“Spero Hospital“da qalmaqal .....                     Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender .....                     Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır .....                     Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır .....                     "O pulu sizə halal etmirəm" .....                     Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət .....                     “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” .....                     Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır .....                     Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək .....                     Rüfət Səfərovun həbsinə nə səbəb olub? .....                     "Oğlumun qanını yerdə qoymayacağam" .....                     Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... .....                     Suriyadakı proses Ukraynada da təkrarlana bilər .....                     Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? .....                     ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir .....                     "Ya oxumağını et, ya da kinoya çəkil..." .....                     “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı .....                     Rüfət Səfərova HÖKM OXUNDU .....                     Avropa Ukraynanı fəda etmək niyyətində deyil: .....                     310 min manatlıq torpaq maxinasiyası... .....                     Turan ideyasına qarşı yaradılan “gizli əl” .....                     Generalın şikayəti təmin edilmədi .....                     Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil .....                     Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar .....                     Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? .....                     Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir .....                     Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır .....                     Ədliyyə naziri onu rəis TƏYİN ETDİ .....                     “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” .....                     "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… .....                     Bu rəhbər şəxslərə şiddətli töhmət verildi .....                     "Azpulmat" və "Manato" qaydaya əməl etmir... .....                     Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? .....                     Rütte Kiyevi hələ səbrli olmağa çağırıb .....                     “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi .....                     Messi və komanda yoldaşları Bakıya gəlir .....                     Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... .....                     Arabir yağış yağacağı gözlənilir .....                     Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib .....                     "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." .....                 

OQTAY ŞİRƏLİYEV KORRUPSİONERƏ VƏZİFƏ VERİR
Tarix: 13-02-2012, 12:01 | Çap et
OQTAY ŞİRƏLİYEV KORRUPSİONERƏ VƏZİFƏ VERİR

KORRUPSIYA İTTIHAMI İLƏ HƏBS OLUNMUŞ KÖNÜL VƏLİYEVA İLƏ BAĞLI ŞOK FAKTLAR

DİA.AZ: - Ötən ilin yanvar ayından korrupsiyaya qarşı mübarizə kampaniyası çərçivəsində müxtəlfi dövlət qurumlarında həbslər aparılmışdı. İri çəkili korrupsionerlərə gözün üstə qaşın var deyilməsə də bəzi həkimlər, xırda məmurlar məsuliyyətə cəlb olunmuşdu. Hüquq mühafizə orqanlarının rəhbərləri işdən çıxarılan, həbs olunan işçilər barədə prezidentə və ictimaiyyətə əhatəli məlumatlar vermirdilər. Prezident İlham Əliyev də Yeni il təbrikində ölkədə korrupsiyaya qarşı amansız mübarizə getdiyini bəyan etmişdi.

Amma bir il keçməmiş ağır cəza alan «korupsionerlər» bir-bir azadlığa buraxılır.

Rüşvət cinayətində ittiham olunan Səhiyyə Nazirliyinin Narkoloji Dispanserini baş həkimi Könül Vəliyeva və idspanserin həkimi Faiq Quliyev məhkəmənin qərarı ilə azadlığa buraxılıb. Onlar müvafiq olaraq 6.5, və 6 il müddətinə cəzalandırılmışdılar.

Ötən ilin eyni dövrdə başlayan anti-korrupsiya tədbirləri görüntü xarakteri daşıması o zaman da bəlli idi. Korrupsiya və rüşvətxorluq maddəsi ilə tutulan şəxslərin azadlığa buraxılması təsdiq edir ki, tədbirlər formal idi. Ola bilsin əsaslandıracaqlar ki, Azərbaycan məkhəmələri müsəqildir və qərarı onlar çıxarıb. Amma hər kəsə bəllidir ki, ölkədə müstəqil məhkəmə yoxdur, icra hakimiyyətinə tabedir. Ötən il «ərəb baharı» başlayanda, hakimiyyət təşvişə düşdü. Toplantı keçirərək, guya korrupsiyaya qarşı ciddi mübarizəyə başladıqlarını bəyan etdilər. Buna müvafiq olaraq, bir neçə nəfəri şou xətrinə həbs etdilər və sonra da yavaş-yavaş azadlığa buraxacaqlar. Yüksək səviyyədə bir məmur nə işdən çıxarıldı, nə də həbs edildi. Ən zəif adamları qurban verirlər. Sonradan da onların bəzilərini xilas edirlər. İşçi korrupsiyaya görə ittiham olunursa, onun rəhbərliyi niyə məsuliyyət daşımır. Bunu Təhsil Nazirliyinin şöbə müdiri Orxan Kərimovun timsalında göstərmək olar.

