oldu .....                     “400 minlik yeyintidən xəbərim olmayıb” .....                     Dənizçilər üçün UNİKAL VƏSAİT: .....                     Paşinyan Qarabağdan gedənlərə yardımı dayandırır .....                     Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? .....                     İdxal olunan hibrid avtomobillərin sayı 61%, qiyməti isə 9% artıb .....                     Məktəblərdə ciddi çatışmazlıq .....                     “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib .....                     Erməni deputat dilə gəldi: .....                 

“FƏRHAD VƏ RAFİQ ƏLIYEVLƏRİN HƏBSİNİN ƏSASI YOXDUR”
Tarix: 7-02-2012, 14:12 | Çap et
“FƏRHAD VƏ RAFİQ ƏLIYEVLƏRİN HƏBSİNİN ƏSASI YOXDUR”

“AVROPA İNSAN HAQLARI MƏHKƏMƏSİ ONLARA BƏRAƏT VERMƏLİ İDİ”


Cəmil Həsənlinin Turan-a müsahibəsi
- Cəmil bəy, bildiyimiz kimi, bu il Avropa Şurasinin qış sessiyasinda Azərbaycanda siyasi məhbuslarla bağlı məsələlərə ciddi diqqət yetirildi. Bu nə ilə bağlı idi?

- Bu, ilk növbədə Azərbaycanda insan haqlarının kobud və kütləvi şəkildə pozulmasının davam etməsi və siyasi məhbus probleminin kritik həddə çatması ilə bağlıdır. Avropa Şurası, Avropa Birliyi, ATƏT və insan hüquqlarının müdafiəsi üzrə nüfuzlu beynəlxalq təşkilatlarının dəfələrlə müraciət etməsinə, kəskin tənqidi fikirlər söyləməsinə baxmayaraq, ölkəmizdə bu məsələlər həll olunmamış qalır. Onlarla istedadlı gənc, öz konstitusiya hüquqlarından yararlanmaq istəyən vətəndaşlar, dini təşkilatların nümayəndələri saxta ittihamlarla həbs olunublar. Bəzən deyirlər ki, siyasi məhbus anlayışının tərifi yoxdur, niyə Azərbaycandan belə şeylər tələb edilməlidir? Bunu bəlkə də hansısa bir xariciyə demək olar. Axı ölkə içində hamı bilir ki, siyasi və sosial cəhətdən fəal olan vətəndaşlar necə qurama, saxta ittihamlarla həbs edilir. İnsanların cibinə narkotik maddə, evinə və maşınına silah atıb, üzünə saxta şahidlər qoyub etmədikləri əməllərə görə həbslər həyata keçirilirsə siyasi məhbus anlayışının birinci siyasi təzahürüdür.

Ruslan Bəşirlinin, Bəxtiyar Hacıyevin, az əvvəl azad edilmiş Cabbar Savalanın, Şahin Həsənlinin, Sahib Kərimovun, mənim keçmiş tələbəm Məhəmməd Məcidlinin, BDU-nun magistri Tural Abbaslının, AXCP fəalı Zülfüqar Eyvazlının, jurnalist Əvəz Zeynalının, Xalq hərəkatının fəallarından biri olmuş Nemət Pənahlının, bütövlükdə 2 aprel mitinqçilərinin saxta ittihamlarla həbsə atılması siyasi məhbus anlayışının tərifini böyük hərflərlə Azərbaycanın adına yazır. Əgər bu gün Azərbaycanın müstəqillik aktını imzalamış Arif Hacılı şər, böhtan, saxta şahid ifadələri ilə həbsə atılıbsa bu, yalnız siyasi sifarişlə baş verib.

Arif bəy həmin tarixi sənədə imza atanda bu gun hakimiyyətdə oturanların çoxu müstəqillik anlayışından ya uzaq idilər, ya da onun əleyhdarları sırasında idilər. Görünür bu da taleyin azərbaycansayağı bir istehzasıdır. Ötən müddətdə Avropa da gördü, dünya da gördü ki, Avropa Şurasının üzvü olan Azərbaycanda insanları necə zorakı üsullarla, saxta ittihamlarla həbs edirlər. Elə götürək Fərhad və Rafiq Əliyev qardaşlarının işini. Bu qardaşlara münasibətdə istintaq və məhkəmə orqanları tərəfindən qüvvədə olan Azərbaycan qanunlarının 200-dən çox norması pozuldu. Şübhəsiz ki, belə şəraitdə Avropa İnsan Haqları Məhkəməsi onlara bəraət verməli idi və verdi də.

-Yeri gəlmişkən, AŞPA-nın qış sessiyasında Fərhad və Rafiq Əliyev qardaşlarının da məsələsi diqqət mərkəzində olub.

- Bu, birinci dəfə deyil. Fərhad və Rafiq Əliyevlərin hüquqları addımbaşı kobud şəkildə pozulduğundan, bu qardaşların insan və vətəndaş haqlarına heç bir məhəl qoyulmadığından AŞPA-nın müxtəlif komitələri dəfələrlə onların məsələsini müzakirə edib və Azərbaycan hökumətinə tövsiyələr verib. Təəssüflər olsun ki, həmin tövsiyələrin heç birinə məhəl qoyulmayıb. Bu ilin yanvar ayında AŞPA-nın İnsan Hüquqları üzrə Komitəsində onların məsələsinin diqqət mərkəzində saxlanması bu qardaşların hər ikisinin qanunsuz həbsi, günahsız olması haqqında Strasburq məhkəməsinin müvafiq qərar qəbul etməsi ilə bağlıdır.

Biz dəfələrlə yazmışıq, demişik və müxtəlif açıqlamalarda bəyan etmişik ki, bu qardaşları saxta ittihamlarla, siyasi mülahizələrlə tutublar. İndi insan hüquqlarına dair beynəlxalq məhkəmənin qətnaməsi ilə təsdiq olundu ki, Fərhad Əliyev də, Rafiq Əliyev də qanunsuz həbs olunublar. Əgər həbs qanunsuz olubsa ondan sonar gələn bütün hüquqi prosedurlar qanunsuz xarakter daşıyır. Avropa Şurasının üzvü olan və qanunların normal işlədiyi ölkələrdə əgər kiminsə haqqında belə qərar qəbul olununarsa, dərhal onu azad edir və qanunsuz həbsin doğrduğu hüquqi nəticələr aradan qaldırılır.

Təsəvvür edin ki, hələ 2010-cu il noyabr ayının 9-da Strasburq məhkəməsi Fərhad Əliyevin qanunsuz həbs edilməsi, onun uzun müddət qanunsuz həbsdə saxlanması, həbsinin qanunauyğun olub-olmamasını araşdıran məhkəmələrin ədalətsiz keçirilməsi, vəzifəli şəxslərin və hüquq-mühafizə orqanlarının məhkəmənin hökmü olmadan onu cinayətkar elan etməklə Fərhad Əliyevin təqsirsizlik prezumpsiyasını pozmasını təsdiq edib. Bu pozuntulara və digər qanuna zidd əməllərə görə Azərbaycan hökumətinin üzərinə böyük maliyyə sanksiyaları qoyuldu. Ötən ilin dekabr ayının 6-da Starsburq məhkəməsinin müvafiq qərarı Rafiq Əliyev haqqında da oldu. Bu qardaşların məsələsinin bu gün diqqət mərkəzində olması onlara münasibətdə haqsızlığın heç bir əndazəyə sığmaması ilə bağlıdır.

- Strasburqda akkreditə olunan 10-na yaxın avropalı səfirin bu məsələni müzakirəyə çıxarması, görünür, bununla bağlıdır.

- Beynəlxalq Tərəfdaşlıq Qrupunun və “İnsan Haqları Uğrunda” İctimai Birliyin Strasburqda Avropa Şurası Parlament Assambleyası Nazirlər Komitəsinin səfirləri ilə görüşündə Fərhad və Rafiq Əliyev qardaşlarının məsələsinə də diqqət yetirilib. Görüşdə 10 ölkənin - Almaniya, Fransa, Böyük Britaniya, Finlandiya, Norveç, İsveç, Estoniya, Avstriya, Macarıstan və Danimarkanın səfirləri iştirak ediblər. Bu görüşdə ən çox müzakirə olunan məsələ Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icra olunmaması ilə bağlı olub. Fərhad Əliyev haqqında Strasburq məhkəməsinin bir il üç ay bundan əvvəl qəbul olunmuş qərarının icra edilməsməsi bunun aydın ifadəsidir. Məhz həmin qərara əsasən Konvensiyanın 5-ci maddəsi üzrə Fərhad Əliyevin hüquqlarının pozulduğu və həbs edilməsinin qanunsuz olduğu tanınıb. Əslində, üç ay ərzində respublikada bu işə baxılmalı və müvafiq addımlar atılmalı idi.

Ən azı bu müddətdə Ali Məhkəmənin Plenumu Avropa Məhkəməsinin mövcud qərarından doğan nəticələrlə əlaqədar olaraq hüquqi qiymət verməli və müvafiq qaydada kompensasiya ödənməli idi. Halbuki, bu addımların heç biri olmayıb. Təsəvvür edin ki, Strasburqda qərarın qəbul olunmasından bir il sonra F. Əliyevin vəkili Azərbaycan Ali Məhkəməsində bu işə baxılıb-baxılmaması ilə bağlı müraciət edir və bu müraciətə hansı cavabı alır. Cavabda göstərilir ki, “F.Əliyevin işi üzrə Avropa Məhkəməsinin qeyd olunan qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq ərizəçinin işinə yenidən baxılması üçün əsasların olub-olmamasını müəyyən etmək mümkün deyil”.

Sual olunur: üç ay ərzində yerinə yetirilməli olan iş bir il üç ərizində niyə yerinə yetirilmir? Axı hələ 2003-cü ildə Azərbaycan prezidenti bu işlərə intensiv xarakter vermək üçün sərəncam imzalayıb və həmin sərəncamla İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respubikasının səlahiyyətli nümayəndəsi vəzifəsi təsis edilib, onun əsasnaməsi təsdiq edilib, bu vəzifəyə müvafiq şəxs təyin edilib, dövlət büdcəsindən maliyyələşən aparat yaradılıb. Əgər bir il üç ay ərzində F.Əliyev haqqında Strasburq məhkəməsinin qərarı baxılmaq üçün Azərbaycan Ali Məhkəməsinə yetişməyibsə, deməli buna mane olan nüfuzlu dairələr var, deməli bu məsələnin özünün də siyasi məqamları var. Ölkənin ən “stajlı” və ən üzdə olan siyasi məhbusuna belə münasibət şübhəsiz ki, texniki səbəblərlə izah edilə bilməz.

- Fərhad və Rafiq Əliyevlərə qarşı belə sərt münasibət nə ilə bağlıdır?

- Əlbəttə, bunun çox səbəbləri var. Bu, ilk növbədə nazir işləyərkən Fərhadın təklif etdiyi və bu təkliflər əsasında qismən həyata keçirilən islahatların bir sıra vəzifəli şəxslərin və hətta ayrı-ayrı qonşu ölkələrin maraqlarına toxunması ilə bağlıdır. Məsələn, məhz F.Əliyevin təşəbbüsü ilə lisenziyalaşdırılmış fəaliyyət növlərinin sayı 230-dən 30-a endirildi. Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısı alınmaq üçün müfafiq addımlar atıldı, inhisarçılıq, korrupsiya, ölkənin iqtisadi inteqrasiyası ilə bağlı ciddi fikirlər səsləndirildi. Azərbaycan cəmiyyəti üçün dünən də, bu gün də bu təşəbbüsdə bulunmaq qorxulu tendensiyadır. Əslində, Wikileaksin Azərbaycana aid materialları bir çox məsələlərlə yanaşı F. Əliyevlin həbsi ilə bağlı məsələlərə də aydınlıq gətirdi.

Bu işin arxasında duran siyasi niyyətlər və siyasi dairələr üzə çıxdı. Hakimiyyətin ona qərəzli münasibəti, törətmədiyi əməllərdə onu ittiham etmək cəhdləri aydın oldu. Təsəvvür edin ki, müvafiq hakimiyyət orqanları F. Əliyevin guya tanınmış jurnalist Elmar Hüseynovu öldürməsi kimi cəfəng iddiaya Amerika səfirini inandırmağa calışıblar, yaxud Amerika rəsmiləri ilə keçirilmiş görüşlərdə onu İranın adamı kimi təqdim ediblər. İstintaqın gedişində sübuta yetirlilməyən dövlət çevrilişində onu ittiham ediblər. Bütün bunlar hamısa Fərhad Əliyev və onun qardaşı Rafiq Əliyevin siyasi mülahizələrlə həyata keçirilmiş həbsi haqqında əlavə təsdiqedici materiallar verir.

- Səhv etmirəmsə məhkəmə prosesində Fərhad Əliyev özü də ondan dövlət çevrilişi haqqında təsdiqləyici ifadələr verməyə məcbur edildiyini demişdi.

- Bəli, məhkəmə yeni başlayanda istintaq orqanlarının şahidlərə təzyiq göstərməsi, onların açıq-aşkar hədələnməsi, sübutların saxtalaşdırılması istiqamətində olmuş qanun pozuntuları barədə F. Əliyev məlumat verdi və istintaq prosesində ona edilmiş təkliflər barədə də danışdı. Ondan guya dövlət çevrilişini maliyyələşdirmək məqsədilə R.Quliyevə pul verdiyini, “narıncı inqilab” etmək niyyətində olduğunu və onu buna guya Amerika, Böyük Britaniya, Almaniya və digər dövlətlərin rəsmilərinin və onların Bakıdakı səfirliklərinin təhrik etdiyini etiraf etmək tələb olunurdu. Azadlığa çıxmaq üçün olmayan günahını etiraf edib, dövlət başçısından üzr istəməli və ondan əfv olunmağını xahiş etməli, habelə, “azadlıq naminə” 100 milyon ABŞ dolları ödəməyə razılıq verməli idi. Onun əleyhinə işgəncələr yolu ilə ifadələr alınırdı və belə ifadələr verməkdən imtina etmiş İqtisadi İnkişaf Nazirliyinin department direktoru Əlihüseyn Şaliyev həbs yerində müəmmalı şəkildə dünyasını dəyişdi. Təsəvvür edin ki, həmin haqsız münasibət məhkəmə dövründə davam etdi və hazırda da davam edir.

Demək olar ki, bütün məhkəmə iclaslarına Rafiq Əliyev hər gün hakimdən, prokurordan soruşurdu: zəhmət çəkib izah etsinlər ki, onu niyə tuturlar. Bütün məhkəmə boyu bunu ona izah edən tapılmadı. Rafiq Əliyevə qarşı ittihamların çoxu “Azpetrol” şirkəti ilə bağlı idi. Halbuku, Rafiqin tutulması ilə bağlı “Azpetrol” şirkəti bir gün də fəaliyyətini dayandırmadı. Onun guya bəlli ünvanlarda bir sıra obyektləri qanunsuz ələ keçirməsi barədə ittihamlar var idi. Halbuki, Rafiq həbsdə ola-ola həmin obyektlər öz işlərini davam etdirir. Bütün bunlar Fərhad və Rafiq Əliyevlərə qarşı irəli sürülmüş iddiaların saxta olduğunu, heç bir məhkəmə araşdırılması aparılmadan, məhz siyasi sifarişlə Azərbaycan məhkəmələrində onlara hökm oxunduğunu, bu gün də qanunsuz olaraq həbsdə saxlandıqlarını təsdiq edir. Avropa İnsan Haqları Məhkəməsi Fərhad Əliyevlə bağlı qəbul etdiyi 9 noyabr 2010-cu il tarixli qərarla, Rafiq Əliyev haqqında isə qəbul etdiyi 6 dekabr 2011-ci il tarixli qərarla bu şəxslərin qanunsuz həbs olunduğunu, qanunsuz həbsdə saxlanıldığını, onlara münasibətdə qərəzli istintaqın aparıldığını təsdiq etdi. Azərbaycan hökuməti bu qanunsuzluqlara görə cərimələndi.

Strasburq məhkəməsi Azərbaycanın daxil olduğu hüquq sitemində ən yüksək instansiyadır və bu məhkəmə bu insanların günahsızlığını təsdiq etdi. Bəs bu adamlar öz günahsızlığını sübut etmək üçün daha nə etməlidir? Bir sıra rəhbər dairələr bu qardaşlarla bağlı məsələləri məhkəmələrlə əlaqələndirir və deyirdilər ki, gedib günahsız olduqlarını məhkəmədə sübut etsinlər. Və onlar da günahsız olduqlarını, qanunsuz tutulduqlarını hələ ki bu gün dünyanın ən yüksək məhkəmə instansiyası sayılan Avropa İnsan Haqları Məhkəməsində sübuta yetirdilər. İndi onları həbsdə saxlamaq heç bir hüquqi anlayışa sığmır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd edilib - FOTO
Bu gün, 08:30
"Klarneti həmin aparıcının ağzına soxacağam..." - Hüseyn HƏDƏLƏDİ
Bu gün, 07:44
Ermənistan Konstitusiyanı dəyişdirmədən sülh sazişi imzalamaq olmaz - Başqa cür ola da bilməz...
Bu gün, 07:36
Türkiyə-Azərbaycan ittifaqı sınaq qarşısında - Yollar ayırdı bizi?...
Bu gün, 07:32
Tarixi qərarsızlıq və müsbət gözləntilər - Təqaüdə bir addım qaldı
Bu gün, 07:29
75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? - AKTUAL
Bu gün, 07:27
Rusiyanı qoruyan “əl” geri çəkildi: - Mövqelər sarsılıb, yeni hədəf odur
Bu gün, 07:23
Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? - BU NƏDİ BELƏ?..
Dünən, 19:00
Mərkəzi Bank İKT avadanlıqları aldı
Dünən, 18:58
Günahsız günahkar, yaxud Azərbaycan aynasında kim necə görünür? - AKTUAL
Dünən, 18:00
Keçmiş TSEK sədrinin iddiası instansiyasına göndərdildi
Dünən, 17:57
1 saylı Şəhər Poliklinikasının həkimi nədən narazıdır? - TƏFƏRRÜAT
Dünən, 17:54
Milli Məclisin gələn il üçün xərclər smetası məlum olub
Dünən, 17:51
"Baku TV RU"nun baş redaktoru Natella Osmanlı Moskvada "Feyklər barədə dialoq 2.0" forumunda
Dünən, 17:45
“Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” – Tibb işçilərindən rəsmi qurumlara MÜRACİƏT
Dünən, 17:37
Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron
Dünən, 17:33
Tərtərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd olunub - FOTO
Dünən, 17:28
Müxalifət partiyası YAP-ı belə TƏBRİK ETDİ
Dünən, 17:25
Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ...
Dünən, 17:13
Saxta nikah xidməti göstərən azərbaycanlı həbs olundu - TƏFƏRRÜAT
Dünən, 17:02
“Səviyyəsiz səhnəciklərə baxanlarda günah yoxdur” - Əməkdar artistdən SƏRT REAKSİYA
Dünən, 17:00
Uşaqpulu bu tarixdən bərpa olunacaq? - AÇIQLAMA
Dünən, 16:57
Növbədə psixoloqlardır: - Az maaş, problemli müəllim və şagirdlər...
Dünən, 16:52
Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:44
Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir - SƏRƏNCAM
Dünən, 16:40
`LEO BANK` yenə də aldadır... - AXI NİYƏ?..
Dünən, 16:35
Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb
Dünən, 16:26
Model Razi ANA OLDU - FOTO
Dünən, 16:18
Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və Qallantın həbsinə order verib
Dünən, 16:15
Günah nə SOCAR-dadır, nə Santuşda - Futbolçu topu boş qapıdan keçirə bilmirsə…
Dünən, 16:10
Pul gəlsin deyə mənəviyyatımızı ayaqlar altına ata-ata yox olacağıq - Əməkdar artist
Dünən, 16:01
Nəsrullahın bir konkret mesajı məhvinə səbəb oldu – İDDİA
Dünən, 15:59
“400 minlik yeyintidən xəbərim olmayıb” - Arif Rəhimov
Dünən, 15:56
Dənizçilər üçün UNİKAL VƏSAİT: - Ülfət Quliyevin yeni kitabı ÇIXDI
Dünən, 15:52
Paşinyan Qarabağdan gedənlərə yardımı dayandırır
Dünən, 15:22
Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:19
İdxal olunan hibrid avtomobillərin sayı 61%, qiyməti isə 9% artıb
Dünən, 15:17
Məktəblərdə ciddi çatışmazlıq – 8 şagirdə 1 kompüter düşür
Dünən, 15:14
“Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
Dünən, 15:08
Erməni deputat dilə gəldi: - "Qarabağ Azərbaycan torpağıdır "
Dünən, 15:01
Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Fəqan Həmidovun ailəsini ziyarət edib - FOTO
Dünən, 14:59
Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur - DETALLAR
Dünən, 14:55
Şər-böhtan kampaniyası iflasa uğradı - deputat
Dünən, 14:00
Azərbaycanda BOKT ləğv edilir
Dünən, 13:58
Görünür, ABŞ səfiri çıxışında məhz bu təmasları nəzərdə tutub... - ŞƏRH
Dünən, 13:06
Elza Seyidcahanın iddiasına DİM-dən cavab
Dünən, 13:02
Maliki SEPAH-ın tezisləri üzrə çıxış edir - deputat
Dünən, 12:59
Türkiyədə azərbaycanlı qadın güllələnərək qətlə yetirildi - VİDEO
Dünən, 12:53
“30 il erməniləri Qarabağı sevməyə məcbur ediblər - Ovannisyan
Dünən, 12:48
Güneyli məhbus işgəncə ilə öldürüldü - Fars-molla rejimindən VƏHŞİLİK
Dünən, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru