AMERİKA ERMƏNİSTANA 3 DƏFƏ ÇOX PUL AYIRIB
Tarix: 27-02-2012, 16:53 |
Çap et
AMMA QARABAĞ SEPARATÇILARI “UNUDULUB”
Prezident Obamanın administrasiyasının 2013-cü il üçün büdcə layihəsi hərbi təhsil və hazırlıq məsələsi üzrə
Azərbaycan və Ermənistan üçün xarici hərbi yardımın ayrılmasında
paritet saxlayır. Belə ki, hər iki ölkəyə $ 2,7 mln.-un ayrılması nəzərdə tutulur. Turan-ın Vaşinqton müxbirinin məlumatına görə, ABŞ prezidentinin
Qafqaz regionu üçün təklif etdiyi yardım belədir:
İqtisadi dəstək fondu:
Azərbaycan: $ 11029000
Ermənistan: $ 27219000
Gürcüstan: $ 42660000
Xarici hərbi maliyyələşdirmə:
Azərbaycan: $ 2700000
Ermənistan: $ 2700000
Gürcüstan: $ 14400000
Beynəlxalq hərbi təhsil və tədris:
Azərbaycan: $ 600,000
Ermənistan: $ 600,000
Gürcüstan: $ 1800000
Asayişin dəstəklənməsi və nəzarət üzrə beynəlxalq komitə:
Azərbaycan: $ 1226000
Ermənistan: $ 2824000
Gürcüstan: $ 4,000,000
Büdcə layihəsi bu yaxınlarda administrasiya tərəfindən təqdim olunub və ABŞ-ın Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyaya yardımının ümumi həcminin getdikcə azaldığından xəbər verir. Belə ki, ötən illə müqayisədə Ermənistana yardım 19% azalıb. Bundan əlavə, büdcə layihəsində Dağlıq Qarabağa heç bir yardım nəzərdə tutulmayıb. Halbuki, son illər USAID bu məqsədlə $ 2 mln. ayırıb.