Dövlət büdcəsinin 40-50 faizi qeyri şəffaf investisiya xərclərinə yatırılır. Həmin pullar real korrupsiya mənbəyidir. Buna qarşı mübarizə aparmaq da isə acizdirlər. Bu o deməkdir ki, ölkə korrupsiya dövlət səviyyəsindədir.

Onu da bildirək ki, Narkoloji Dispanserini baş həkimi Könül Vəliyeva ilə bağlı qərarsızlıq, daha doğrusu onun həbsdən azad ediləcəyi və həbsinin simvolik xarakter daşıması ilə bağlı əminlik hələ əvvəlcədən mövcud idi. Və bu da Vəliyevanın arxasında dayanan qüvvələrin əzəməti ilə əlaqələndirilir.

Xatırladaq ki, hələ keçən ilin ortalarında Korrupsiyada ittiham edilərək işdən azad olunduğu bildirilən Narkoloji Mərkəzin (Narkoloji Dispanser keçən ilin iyunun 14-dən Narkoloji Mərkəz adlandırılır) sabiq baş həkimi Könül Vəliyeva yenidən Mərkəzə bərpa edilmişdi. O, həmin tarixdən etibarən Narkoloji Mərkəzin direktor müavinidir. Mərkəzin direktoru Telman Məmmədhəsənovun həmin ərəfədə verdiyi məlumata görə, Könül Vəliyeva iyunun 20-də Səhiyyə Nazirliyinin əmri ilə müalicə işləri üzrə müavini təyin edilib.

Bildirək ki, Baş Prokurorluğun mətbuat xidmətinin iyunun 7-də yaydığı məlumata görə, Respublika Narkoloji Dispanserinin həkimi Elgiz Mustafazadənin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "Qaynar xətt"inə daxil olmuş müraciəti əsasında mayın 5-də vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi başlanıb.

Baş prokurorluğun məlumatına görə, istintaqla müəyyən edilib ki, 2006-2011-ci illərdə Narkoloji Dispanserin baş həkimi Könül Vəliyeva həkim Rumziyyə Maçanovanın vasitəsi ilə qanunsuz olaraq hər ay dispanserin həkimlərindən 150-200 manat məbləğində pul alıb. Həmin məbləği verməyən həkimləri isə işdən azad etməklə hədələyib. Bundan başqa, Könül Vəliyeva xəstələri onlara pulsuz verilməli olan dərman preparatları ilə təmin etməyib və s. qanunsuzluqlara yol verib.

Onu da bildirək ki, Könül Vəliyeva barəsində bu boyda həngamənin çıxmasına rəğmən mətbuata açıqlamalar verərək hüquq-mühafizə orqanlarının əməliiayt xəbərlərini də təkzib etmişdi.O, telekanallardan birinə müsahibəsində “belə bir şeyin olmadığını”, dispanserin mərkəzə çevrildiyini və özünün də həmin mərkəzin müalicə işləri üzrə direktor müavini təyin edildiyini demişdi. Barəsində cinayət işi açılması ilə bağlı suala gəldikdə, sabiq baş həkim bütün sualları Səhiyyə Nazirliyinə verməyi məsləhət görüb.

Mərkəzdən onu da öyrəndik ki, pul yığımında Könül Vəliyevaya yardımçı olmaqda ittiham edilən Rumziyyə Maçanova da hazırda öz işində çalışır.

Xatırladaq ki, Baş Prokurorluğun iyunun 7-də yaydığı məlumatda istintaqla korrupsiya hallarının müəyyən edildiyi bildirilsə də, qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov həmin zamankı açıqlamasında bildirmişdi ki, cinayət işi sabiq baş həkim barəsində deyil, şikayətlə bağlı toplanan materiallar üzrə açılıb: “Cinayət işi başlanılıb və tərəfimizdən istintaq davam etdirilir. Sabiq baş həkim hələ ittiham olunmur, ona ittiham elan edilməyib”.

Onu da bildirək ki, bu, korrupsiyada ittiham olunub, sonradan azad edilənlərlə bağlı yeganə hal deyil. 2011-ci ilin fevralında Şəkidə iş adamını intihar həddinə çatdırmaqda ittiham edilən digər dövlət məmuru, rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Yusif Abdurrəhmanov da hazırda evindədir.

Xatırladaq ki, Respublika Prokurorluğu Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Yusif Abdurrəhmanov və digər müavin Eldəniz Qəhrəmanov barəsində vəzifə səlahiyyətlərini aşma maddəsi üzrə cinayət işi açmışdı. İstintaq materiallarında deyilirdi ki, barəsində cinayət işi qaldırılan şəxslərin hərəkətləri Şəki sakini sahibkarlıq fəaliyyəti ilə məşğul olan Hikmət Səlimovu özünə qəsd etməyə vadar edib.

Bundan başqa, Şamaxıdan aldığımız məlumata görə, bir müddət əvvəl korrupsiya ittihamı ilə həbs edilən bələdiyyə sədri də sərbəst buraxılıb.

Bütün bunlarla bağlı redaksiyamıza çox ilginc məlumatlar daxil olub. Konkret olaraq Könül Vəliyevanın məsələsinə izahat verən hökumət içindəki mötəbər qaynağımız iddia edir ki, əslində bu xanımın belə bir ağır ittihamdan qurtulmasında şəxsən Oqtay Şirəliyev maraqlı olub: «Hətta Oqtay Şirəliyev əslində həmin əməliyyatdan sonra qolları qandallanmış Könül Vəliyevanın bir gün belə həbsdə qalmasının da qarşısını alıb».

Onu da bildirək ki, korrupsiyaya qarşı mübarizə elan edildikdən sonra boğaza qədər rüşvət adlı çirkaba bulaşmasına (ifadə Hacıbala Abutalıbova məxsusdur -red.) səhiyyə sistemində kimsənin «burnu belə qanamadı». Bu heç də o demək deyildi ki, Azərbaycan səhiyyəsində bircə nəfər də olsun korrupsionerin aşkarlanması mümkün olası iş deyil. Sadəcə olaraq burada bir sirli məqam mövcuddur.

Mötəbər mənbənin bildirdiyinə görə, ilk günündən hakim elitada kifayət qədər nüfuzlu hesab olunan Oqtay Şirəliyev onun rəhbərliyi altında çalışanlardan kimsənin həbs edilməməsi ilə bağlı tələbini ortaya qoyub: «Nazir bu yolla bütün korrupsioner səhiyyə işçilərinin canını satın alıb».

Könül Vəliyevanın məsələsinə gəlincə isə, bu barədə danışan mənbəmiz bildirdi ki, əməliyyatın hazırlanmasından nazir xəbərsiz olsa da, Könül Vəliyevanı sona qədər müdafiə etməklə yanaşı, həta istintaq dövründə belə onu vəzifəsiz qoymadı. Mənbəmiz bildirir ki, yaxın günlərdə artıq tam olaraq bəraət almış Könül Vəliyevanın yenidən əvvəlki vəzifəsinə təyin edilməsi planlaşdırılır.

Mövzu diqqətimizdədir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52
Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42
Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38
Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34
"O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10
Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08
“İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03
Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39
Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36
Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31
"Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04
Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02
Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55
Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53
ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30
"Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26
“Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23
Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20
Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15
310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09
Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04
Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01
Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59
Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56
Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53
Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49
Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47
Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51
“Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49
"Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53
Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41
"Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20
Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16
Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07
“Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04
Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01
Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59
Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52
"Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48
Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44
8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38
Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34
Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28
Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19
“Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16
Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58
Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56
Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54
Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru